Tag Archives: samara azərbaycanlıları

SAMARANIN TARİXİ MƏSCİDİNƏ SOYDAŞLARIMIZDAN PAY

Стандартный

Samara şəhərininn Aleksey Tolstoy (keçmiş Kazanskaya küçəsi) küçəsində yerləşən məscid 1891-ci ildə Simbirsk fabrikantı Temirbulat Akçurinin vəsaiti ilə tikilmişdir. İkimərtəbəli daş binada bolşeviklər hakimiyyətə gələndən snra uşaq bağçası yerlərşirdi. 2009-cu ildə məscid yenidən açılmış və rekonstruuksiya işləri başşlanmışdır.

İndi şəkillərdə gördüyünüz minarəli gözəl binanın tarixi məscidə oxşarlığı azdır. O vaxtkı məscidin tikintisi tam başa çatdırılmamışdı və minarəsi də yox idi. Rekonstruksiya on ldn çox çəkmiş, nəticədə şəhərdə göz oxşayan, bütün məhəlləni bəzəyən gözəl memarlıq abidəsi yaranmışdır.

Qeyd etmək lazımdır ki, Tarixi məscidin yenidən Samara müsəlmanlarının ruhani həyatına qaytarımasında Samara azərbaycanlılarının da iştirakı olub. Onlar bu işə 150 min rubl məbləğındə pul toplayıb veriblər. Rekonstruksiyaya xərclənən böyük pulla müqayisədə bu məbləğ, əlbəttə, çox deyil. Ancaq soydaşlarımız gücləri çatanı eləyiblər və indi ürək açıqlığı ilə istədikləri vaxt Tarixi məscidə gedib ibadət edə bilərlər.

Реклама

KRASNOYARSK, AYAZ MƏMMƏDOVA

Стандартный

ayaz_mamedov.jpg

Səhv etmirəmsə, 2014-cü ilin sonlarında ya da 2015-ci ilin əvvəlində yüksək rütməli bir məmur məni vilayət administrasiyana “dostcasına söhbətə” dəvət etdi. Kabinetinə girəndə stolunun üstündə “Ocaq” qəzetinin bir nüsxəsini gördüm. Oxu eynəyimi götürmədiyimə görə bilmədim hansı nömrədir. Məmur hal-əhval tutandan sonra mənə dedi ki, “sizdən şikayət gəlir” və qəzetin 4-cü səhifəsini göstərdi – İlham Əliyein şəkli ilə. Dedim ki, şikayəti İlham Əliyev edir? Məmur bunu eşidəndə bir az duruxdu, dedi yox, İlham Əliyev özü şikayət eləməyib, şikayəti “ictimaiyyətin nümayəndələri” ediblər. Mən də dedim ki, haçan İlham Əliyev şikayət eləsə, cavab verərəm, özü də şikayət gərəkhüquq orqanlarına oluna, icra hakimiyyətinə yox…

Qəzeti şikayətlə vilayət rəhbərliyinə çatdıranlardan biri, yeri gəlmişkən, mənim uzaq qohumum, sumqayıtlı İlhamə xanım idi. Deyirlər, indi xəstədir…Deyirlər, indi xəstədir… Məndən şikayətlə qubernator idarəsinə o qədər gedib ki, ürəyi üzülüb…

O ki qaldı mənimlə söhbət edən məmura, o, damdadır. Əlbəttə, mənə görə yox, işində xırda nöqsanlara yol verdiyinə görə…

Bu əhvalatı mənm yadıma Krasnoyarskda yaşayan Ayaz Məmmədov saldı. Bu kişi neçə gündür düşüb ortalığa ki, Xeyrulla Xəyal Azərbaycan dövlətini, prezidentini, ordusunu təhqir edir, gərək onun qabağı alına.

Ay kişi, ay Ayaz Məmmədov, İlham Əliyev sizi haçandan vəkil eləyib? Bəlkə siz Zakir Həsənovun vəkilisiniz? İlham Əliyevin məndən şikayəti var? Qoy özü desin. Zakir Həsənovun mənədə şikayəti var? Qoy mənə lap top atsın. Siz niyə özünüzü atmısnız ortalığa? İlham əliyevin əlində ordu, polis, kəşfiyyat, məhkəmələr, SOCAR, qaz, türkün sözü, ördək… Düzdür, leqal yolla o mənə heç nə eləyə bilməz, çünki mən qanun çərçivəsində qırağa çıxan heç nə eləməmişəm, eləsəm də, mənimlə Rusiya orqanları məşğul olarlar, çünki mən RF vətəndaşıyam… İstəsə, əlbəttə, İlham Əliyev mənə burda şər atdırıb tutdurar, maşınla vurdurar. Bunları eləmirsə, deməli, şikayəti yoxdur, varsa da, baş qoşmur, özünə sığışdırmır. Belədirsə, siz özünüzü niyə yırtırsınız?

Mən burda Putindən, Medvedevdən, qubernatorlardan, nazirlərdən felyetenlar yazıram. Yeltsin sağ olanda, ondan da yazırdım, o vaxtlar qəzetlər, yəni rus qəzetləri, mənə çörək pulu da verirdilər. Müxalifət, tənqid, hətta kəskin tənqid cəmiyyət həyatında sağlamlığın rəhnidir. Mənim İlham Əliyevə ehtiyacım yoxdur. Mən öz pensiyamla dolanıram. Ancaq İlham Əliyeevin mənə ehtiyacı var. Çünki o, mənim ana və ata vətənim Salyana Sədərək banditini başçı qoyanda mən yazırdım ki, belə olmaz, bu, xalqı söyməkdir… Mən yazıram ki, daxili işlər nazirinin oğlunu baş prokurorun müavini qoymaq olmaz, mən yazıram ki, ölkəyə əsil parlament lazımdır, əsil məhkəmə lazımdır… Məni çuğullayanlar gərək bunları çatdıra prezidentə. Çatdırırlarsa və prezident öz bildiyi kimi edirsə, deməli, mənim sözümün başına ip atmır. Belədirsə, ay Ayaz Məmmədov, Rusiyada yaşayan azərbaycanlı aferistlər, atançılar, arvadbazlar, tərəzi basanlar, qumarxanalardan, saunalardan əl çəkməyənlər niyə şıllaqlayırlar? Niyə siz onlara qoşulursunuz?

Şəklinizə baxdım, görürəm yeyib-içməyi sevirsiniz. Yeyin-için. İsrafçılıq eləməyin. Yoxsa özünüz bilirsiniz,  infarkt olur, insult olur… Adını çəkmək istəmədiyim fəsadlar da olur artıq çəkidəm. Özünüzü gözləyin… Prezidentin fikrini çəkməyin. Mən salyanlıyam. Yəni Bakıya sizdən yaxınam. Mənə sözü olsa, özü çatdırar…

Mirzə ƏLİL

01. 07. 2019
Samara

KOMPÜTERLƏRİMİZDƏ AZƏRBAYCAN ŞRİFTLƏRİ OLSUN!

Стандартный

Hörmətli həmvətənlər!

Kompüterinizə Azərbaycan şriftləri yükləməmisinizsə, bunu asanlıqla edə bilərisiniz. Əvvəlcə paneldə dil işarəsini tıklayın.

НАСТРОЙКА ЯЗЫКА 1.jpg

Sonra «Nastroyki yazıka» sətrini tıklayın.

НАСТРОЙКА ЯЗЫКА 2

Sonra «Dobavleniye yazıka» sətrini tıklayırsınız.

НАСТРОЙКА ЯЗЫКА 3

Bu pəncərədə Azərbaycan kirill və Azərbaycan latın göstərilb. «Latın»ı basın, sonra əməliyyatı bitirin.

MÜĞƏNNİ ATAXAN İSMAYILOVA TƏBRİK

Стандартный

СКР 2012 5

Hörmətli, əziz Ataxan bəy!

Samara azərbaycanlıları indiyəcən Sizin 2012-ci ilin mayındakı gözəl çıxışınızı xatırlayır, həmişə yolunuzu gözləyirlər. Sizin adınız Rəşid Behbudov, Gülağa Məmmədov, Akif İslamzadə kimi xalq musiqsini klasssik estrada standartları səviyyəsində ifa edəm müğənnillərin adları sırasında çəkilməyə layiqdir.

Doğum gününüz mübarək olsun! 

«Samara vilayəti azərbaycanlılarının Liqası»nın İdarə heyəti

очаг5_2012

RUSİYA FEDERASİYASINDA ƏMƏK MÜQAVİLƏSİ BAĞLAYAN ƏCNƏBİ VƏTƏNDAŞLAR ÜÇÜN İNFORMASİYA

Стандартный

ГОСИНСПЕКЦИЯ

  1. Əcnəbi vətəndaşlar üçün əmək müqaviləsi yazılı formada iki nüsxədə işə icazə müddətinə uyğun bağlanılır. Müqavilənin bir nüsxəsi işçiyə verilir, ikinci nüsxə işverəndə saxlanılır. İşçinin müqaviləni almağı işverəndə qalan nüsxədə işçinin imzası ilə təsdir edilir.
  2. İşçinin işə qəbulu barədə əmr işə başlanandan sonra üç gün ərzində işçiyə imzası alınmaqla elan edilir.
  3. İşə qəbul olunanda (əmək müqaviləsi bağlanana qədər) işverən işçiyə qol çəkdirməklə daxili əmək qaydalarıyla, kollektiv əmək müqaviləsiylə birbaşa bağlı olan normativ aktlarla hökmən tanış etməlidir.
  4. İşverən onda beş gündən artıq işləmiş hər işçi üçün əmək kitabçası açmalıdır.
  5. Əmək haqqı Rusiya Federasiyasının Federal Qanunu ilə müəyyən edilmiş məbləğdən (1 yanvar 2014-cü ildən – 5554 rubl) az olmayaraq və ən azı ayda iki dəfə daxili əmək müqaviləsiylə müəyyən edilmiş gün verilməlidir.
  6. Qanunvericilikdə zərərli, təhlükəli hallarda görülən işlər və bayram və ya qeyri-iş günləri görülən işlər üçün artırılmış ölçüdə əmək haqqı nəzərdə tutulmuşdur.
  7. İş həftəsinin uzunluğu həftədə 40 saatdan artıq ola bilməz, digər kateqoriyalı işçilər üçün iş vaxtı azaldılır.
  8. İllik və ödənilən məzuniyyət 28 təqvim günü, ayrı-ayrı kateqoriyalı işçilər üçün ödənilən məzunuyyətin müddəti 7 təqvim günüdür.
  9. İki aya qədər müddətə müqavilə bağlamış işçilərə ödənilən məzunuyyət verilir ya da bir aydan sonra işdən çıxanda kompensasiya ödənilir.
  10. Zərərli və təhlükəli şəraitlə, həmçinin nəqliyyat hərəkəti ilə bağlı işlərə götürülənlər məcburi şəkildə ilkin (işə girəndə) və vaxtaşırı (21 yaşa qədər – ildə bir dəfə) tibbi müayinədən keçirlər.
  11. Bütün işə götürülənlər üçün işverən ya müvəkkil əməyin mühafizəsi üzrə təlimat verməli, işin təhlükəsiz metod və fəndlərinin və zərərçəkənlərə ilk yardımın göstərilməsini öyrətmək üçün dərslər keçilməlidir.
  12. İşçilərin istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən məcburi sosial sığorta ilə təminat və iş qabiliyəti müvəqqəti itiriləndə işverənlərin hesabına ödəniş almaq hüququ var.
  13. İşçilər, onların əməyin mühafizəsi ilə bağlı hüquqlarının və həmçinin bədbəxt hadisələrin təhqiqatı qaydalarının pozulduğu hallarda hüquqlarının müdafiəsi üçün Dövlət müfəttişliyinə bu ünvana müraciət edə bilərlər: Novo-Sadovaya, 106A. Müraciəti həmçinin rəsmi sayta göndərmək olar: git63.rostrud.ru Qaynar telefon nömrəsi: (846) 263-52-17

Samarala Dövlər əmək müfəttişliyi