Tag Archives: Salyan şəhidləri

ŞƏHİDLƏRİMİZ: SALYANLI ƏVƏZ MAİS OĞLU ABBASOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ƏVƏZ MAİS OĞLU ABBASOV

Əvəz_Abbasov

MAXE əsgər Əvəz Mais oğlu Abbasov, Salyan rayonunun Şorsulu kəndindən.  Hadrutda erməni silahlı dəstələrinə qarşı keçirilən əməkiyyat zamanı həlak olmuş, 13 dekabr 2020ci ildə doğulduğu kənddə dəfn edilmişdir.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI ƏFQAN AXUNDOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ƏFQAN AXUNDOV

Əfqan Axundov

Əfqan Axundov, Salyan şəhəri. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI ALMƏMMƏD BABAYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ALMƏMMƏD BABAYEV

Alməmməd Babayev

Salyan rayonunun Sarvan kəndindən Babayev Alməmməd. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI KAPİTAN RƏŞAD ƏLİYEV

Rəşad Əliyev

Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin kapitanı Əliyev Rəşad Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayper atəşi nəticəsində şəhid olub.
Salyan rayon Ərəbqardaşbəyli kəndində doğulub.
İki övladı qalıb.

Allah rəhmət eləsin!

Mənbə: https://www.facebook.com/yadadusherxatireler/photos/a.796853257349688/1239448999756776/?type=3&theater&ifg=1

ŞƏHİDLƏRİMİZ: SALYANLI HÜSEYNAĞA BALIYEV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI HÜSEYNAĞA BALIYEV

Hüseynağa Balıyev

Salyan şəhərindən Hüseynağa Balıyev. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI İNQİLAB QƏDİRBƏYLİ

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI İNQİLAB QƏDİRBƏYLİ

İnqilab Qədirbəyli

25 yaşlı İnqilab Tofiq oğlu Qədirbəyli. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI ARİF RÜSTƏMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SALYANLI ARİF RÜSTƏMOV

Arif Rüstəmov
Salyan şəhərindən 2001-ci il təvəllüdlü Rüstəmov Arif Seymur oğlu. Fizuli istiqamətində gedən döyüşlərdə həlak olub.
Allah rəhmət eləsin!

SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Стандартный
SIRAVİ ELMAR DAŞDƏMİROV ÜÇÜN REKVİYEM

Elmar Daşdəmirov

“Mən eləmişəm! Mən eləmişəm! Mən, mən, mən…” – prezident əl-qolunu ölçə-ölçə deyir.

Sonra ordu yadına düşür: “Qəhrəman Azərbaycan ordusuna eşq olsun!”

Ordu – birinci növbədə onun əsgərləridir. «Хорошо умирает пехота…» — Mandelştam deyib. Bu, qara yumor deyil. Bu, indiyə qədər olan müharibələrin və indi də gedən müharibələrin monumental faciəsini üç kəlmə ilə açan misradır.

Piyadalar… Sıravilər.. Müharibənin nə ilə bitməsindən asılı olmayaraq – kim onları xatırlayacaq? Ataları, anaları, başqa yaxınları. Nə qədər ki, sağdırlar. Onların bəzilərini də dərd öldürəcək…

Sıravi Elmar Daşdəmirovu kim xatırlayacaq?

Dünənəcən Elmar kimi minlərlə gənc Bakının yollarında girinc idilər, “qul bazar”larında beş-on manatlıq günəmuzd iş axtarırdılar. On illərlə yüz minlərlə insan Kəmaləddin Heydərov, Arif Paşayev, Ramiz Mehdiyev kimi dövlətdəki mövqeyindən istifadə edin milyardlar yığmış harınların tikintilərində bir qarın çörəyə işləyiblər. Bəziləri kənddən gəlib şəhər qırağında bir parça torpaq alıb, koma qaralayıb, özü də, qurduğu ailənin üzvləri də qeydiyyatsız, sənədsiz, qanunsuz yaşayıblar, üstlərinə buldozer sürüblər, bəzən tikdiklərini dağıdıblar…

İndi bu insanlar cəbhədə öz həyatları bahasına ölkəni uzun sürən rüsvaylıqdan qurtarırlar.

Elmar Daşdəmirov Salyanın Qarabağlı kəndindən idi. Mən Əli Bayramlıda oxuyanda dörd il ərzində bu kəndin içindən gedib-gəlmişəm. O vaxtlar Salyan-Əli Bayramlı yolu həmişə bombalanmış vəziyyətdə olurdu. Qarabağlı elə o vaxtlar, yəni əlli il qabaq, iri kənd idi. Yaxşı bağları vardı. Neçə evin elə çəpərinin qabağından neft çıxırdı – mancanaqlar gecə-gündüz işləyirdi. Başqa ölkədə belə kəndin yolu Alnmaniyadakı yollardan fəqrlənməzdi. Ancaq gecə-gündüz quyulardan sorulan neftin Qarabağlı camaatına aidliyi yox idi. Neft orda yəqin indi də çıxır. Yəqin indi də qarabağlılar onların ayaqlarının altından nə qədər qara qızıl çıxdığını və onun hara getdiyini bilmirlər. Son 20-25 il ərzində Azərbaycanda preaidentə yaxın nə qədər adam onlarla, yüzlərlə milyonun sahibi olub. İndi Qarabağlı kəndinin və Azərbaycanın yüzlərlə başqa kəndinin Elmar Daşdəmirov kimi sütül uşaqları Vətən uğrunda ölərkən həmin boynuyoğunların varı hər gün artır, özləri, uşaqları isə təhlükəsiz, arxayın həmişəki keflərindədirlər.

Bu gün Azərbaycan əsgərini “qəhrəman” adlandıran prezident dünən Elmar kimiləri bələdiyyə üzvlüyünə də buraxmırdı, onlar səslərini çıxaran kimi şərlənir, tutulurdular.

Hanı onları tutan, dəyənək altına salan,üstlərinə narkotik atan polislərin,  saxta işlər açan hakimlərin, prokurorların uşaqları? Hanı utanmaz-utanmaz general poqonu daşıyan gədə xislətli insanların uşaqları?

Plastik kütlə generalı Vaqif Axundovun, Salyanın ən böyük müəssisəsini özəlləşdirib taksi şoferi olan qardaşına vermiş, yüngül bir qadına Milli Məclisin mandatını aldırmış Vaqif Axundovun qohum-qardaşı hardadır?

Neft akademiyasının Salyanın Xocalı kəndindən olan məzunu, üç ayın əsgəri Elmir niyə birrbaşa odun-alovun içinə atılmalıydı?

Müharibə gec-tez bitəcək. Adamlar, əgər onlar öz talelərinə, övladlarının həyatlarına biganə deyıillərsə, soruşacaqlar: niyə ölkə belə ayrı-seçkilik edir? Niyə ölkənin şərəfini dünənəcən adam yerinə qoyulmayan kənd uşaqları qorumalı və ölməlidirlər? Vətənin milyardlarını mənimsəyənlərin Vətən qarşısında borcu yoxdurmu?

(DAVAMI VAR)

ŞƏHİDLƏRİMİZ: SALYANLI MURAD RZAZADƏ

Стандартный

Murad Rzazadə

Salyan rayonunun Marışlı kəndindən Murad Ağaməmməd oğlu Rzazadə. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: SALYANLI SƏYYAD MÖVSÜMOV

Стандартный

Səyyad Mövsümov

Salyan rayonunun Babazanlı qəsəbəsindən olan gizir Səyyad Mövsümov. 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!