Tag Archives: Sabir Rüstəmxanlı

RAZİ NURULLAYEV ADİL ƏLİYEVİ XORTUMUNUN ALTINA ALDI…

Стандартный

Razi_Nurullayev

Necə qan ağlamasın daş bu gün!…

Razi Nurullayev Milli Məclisdə çıxış edib bütün ölkəni ağladıb. Deyib ki, İmişlidə adamlar mal-heyvana qarışıb susuzluqdan mələyirlər. Bunu eşidəndə Zeynəb Xanlarıova qəşş edib yıxılıb, Qənirə Paşayeva çaşıb öz yaxasının düymələrini açıb…

Razi Nurullayev İmişli faciəsinin səbəbini də göstərib. Deyib ki, bu fəlakət sisial şəbəkələrdə deputatların tənqid edilməyinə görədir. Çünki sosial şəbəkələrdə deputatları təhqir edirlər, ən çox da Adil Əliyevi…Deyib ki, əgər Məhərrəm Əliyevi də tənqid eləsələr, İmişli camaatının çörəyi də olmayacaq…

Razi Nurullayev vəziyyətdən iki çıxış yolu göstərib: Ya Tsukerberqi çağırtdırıb onunla Bakıda kişi söhbəti eləmək, ya da onun üstünə Amerikaya adam göndərmək. Məsələn, beş-altı çeçen. Qoy Tsukerberq üzr istəsin.

Razi Nurullayed deyib ki, hələlik  Adil Əliyevi bacardığımız qədər müdafiə etməliyik. Ona bir-iki rota əsgər də vermək olar. Tovuzda qələbə çaalandan sonra onsuz da ordumuz eycahandır…

Ah! Vah!

Necə qan ağlamasın daş bu gün…

P.S. Zeynəb Xanlarovanı Sabir Rüstəmxanlı ağız-ağzıa nəfəs verməklə ayıldıb…

 

Mirzə ƏLİL

06. 08. 2020, Samara

QƏHRƏMANLAR VƏ LOTULAR-2: YARDIMLI LOTUSU

Стандартный

Sabir_Rüstəmxanlı

2016-cı il aprelin 15-də Sabir Rüstəmxanlı Bakıda toy çaldırıb. O günə qədər və sonra da “aprel dğyüşlərində” həlak olan əsgərəlrimizinin bəzilərinin meyitləri  döyüş meydanlarından çıxarılmamışdı, bəzi meyitlər ermənilərdə idi. Sabir Rüstəmxanlı isə paytaxtda “görkəmli siyasi və ictimai xadimlərin” də işitirakı ilə  toy çaldırırdı.

Ramiz Rövşən də o toyda idi…

Mən bir məqalə yazıb bloquma qoymuşdum. Məqaləni adı belə idi: “Qəhrəmanlar və lotular”https://xeyrulla.com/2016/04/18/qəhrəmanlar-və-lotular/

Gənc yaşlarından ədəbiyyat məmuru olmuş, əlli kitab çıxartdırsa da, poeziya sayıla biləcək bir misra da yazmamış Sabir Rüstəmxanlının lotu olduğuna kiminsə şübhəsi varmı?

Bir neçə il keçdi, Sabir Rüstəmxanlı yenidən deputat təyin olundu. Yəni onu neftçalalılar seçmədilər. Onu neftçalalılara Məşəıdi İbada Sənəmi sırıyan kimi sırıdılar.

“Al, bu da sənin arvadın!”

“Vaxsey! Bəs otuz illik müstəqillik? İnkişaf? İyirmi birinzi əsrin iyirminci ili? Niyə biz Yardımlı lotusunu deputat seçməliyik?” – deyə neftçalalılar hay-küy salmalıydılar.

Ancaq salmadılar. Çünki Neftçalalılar 1973-cü ildə rayon yaranandan öyrəşiblər ki, onlara başçı və deputat kimi yalnız lotuları göndərirlər…

Ancaq mən fikurləşirdim ki, Azərbaycanda mövqeli lotular çoxdur. Niyə Neftçalaya məhz Yardlmlı lotusunu, ömrünün səksəninci onluğunu yaşayan Sabir Rüstəmxanlını təiyin edibər. Sabir Rüstəmxanlının adamı kimdir?

Dünən bu lotunun Fəttah Heydərov haqqında yazdıqlarını oxuyub bu nəticəyə gəldim ki, lotunun adamı, çox güman ki, Heydərov imiş.

Lotu yazır: “ Fəttah Heydərovun yeri həmişə görünəcək…”

Harda? Kimə? Mən Fəttah adlı deputatın olduğunu dünən bilmişəm. Ölməsəydi, indiyəcən bilməzdim…

“Adam var ki, doğum tarixinə baxsan gəncdir, enerjisi aşıb daşmalıdır, amma həyat tərzinə, işinə baxanda görürsən ki, qocalıb, yaşamaq eşqi tükənib. Adam da var ki, 70-80 yaşlarında da iş görmək həvəsi aşıb-daşır, düşünür, ideyalar verir, quruculuqdan yorulmur, ölümdən qorxmadan ruhunu gələcəyə kökləyir…”

İndi özünün gördünüz ki, Rüstəmxanlı lotudur? Özü də hər lotudan deyil. Nadir lotudur. Məşədi İbad kimi danışır. “Mən nə qədər qoca olsam da dəyərəm min cavana…”

Yəqin ər vəzifəsini yerini yerinə yetirə bilməyəndə də Rüstəmxanlı arvadının başını belə demaqoqiya ilə qatmağa çalışır… Məsələn: ərin cavan olsaydı, səni döyərdi…

Sədi Şirazidə bir qoca ər cavan arvadının başını belə tovlamaq istəyirdi, arvadı da ona belə dedi: “Cavan arvadın yanın da pirinin uzanmağından tirin uzanmağı yaxşıdır…”

Neftçalalılara yetmiş dörd yaşlı Yardımlı lotusu lazım deyil, neftçalalıra öz içlərindən çıxmış, cavan, oxumuş və ən başlıcası, əqidəli deputat lazımdır!

Rüstəmxanlı Fəttah Heydərovdn elə yazır ki, elə bil ölən deputat deyil, məhəllə avtoritetidir ya kiçik miqyaslı qanun oğrusudur.

Yazır ki, Fəttan Heydərov Naxçıvanda mədəniyyət naziri olub və mədəniyyətin qayğısına qalıb…

Yalançının lap… Yetmişinci illərdə Naxçıvanda mədəniyyət var idi?

“Xeyirxahlıq, yardımsevərlik onun xarakteri idi…”

Fəttah Hydərov yardımı kimə eləyirdi və hansı pulla eləyirdi? Heydərovlar son otuz ildə Azərbaycan xalqının dərisini soyublar, oğullar, nəəvlər xariclərdə milyonlar xərcləyirlər. Məmurluqla, deputatlıqa bu qədər sərvəti hardan yığıblar, ay əqidəsiz insan? Sən özünü lotuluğa qoymusan, bəlkə də bu sənin haqqındır, ancaq xalqı heyvan yerinə qoymağa sənin haqqın yoxdur!

Yardımlı lotusu yazısını belə bitirir: “Heydərovlar ailəsinə dərin hüznlə başsağlığı verirəm”.

Əlbəttə, Rüstəmxanlı gözlərinin içinə qədər yalan deyir, hüznlü-zad deyil. Bir şey var ki, indi Rüstəmxanlı toy çaldıra bilməz. Ən azı qırx gün. Şəhidlərin meyiti ermənilərin soyuducularında saxlanılanda, çaldırırdı, ona güldən ağır söz demirdilər. İndi çaldırsa, Kəmaləddin Heydərov onun adı çəkilə bilməyən orqanalrını çıxarıb soxar ağzına…

  Mirzə ƏLİL

05.08. 2020, Samara