Tag Archives: Səlimxan Bayramov

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏLİMXAN BAYRAMOV

Стандартный

Səlimxan Bayramov (Bayramov Səlimxan Vüqar oğlu; 13 iyul 1998 — 19 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bayramov Səlimxan Vüqar oğlu 13 iyul 1998-ci il tarixində Sumqayıt şəhərində dünyaya göz açıb. 2005-2015-ci illərdə həmin şəhərin 3 nömrəli orta məktəbində təhsil alib. Məktəbi bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək qərarına gələn Səlimxan, 2015-2019-cu illərdə Gürcüstan Dövlət Texniki Universitetinin tələbəsi olub.

Təhsilini bitirib doğma Azərbaycana qayıtdıqdan sonra, vətənpərvərlik və milli dəyərlərimizə olan sevgisi ilə hərbi xidmətə yollanır. 2019-cu ilin oktyabrın 28-i Sumqayıt şəhərindən hərbi xidmətə yollanan Səlimxan, Qusarda xidmətin davam elətdirir. 

27 sentyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gədən döyüşlərə yollanmış və Füzüli, Cəbrayıl, Xocavənd rayonlarında gədən döyüşlərdə çox yüksək şücaətlə iştirak etmiş, 3 nəfər döyüş yoldaşı ilə erməni təcavüzkarlarından post almış və ona doğma şəhəri Sumqayıtın adın vermişdir.

19 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə həlak olub. Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.

ŞƏHİDLƏRİMİZ: SUMQAYITLI SƏLİMXAN BAYRAMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: SUMQAYITLI SƏLİMXAN BAYRAMOV

Səlimxan Bayramov

Bayramov Səlimxan Vüqar oğlu, 1998-ci ildə Sumqayıtda doğulub. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!