Tag Archives: salyanlılar

BU MANISI QAPIDAN QOVURSAN, PƏNCƏRƏDƏN GİRİR…

Стандартный

электрогитара

Qırx-qırx beş il bundan qabaq Azərbaycanda elektrik gitarası dəb düşdü. Pulu olanlar yaxşısından aldılar, pulu olmayanlar elə taxta gitaranını dalına bir şnur salıb qoşdular əldəqayırma gücləndiriciyə və başladılar mələtməyə. Güclənduruculərdə də ya qapanma olurdu ya ayrı şey, elə bir qıyya qoparırdı ki, deyirdin Hitler qəbirdən dirilib gəlib təzədən almanları qaldırıb dünya müharibəsin.

Elə o vaxtın söhbətidir. Gitaraçalan qonşusu olan bir salyanlı deyirdi ki, manıs ona gün vermir. Süfrədə oturanda, uşaqlar dərs hazırlayanda bu gitaranın səsi yeməyi haram edir,uşaqları məşğələdən yayındırırdı. Salyanlı utana-utana deyirdi ki, türkün məsələsi, uşaqların anasıyla da mehribanlıq eləyə bilmir. Elə işə başlayan kimi, gitara elə hikkəylə qışqırır ki, həvəsdən salır…

İndi mən İnternetdə özlərini dünya azərbaycanlılarının lideri elən eləmiş cüvəllağıları görəndə o manıslar yadıma düşür. Gəlirsən bir iş başlayasan, bir də görürsən bu “lider”lərdən birindən müraciət gəldi. Salyanlı demişkən, nə var, ala, nə yuyulmamış qaşıq kimi düşmüsən ortalığa. Lap səni lider seçənin də…

Ancaq bu Rəşad Quliyev ki var, Kölndə yaşayır və özünü dünya azərbaycanlılarının fürüri, yəni rəhbəri elan edib, əldə-ayaqda dayanmaq bilmir, qapını bağlayırsan, pəncərədən dürtülür. Kimə müraciət eləmir! Merkelə, Şultza, Obamaya, Obamanın arvadına, Obamanın hədd-buluğa çatmamış qızlarına, ər Klintona, arvad Klintona… Bunlar cəhənnəm, özgədirlər. Rəşad Quliyev möhtərəm zat-ailləri İlham Əliyevi də rahat qoymur. Gündə iki-üç müraciət göndərir. Müraciətin 200-300 surəti isə bütün Əliyevlərə və Paşayevlərə göndərilir. Baxın:

Azərbaycan Respublikası Prezidenti,
Ali Baş Komandan Zati-Aliləri İlham Əliyev cənablarına,
Surəti: Azərbaycan Respublikasının birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Millət vəkili , Heydər Əliyev Fondunun Prezidenti
Xanım Mehriban Əliyevaya 
Surəti: Azərbaycan Respublikasının 
Baş Prokroru Zakir Qaralov cənablarına,
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri
Fikrət Məmmədov cənablarına,
Surəti: Ali Məhkəmənin Sədri Ramiz Rzayev cənablarına və s. Adlar çoxdur. Hamısını yazsaq, Worddə yer çatmaz…

Bilirsiniz Rəşad Quliyev nə istəyir?

“…sizdən Cavid Hüseynovun prosesinə ədalətli yanaşılması üçün səlahiyyətlərinizdən, şəxsi nüfuzunuzdan istifadə edərək prosesə müdaxilə etmənizi yaxud işin ədalətli baxılması üçün xüsusi göstəriş vermənizi rica edirəm”.

Kölndə yaşayıb özünü dünya azərbaycanlılarının lideri sayan bu insan “rica edir ki”, prezident “prosesə müdaxilə etsin”, çünki futbolçu avid Hüseynon onun dostudur…

İndi bu “dünya lider”indən soruşasan: Almaniyada prezident ya kansler prosesə qarışa bilər?

Yəni demokratiya Afrikada da demokratiyadadır. Başı feodal zibiliylə dolu azərbaycanlının başı Almaniyada da feodal zibiliylə dolu qalır…

Ancaq onu deyim ki, İlham Əliyev Rəşad Quliyevin müraciətlərindən bezib. Öz ətrafında söhbət zamanı deyib ki, Mehriban xanımla mehribanlıq da eləyə bilmir, müqəddimə qurtarmamış Rəşad Quliyevdən təcili bir müraciət gəlir. Deyəsən indi bütün balıqların padşahı olmaq istəyir…

Əziz qardaşlar və bacılar! Qapılarınızı, pəncərələrinizi bərk bağlayın, İnternetə tez-tez girməyin, bir sözlə, bilin ki, lap xırda bir deşik açılsa, Rəşad Quliyev soxacaq özünü içəri…

Mirzə ƏLİL

Реклама

11 İYUN — BÖYÜK MÜĞƏNNİ, İSTEDADLI BƏSTƏKAR QULU ƏSGƏROVUN XATİRƏ GÜNÜ

Стандартный
11 İYUN — BÖYÜK MÜĞƏNNİ, İSTEDADLI BƏSTƏKAR QULU ƏSGƏROVUN XATİRƏ GÜNÜ

Qulu Əsgərov (1928-1987) — Azərbaycan müğənnisi, bəstəkarı. Tanınmış xanəndə və pedaqoq.

Əsgərov Qulu Rüstəm oğlu 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olmuşdur. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov 1953-1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumudə təhsil almışdır.

Burada Azərbaycanın görkəmli xanəndələrinin (Seyid Şuşinski, Nəriman Əliyev) ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.

Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – “Leyli və Məcnun”, “Əsli və Kərəm”), Aşıq Qərib (Z.Hacıbəyov- “Aşıq Qərib”), Şah İsmayıl (M.Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.

Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Qulu Əsgərov 11 iyun 1987-ci ildə 58 yaşında vəfat edib.

 

 

4 APREL — SALYANLI XALQ ARTİSTİ ƏLİ ZEYNALOVUN DOĞUM GÜNÜ

Стандартный

Əli_Zeynalov

Əli Yusif oğlu Zeynalov (1913 — 1988) — Azərbaycan xalq artisti (1964), Ermənistan əməkdar artisti (1939), M.F.Axundov adına Respublika Mükafatı laureatı (1965), görkəmli aktyor.

Xalq artisti Əli Zeynalov Azərbaycan teatr və kino sənətində səhnə və ekran hadisələrini real həyat faktı kimi təqdim edən, yaratdığı maraqlı, dolğun rolları tamaşaçıların həmsöhbətinə çevirən istedadlı aktyorlarımızdan biri olub.[1]

Əli Yusif oğlu Zeynalov 4 aprel 1913-cü ildə Salyanda anadan olub. Atası Yusif Zeynalov (1887-1965) ilk əlifba kitabının müəllifidir. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olub. Əli Zeynalov da öz atasının yolunu davam etdirib. Pedaqoji təhsil alıb. Aktyorluğa marağı böyük olduğundan müxtəlif dərnəklərə üz tutub. 1928-ci ildə Biləsuvar kənd cavanlarının hazırladığı «Şeyda» tamaşasındakı baş rolu ilə çoxlarının rəğbətini qazanıb. Bakı Pedaqoji və Teatr Texnikumlarını (1933) bitirdikdən sonra o, bir müddət Moskva teatrlarında istehsalat təcrübəsi keçib, geri döndükdən sonra Şəki Dövlət Dram Teatrında işləyib.

İrəvan Tearında (1934-1935), Dram Teatrında (1945-1975) işləyib. Əli Zeynalovun uzun illər rejissor Tofiq Kazımovla fəal yaradıcılıq əlaqəsi ona gözəl sənət uğurları gətirib.İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» pyesində bu iki sənətkar – quruluşçu rejissor Tofiq Kazımov və Həsənzadə rolunun ifaçısı Əli Zeynalov böyük uğur əldə ediblər. Yumşaq tembrli gözəl səsə, aydın diksiyaya malik оlan Əli Zeynalоv bədii qiraət ustası kimi də tanınmışdı. İncəsənət İnstitutunda «səhnə danışığı» fənnindan dərs deyib.

Əli Zeynalov 1988-ci ildə dünyasını dəyişib.

 

«MOLLA NƏSRƏDDİN»: SALYAN ÜÇÜN TARİXİ VƏ AKTUAL ŞƏKİL

Стандартный

 

 

 

Народная школа в Сальянах

Salyanda Əbdüləziz Babazadənin təlimxanası

19014-20 НАРОДНАЯ ШКОЛА В сАЛЬЯНАХ

 

  • Müəllim: Bu uşağı niyə bura gətiribsən?
  • Allah xatirəsi üçün, bunu burada dümük ediniz, qorxuram gedə Kürə düşə.

В Сальянах детей отдают в школу, потому что они оставаясь без надзора, могут утонуть в Куре.

«Molla Nəsrəddin», 1914-20

 

 

HƏSƏN MƏMMƏDOVUN XATİRƏSİNƏ

Стандартный

SALYAN ŞƏHƏRİ

Salyanın ən geniş küçəsi gərək bu insanın adını daşıyaydı. Ən böyük bağda onun heykəli qoyulaydı. Gərək Salyanın hər məhəlləsində kinoteatr olaydı və ən böyüyü də Həsən Məmmədovun adını daşıyaydı.

İndi Salyanda bir dənə də kinoteatr yoxdur…

Hər məhəllədə məscid var və bu məscidlərdə İranın şarlatan və tiryəkçi ruhanilərindən gələn risalələr salyanlıların başına yeridilir…

Gündüz-günorta tiryək, anaşa satılan məhəllələr də var…

Bura Bakıdan təyin olunan deputatlar qoyun sürüləri saxlatdırırlar, nar, üzüm bağları saldırırlar, balıq tutdururlar, şitilik becərdtirirlər…

Kino mədəniyyətdir, mədəniyyət göstəricisidir. Və kino həm də ölkənin, millətin inkişaf göstəricisidir, çünki kino özü istehsalatdır, sənayedir. Amerika kinosuna, Amerika sənayesinə baxın – fikrim aydın olar.

Azərbaycanda indi kino yoxdur, çünki istehsalat yoxdur, sənaye yoxdur.

Kino ümumuyyətlə inkişaf göstəricisi və faktorudur, o cümlədən şəxsiyyət inkişafının. Kino, Baxtinin termologiyasıyla desək, dialoq sənətidir – kinoda insanlar danışırlar – bir-birləriylə, özləriylə, hakimiyyətlə, Yaradanla…

Din insanı susdurmağa yönəlib, salyanlı mollanın məqsədi salyanlını düşünməyə, danışmağa öyrətmək deyil, salyanlı mollanın məqsədi şarlatan və tiryəkçi İran ruhanisindən gələn risaləni salyanlının başına yeritməkdir.

Teatr, kino olmayan yerlərdə hökmən fanatizm, cəhalət ayaq tutub yeriyəcək. Ruhanilər də aktyor, oyunbazdırlar, mərhum Yaşar Qatarev Şeyx Nəsrullahdakı dahi aktyorluq keyfiyyətini qeyd edirdi. Və vaxtilə gün ərzində dörd-beş seans Salyan kinoteatrını ağzınacan dolduran salyanlılar indi molla tamaşalarına yığılıarlar….

Bəlkə də haçansa kinematoqraf Salyana qayıdacaq və balaca salyanlılar dünya kinosunun cazibəsiylə özləri aktyor, rejissor olmaq arzusuna düşəcəklər. Yəqin bir vaxt Həsən Məmmədov da beləcə aktyor olmaq həvəsinə düşüb.

Həsən Məmmədov Azərbaycan kinosunda bəlkə də yeganə yüzfaizlik kino aktyorudur. Kamera qabağında dayanmağa bu insanın anadangəlmə istedadı olub.

Ancaq Həsən Məmmədov yeganə salyanlı aktyor deyil. Bəlkə də bir gün Salyanda bu şəhərdən, bu rayondan çıxmış gözəl aktyorların adına bağ salınacaq. Və orda hökmən Ağamməd oğlu Həsənin də heykəli olacaq…

X.X.

22.11. Samara

22 NOYABR — HƏSƏN MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Стандартный
22 NOYABR — HƏSƏN MƏMMƏDOVUN DOĞUM GÜNÜ

Məmmədov Həsən Ağaməmməd oğlu (1938-2003) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (1982), SSRİ (1981) və Azərbaycan (1986) Dövlət mükafatları laueratı.

HƏSƏN MƏMMƏDOV 2

Həsən Ağaməmməd oğlu Məmmədov 1938-ci il noyabr ayının 22-də Salyan rayonunda doğulmuşdur. Burada 2 saylı orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.

1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləmişdir. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H.Məmmədov 50-dən çox filmdə çəkilmişdi.

Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.

Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur. O, «Azərbaycanfilm»də istehsal olunmuş «Böyük dayaq» (Qaraş), «Arşın mal alan» (Əsgər), «Gün keçdi» (Oqtay), «Arxadan vurulan zərbə» (Qəmərlinski), «Bizi bağışlayın» (Nəriman), «Birisi gün gecə yarısı» (Baba Əliyev), «İstintaq» (Murad), «Dədə Qorqud» (Dədə Qorqud), «Axırıncı aşırım» (Abbasqulu ağa Şadlinski), «Sevil» (Balaş), «Yeddi oğul istərəm» (Bəxtiyar), «Bir cənub şəhərində» (Murad), «Qızıl qaz» (Fərman), «Bakıda küləklər əsir» (General), «Alma almaya bənzər» (Qurban), «Səmt küləyi» (Əlibala), «İstintaq davam edir» (Əzimov), «Şahid qız» (Polkovnik), «Qəm pəncərəsi» (Məmmədhəsən əmi), «Papaq» (Mirzə Səfər), «Həm ziyarət, həm ticarət» (Əlimurad), «Zirvə» (Kamil) filmlərində aparıcı rollar oynamışdı.

Həsən (Əbülhəsən) Ağaməmməd oğlu Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci il 18 noyabrda Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdü. «İstintaq» bədii filmindəki Murad roluna görə 5 noyabr 1981-ci ildə SSRİ Dövlət, «Birisi gün gecə yarısı» kino lentindəki Baba Əliyev obrazı üçün Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilmişdi.

H.Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

Гаса́н Маме́дов (Абдулгасан Агамамед оглы, 22 ноября 1938, Сальяны, СССР, АзССР — 26 августа 2003) — советский и азербайджанский актёр, Заслуженный артист Азербайджанской ССР (1982), Народный артист Азербайджанской ССР.

Прежде чем стать актёром, он собирался посвятить себя точным наукам. Приехав в Баку из Сальяны, он в 1956 году поступил в Азербайджанский государственный университет на физико-математический факультет, но проучился там всего два года. Окончил Азербайджанский государственный театральный институт им. М. А. Алиева.

С 1962 по 1972 годы работал в Азербайджанском драматическом театре, где сыграл немало запоминающихся ролей.

Ушёл из жизни 26 августа 2003 года.

 

АЛИ БЕКУ ГУСЕЙНЗАДЕ — 150

Стандартный

Али бек Гусейнзаде 1В феврале исполнилось 150 лет выдающемуся общественному деятелю, философу, художнику, переводчику, публицисту и врачу Али беку Гусейнзаде.

На снимке: сальянцы празднуют юбилей великого своего земляка

(подробно — в очередном номере «Очага»)