Tag Archives: Şamaxı soyqırımı

18 MART 1918 — ŞAMAXI SOYQIRIMI

Стандартный

1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub. Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi top və pulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz idi. Yuxarıda qeyd etdiyimiz kimi, ondan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov Xaç və İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə buna təşəbbüs etsələr də, top və pulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər və malakanlar həmləyə başladıqlarından bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və şəhərin erməni hissəsi ilə sərhəd olan «Piran-Şirvan» bölməsinə soxula bilirlər. Onlar azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər.

Kupeçeskaya küçəsində Hacı Həsənin evinin dağıntıları

Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət edib yandırdığı evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə qalib ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Yandırılmış evlərdən qaçaraq canını qurtarmaq istəyən sakinlərə – kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları açıqcasına, yaxud tinlərdən atəşə tuturlar. Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağıla sığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli əşyalarını alır, lakin çox vaxt pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak araba və furqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrə görə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının, demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsik olduğu üçün onlar, hətta özləri ilə vacib əşyalarını belə götürə bilmirlər. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilmişdir. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanmışdı. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi salamat qalmamışdı.

İmamlı küçəsinin dağıntıları. Kərbəlayi Məmməd Əli Əliyevin evi

Ə.Xasməmmədovun məruzəsində göstərilirdi ki, ermənilərin Şamaxı şəhərinə birinci və ikinci hücumları zamanı şəhərdəki bir neçə min azərbaycanlı qətlə yetirilmişdir. Onların arasında təkcə Şamaxıda deyil, bütün Azərbaycanda tanınmış nüfuzlu şəxslər və ictimai xadimlər də var idi. Ermənilər məşhur axund Hacı Cəfərqulunu xüsusi qəddarlıqla öldürmüşlər. Əvvəlcə onun saqqalını yolmuş, dişlərini sındırmış, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişlər. Ermənilərin qəddarlıqla öldürdüyü nüfuzlu şəxslər arasında şəhər hakimi Teymur bəy Xudaverdov, birinci Dövlət Dumasına Şamaxıdan deputat seçilmiş Məmmədtağı ƏliyevHacıbaba AbbasovƏşrəf HacıyevHacı Əbdülxəlil ƏhmədovHacı Əbdülhüseyn Zeynalov üç qardaşı ilə, Hacı İsrafil Məmmədov, Mir İbrahim Seyidov, Hacı İbrahim Salamov, Ağa Əhməd Əhmədov, Hacı Əbdülqasım Qasımov, Əyyub ağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy İbrahimbəyovƏləkbər QədirbəyovƏbdürrəhim bəy AğalarovMəhiyyəddin Əfəndizadə, Zəkəriyyə Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı Molla Həsən Zeynalov və onun arvadı, Mahmud Hacıağa oğlu, onun arvadı və oğlu və bir çox başqaları da var idi.

Ermənilər xilas olmaq üçün axund Hacı Cəfərqulunun evinə və həyətinə pənah gətirmiş çoxlu sayda qadın və uşağı da öldürmüş və ya diri-diri yandırmışlar. Hacı axundun tamamilə yandırılmış evinin həyətində Fövqəladə Təhqiqat Komissiyasının üzvləri çoxlu xırda insan sümükləri aşkar etmişlər. Meyitlərin iri sümüklərini isə türklər 1918-ci ilin yayında erməniləri Şamaxıdan qovarkən yığıb basdırmışlar. Komissiya üzvlərinin 1918-ci ilin oktyabr-noyabrında bu barədə hazırladığı məruzədə qeyd olunurdu ki, həyətdə hələ indi də çürümüş meyitlərin qoxusu qalmaqdadır. Habelə, yandırılmış digər evlərin və məscidlərin həyətlərində çoxlu yanmış insan sümükləri də aşkar edilmişdir.

vikipediya

Реклама