Tag Archives: Sərvan Qüdrət oğlu Səfərov

ŞƏHİDLƏRİ UNUTMAYAQ: ZƏNGİLANLI SƏRVAN SƏFƏROV

Стандартный

Sərvan_Cəfərov

Sərvan Cəfərov — Qarabağ müharibəsi iştirakçısı, şəhid.

Cəfərov Sərvan Qüdrət oğlu 18 iyun 1972-ci ildə Zəngilan şəhərində anadan olub. 1989-cu ildə şəhərdəki 3 saylı orta məktəbi qurtarmışdı. 1991-ci ildə rus ordusu sıralarında qulluğa gedib. Hərbi xidməti başa vurduqdan sonra rayona qayıdıb.

Vətəninə qayıdan kimi rayon daxili işlər şöbəsində işə girib. Bir neçə dəfə rayonun döyüş zonalarında, Şayıflı və Şatarız kəndlərindəki döyüşlərdə iştirak edib. 1993-cü il aprel ayının 10-da döyüşdə qəhrəmancasına şəhid olub.

«Vətən uğrunda» madalı ilə təltif olunub.

Subay idi.

Реклама