Tag Archives: şərur rayonu kərki kəndi

18-19 YANVAR 1990. KƏRKİ KƏNDİNİN İŞĞALI

Стандартный
18-19 YANVAR 1990. KƏRKİ KƏNDİNİN İŞĞALI

Yanvarın 18-i səhər də Kərki kəndi inadla müdafiə olunurdu. Axşama qədər Kərkinin igid müdafiəçiləri ermənilərə layiqli müqavimət göstərdilər. Lakin qüvvələr nisbəti qeyri – bərabər olduğuna görə vəziyyət faciə ilə nəticələnə bilərdi. Daxili Xidmət qoşunlarının nümayəndələri telefonla Sədərəkdəki komandirlərinə bildirirdilər ki, mülki şəxslər və polis işçiləri kəndi tərk etməlidirlər. Bundan sonra Kərkini erməni quldurlarından müdafiə edən 34 nəfər mülki şəxs və iki milis işçisi Moskvadan idarə olunan Azərbaycan rəhbərliyinin əmri ilə kəndi tərk edib, dağ yolları ilə Sədərəyə gəldi. Bundan sonra rus hərbiçilərinin təkidi ilə Kərkini əhalisi kəndi tərk etməyə məcbur edildi və Kərki rus hərbiçilərinə təhvil verildi. Onlar da kəndi ermənilərə hədiyyə etdilər.  Beləliklə, Kərki hadisələr başlayandan ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi oldu. Kərki də digər işğal olunmuş ərazilərimiz kimi xəyanət  nəticəsində düşmənin əlinə keçdi. Read the rest of this entry