Tag Archives: şəhidlərin sayı

AZƏRBAYCANIN FACİƏVİ ŞƏHİDLİYİNİN RƏMZİNİ DAHİ PİKASSO YARADIB…

Стандартный
AZƏRBAYCANIN FACİƏVİ ŞƏHİDLİYİNİN RƏMZİNİ DAHİ PİKASSO YARADIB…

KASIBLARIN SÜFRƏSİ

Azərbaycanı müdafiə nazirliyi itkilərin natamam siyahısını elan edib, eyni zamanda şəhidlərin yaxud şəhidliyin rəmzini də Da Vinçi fırçasıyla yaradıb. Rəsm sənətinin bilicisi deyiləm, başa düşmədim ki, bu rəmz quşdur ya çiçək. Ya da quşçiçəkdir.
Deyək ki, Quşçiçəkdir.

İndi hər lotu-potu bu quşçiçəyi yaxasına taxır, alnına yapışdırır…

Qonşumuz Qismət kişi istəkli nəvəsi Ağamoğlanı itirib. Mənim keçmiş şagirdim, indi Bakıda yaşayan K. telefonla mənə deyirdi ki, kəndə gedibmiş. Dedi «Qismət dayıyla görüşdüm, danışa bilmirdi, elə ağlayırdı…»

Bu Quşçiçəkdən Qismət dayıya nə təsəlli?

Bu Quşçiçək Azərbaycanda kasıblığın, haqsızlığın, ədalətsizliyin rəmzidir.

Ömrü boyu kolxozçu və sovxoz fəhləsi olmuş Qismət kişi haçan ədalət görüb?

Briqadirlərin, şöbə müdiirlərinin, partkomların, təhkimçilərin, milis, məhkəmə, raykom işçilərinin, prokurorların həyatı kolxozçunun, sovxoz fəhləsinin həyatından həmişə fərqlənib. Onların özləri, arvadları, uşaqları hər yerin yuxarı başında olublar. İndi də vəzifəlilər və pulluların yeri yuxarı başdadır. Hər yerin yuxarı başında.

Şəhidlik zirvəsi – kasıblar üçün uydurulmuş yuxarı başdır. Kasıblıq zirvəsi mənim ana dilində oxuduğum, eşitdiyim ən abırsız, ən şərəfsiz, ən vicdansız ifadədir. Hansı məqalədə, hansı postda bu ifadə rast gəlsə, onu işlədənin ünvanına rusca yağlı bir «tvoyu mat…» deyirəm. Yəni » sənin ananı…»

Hansı vəzifəli, pullu övladını o zirvədə görmək istədi? Haçan?

Mən Qismət kişini tanıyıram. Ölən gününəcən ağlayacaq…

Siz Ağamoğlan kimi məsum, sütül nəvəsini itirmiş səksən yaşlı zəhmətkeşin yaxasına Quşçiçək taxmaq istəyirsiniz?

Azərbaycan şəhidliyinin, faciəvi Azərbaycan şəhidliyinin rəmzini dahi Pikasso 1904-cü ildə yaradıb. Əsər “Kasıbların süfrəsi” adlanır…

Duvarda təkcə dəfndən çəkilmiş şəkil çatışmır…

Mirzə  ƏLİL

03. 12. 2020, Samara

Unikal.Az-a: ŞƏHİDLƏRİN XATİRƏSİNİ AĞALAR VƏLİYEV KİMİ MAYGÜLÜLƏRƏ TƏHQİR ETDİRMƏYİN!

Стандартный

Ağalar Vəliyev

Azərbaycan ordusunun verdiyi itkilərin sayı yəqin ki, üç min və bəlkə daha çox olar, hər ölənə dörd yaralı saysaq, yaralıların sayı 12 mindən çox olar. Hər şəhid və yaralının orta hesabla üç-dörd ailəyə aidliyini və bu ailə üzvlərinin təxmini sayını nəzərə alsaq, on minəlrlə insanın yas içində olduğunu görərik. Sosial şəbəkələrdə şəhidləri ölüm xəbərindən sarsılıb ölən analar, nənələr, atalar barədə xəbərlər yayılır. Ölkə rəbərliyindən, ölkə ictimaiyyətindən maksimal ciddilik tələb olunan vaxtda yenə dövlət mətbuatı öz səhifələrində on illərlə xalqı, xəzinəni qarət edən, varlanan, harınlanan adamları reklam edir. Müharibədə heç bir yaxın adamı iştirak etməyən, yəqin ki, situasiyadan istifadə edib sərvətini daha da artıran bu şarlatanlar, lotular sağa-sola “açlqlama” verir, döyüşlərin gedişini şərh edirlər.

“Ordumuz döyüş meydanlarında bir sıra innovativ texnologiyaları məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünya hərb tarixinə yeniliklər bəxş edir”.

Bir şey başa düşdünüz?

Bunu ən korrupsioner deputatlardan olan Ağalar Vəliyev deyib. Bu Ağalar Vəliyevi üstünə iki əsgər gətirəsən, yıxalar yerə, avtomatı dirəyələr bunun murdar ağzına və soruşalar: “Adam kimi danış, maygülü, nə demək istəyirsən?”

Bu Aqrartikinti bossu illərlə altını dolduranda indi cəbhədə can verən əsgərlər kənddə bir-iki hektar torpaqda qan-tər axıdıblar, yonca, taxıl yetiriblər, belə oğraşların zəbt elədikləri örüşlərin yanından oğurluqca heyvan aparıb otarıblar, dabanları əsgər çəkməsi geyməmişdən yara olub. İndi bu oğraş müharibənin gedişini şərh edir.

Bu nə deməkdir?

Bu o deməkdir ki, müharibənin necə bitməyindən asılı olmayaraq heç nə dəyişməyəcək. Azərbaycan dövləti yenə Paşa Holdin+ kimi yaşayacaq, heç kimin seçmədiyi şarlatan ə şortu deputatlar xalqı zəli kimi soracaqlar, erməniləri iti qovan kimi qovmuş qəhrəman əsgər isə bələdiyyə üzvlüyünə də buraxılmayacaq.

Unikal-az-a dövlət xəzinəsindən nə qədər pul gedir?

Bəzi şəhid evlərinin şəkillərini sosiaı şəbəkələr qoyurlar  — bu gün ölkənin şərəfi uğrunda həyatını verən gənclərin bəziləri az ömrü ərzində heç əməlli-başlı evdə də yaşamayıb.

Ağalar Vəliyev kimi qalstuklu oğraşların bu günlərdə reklam edilməsi şəhidlərini xatirəsinə təhqir deyilmi??

Unikal.az-da işləyən şərəfsizlər: Azərbaycan əsgərinin gücünü görürsünüz. Onun yumruğu bir gün sizin də çənənizə çırpıla bilər!

Özünüzü abırlı aparın!

Mirzə ƏLİL

  1. 11. 2020. Samara