Tag Archives: şəhidlər

BAKI ŞƏHİDLƏRİNİN SAYI 600-Ə YAXIN OLMALIYDI. NİYƏ BELƏ DEYİL?

Стандартный

Şəhidlərin dəfni

Azərbaycan əhalisinin sayı 2020-ci il mart ayında 10079300 nəfərə çatıb. Bakının əhalisinin sayı ilin əvvəlndə  2293,0 min nəfər olub. Beləliklə, paytaxt əhalisi ölkə əhalisinin 20 faizdən çoxunu təşkil edir. Deyək ki, 20 faiz. 44 günlük müharibədə həlak olanların sayı hələlik 2783-dür. Bu rəqəmin 20 faizi 556 eləyir. Yəni Bakı əhalisi müharibədə sayına proporsional şəkildə iştirak edibsə, şəhidlərinin sayı bu qədər və hələ bir az da çox olmalı idi.

İndi 2783-dən şərti “Bakı şəhidlərin”ni çıxaq. Qalır 2227 nəfər. İndi şərti Gəncə şəhidlərini hesablayaq. Gəncənin əhalisi 335, 6 min nəfərdir. Ölkə əhalisinin təxminən yeddi faizi. Şərti şəhidlərin sayı olur təxminən 195. Şərti Bakı və Gəncə şəhidlərinin sayı isə 751. Sumqayıtın şərti şəhidləri əlavə olunsa, 1000 nəfərə çatır. Bir sözlə, Azərbaycanın bütün qalan əhalisinə düşür 1800-dən də az şəhid. Azərbaycanda Mingəçevir, Şirvan kimi iri şəhərlər və 66 rayon var. Bu iki şəhərin hər birini  hər birini iki kənd rayonuna bərabər tutsaq, rayonların sayını 70 götürmək olar. Beləliklə, hər rayona düşür 26 nəfərdən də az şəhid.

Əslində belədirmi?

Salyandan, hələ dəqiq olmayan məlumata görə, 51 şəhid var. Leriklilər 81 şəhid sayıblar.
Əlbəttə, bunların xeyli hissəsi Bakıda yaşayan və ordan çağırılanlardır. Ancaq yəqin ki, əlliyə qədəri bilavasitə Lerikdən çağırılıb. Astaradan şəhid daha çoxdur. Təkcə Ərçivan qəsəbəsindən 9 (doqquz) şəhid var. Başqa rayonlar da belə.

Deməli, hər rayondan orta hesabla ən azı 45 şəhidin olduğunu ehtimal edə bilərik. (Hələlik! Çünki şəhidlərin sayı 3500-4 000-ə də çata bilər). Bu halda bütün şəhidlərin (rəsmən elan edilən 2783 rəqəmini əsas götürməklə) kənd rayonlarından olduğu nəticəsinə gəlmək olar. Əlbəttə, bakılıların şəhidi var, onların bir neçəsinin adı sosial şəbəkələrdə yayılıb. Ancaq söhbət böyük, 600-ə yaxın rəqəmdən getməlidir. Əgər müdafiə nazirliyi hərbi çağırış haqqında ölkə qanununun hərfinə və ruhuna uyğun işləyirsə, belə olmalıdır. Ancaq hər şeydən görünür ki, hərbi qulluğa çağırışda, çağırılanlardan da, o cümlədən cəbhədə, kimin harda yerləşdirilməsində heç bir qanun-qayda gözlənilmir. Müharibə vaxtı isə belə qanun puzğunluğu minlərlə gəncin həyatıdır.

Şəhidlərin doğulduqları yeri, ailə vəziyyətlərini öyrəndikcə ölkədəki ədalətsizliyin miqyasını və kəskinliyini həmişəkindən də açıq görürsən. Bilirsən ki, ölkədə hakimiyyəti və bütün resursları öz əllərində toplamış harın, heç nədən utanıb-çəkinməyən, heç bir əxlaq norması tanımayan insanlar ölkə vətəndaşları ilə rəftarıyla qaranlıq dalanda öz qurbanının böyrünə bıçaq sancıb qarət edən quldurdan heç də üstün deyillər…

Mirzə ƏLİL

06. 12. 2020, Samara

Реклама

ŞƏHİDLƏR: RAMİZ ABBASOV

Стандартный

Ramiz_Abbasov

Abbasov Ramiz Hüseyn oğlu — «Azərbaycan Bayrağı» ordenli döyüşçü.

19 may 1964-cü ildə anadan olmuşdur. 27 aprel 1994-cü ildə şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütıvlüyünün qorunması uğrunda gedən döyüşlərdə xüsusi xidmətlərinə, şəxsi igidliyinə və şücaətlərinə görə ölümündən sonra «Azərbaycan Bayrağı» ordeni ilə təltif olunmuşdur.

Bakı şəhəri Binəqədi rayonunda yaşadığı Ə.Naxçıvani küçəsi 29 saylı binaya baralyefi vurulmuşdur.

vikipediya

QARABAĞ ŞƏHİDLƏRİ: KAPİTAN MƏHƏRRƏM SEYİDOV

Стандартный

Maharramseyidov

Məhərrəm Seyidov — «Azərbaycan Bayrağı» ordeni kavaleriQarabağ müharibəsinin iştirakçısı.

Məhərrəm Məcnun oğlu Seyidov 1966-cı ilin 1 ayında Ermənistan Respublikasının Amasya rayonun Əzizbəyov (Qaraçanta) kəndində anadan olub. 1973-1983-cü illərdə Əzizbəyov (Qaraçanta) kənd orta məktəbində oxuyub. Məktəbdə oxuduğu illər ərzində Cüdo-Sambo ilə məşğul olub. Cudo-Sambo üzrə İdman Ustasıdır. Gənclər arasında Ermənistan çempionu olmuşdur. 1984-1988-ci illərdə Ukraynanın Donetsk Ali Hərbi Məktəbində hərbi biliyin sirlərinə yiyələnib. 1987-ci ildə kecirilən Hərbçilər arasında Cüdo yarışında Ukrayna çempionu olub. 1988-1992-cü illərdə SSRİ— nin Saratov, Samara, Ulyanovsk vilayətlərində  olan hərbi hissələrdə Tağım və Bölük komandiri və Qərargah rəisi kimi xidmət edib. 1994 cü il Qarabağ uğrunda gedən qızğın döyüşlərdə canından çox sevdiyi əsgərləri ilə birlikdə Məhərrəm Seyidov vətənə olan borcunu layiqincə qaytardı. 

Cüdo və sambo üzrə Ermənistan SSR çempionu idi.

Azərbaycanda müharibə başladığı zaman 1992-ci ildə qəhrəmanımız Şövkət Hacıyevanın çıxışındakı “Mən xaricdə qulluq edən Azərbaycan oğulların müraciət edirəm. Bu gün ki, gündə Azərbaycanın onlara ehtiyacı var. Əgər bu günki gündə kim gəlməsə Azərbaycan torpağında gəzmək onlara haramdır”sözlərini eşitdikdən sonra ərizə yazaraq Azərbaycana göndərişini tələb edir. 1993-cü ilin Yanvar ayında Səfər Əbiyevin vasitəsi ilə Baş Leytenant kimi 704 saylı briqadanın tərkibində olan 741 saylı hərbi hissənin Tabor komandiri ilə vəzifəsinə başlayır. Bundan sonra o Kapitan olaraq 741 saylı Hərbi Hissənin komandiri vəzifəsinə təyin olunur. 741 saylı Hərbi hissə Ağcabədidə olarkən erməni işğancılarının Beylaqana hücum edib Binəqdi Taboru darmadağın olduqdan sonra Göytəpə polkunun 1-ci taboru Ağcabədidən gəlib Beyləqanı müdafiə edir. Bundan sonra Ali Baş Komandan “Eşq olsun Qəhrəman Prişib polkuna ” söyləyərək ona təşəkkür elan edir. Müdafiə Nazirnin əmri ilə 888 saylı Hərbi Hissəyə təyin olunur. Qusarda olan hazırlıqlardan sonra Tərtərin müdafiəsi üçün General-Mayor Elburus Orucun xidmətinə verilir. 1 may 1994-cü ildə Tərtər istiqamətində gedən döyüşlərin birində Hərbi Hissə komandiri olaraq ön cəbhədə döyüşərkən ağır yaralanır. Əsgəri Pərvizlə birlikdə sürünərək xəndəyə gizləniblər ki, erməniyə girov düşməsinlər. Bunu eşidən Elburus Orucov şəxsən özü iştirak etməklə bütün Korpusa döyüş əmiri verir. Kapitan Seyidovun yaralı və ya meydini gətirilməsini tələb edir. Mayın 3-ü əsgərlərdən biri kapitanı qanaxmadan ölü vəziyyətdə tapır. 5 may 1994- cü ildə II Fəxri Xiyabanda dəfn olunur. Qarabağ müharibəsində komandirlik etdiyi hərbi hissənin əsgərləri qəhrəmancasına onunla birgə döyüşən və həlak olan iki əsgərin Pərviz Hüseynov və Asif Novruzovun məzarı da onunla yanaşıdır. Ölümündən 32 gün sonra Mayor rütbəsi təsdiqlənir . O cümlədən ölümündən sonra H. Əliyevin 16 Sentyabr 1994-cü il qərarı ilə “Azərbaycan Bayrağı” ilə təltif olunur.

Nurəddin Ağayevin xatirələrindən: “Həmin anları yenidən xatırlamaq mənim üçün dəhşətdir. Hər şey gözümün qabağındadır. Hərbi hissəyə Qırmızıkəndin ermənilər tərəfindən alınması barədə məlumat gəldi. Düşmən qüvvəsi barədə xəbərsiz idik. Buna baxmayaraq tərəddüd etmədən kəndə daxil olduq. Qızğın döyüş gedirdi müasirəyə düşdük, 21 nəfərimiz şəhid oldu. Özüm isə ağır yaralandım. Yanımdakı iki əsgər mənə yaxınlaşaraq kömək etmək istədi. Elə bu zaman tankdan atəş açdılar. Üçümüzdə yerə yıxıldıq. Huşumu itirdim. Ayılanda yanımdakıların şəhid olduqlarını gördüm. Çox dəhşətli bir mənzərə idi. Mənə kömək etmək istəyən əsgərlər yanımda şəhid olmuşdular. Oğlu Murad Seyidov-«Əmim həmişə deyərdi ki, atam əsgərlərini bizdən çox sevirdi».

Məhərrəm Seyidov 741 saylı hərbi hissənin komandiri olmuşdur. 5 may 1994-cü il tarixində kapitan rütbəsində ikən vəfat etmiş və ölümdən 32 gün sonra mayor rütbəsi ilə təltif edilmişdi. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 nömrəli Fərmanı ilə «Azərbaycan Bayrağı» ordenilə təltif edilmişdi.

vikipediya

QARABAĞ ŞƏHİDLƏRİ: SAHİL ATAKİŞİYEV

Стандартный

Sahil_Atakişiyev.jpg

Sahil Durasan oğlu Atakişiyev (d. 2 iyul 1974ŞamaxıAzərbaycan — ö. 7 mart 1993TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. I Qarabağ müharibəsinin şəhidi.

Sahil Atakişiyev 1974-cü il 2 iyulda Şamaxı rayonunun Məlikçobanlı kəndində anadan olub.

1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Sahil Atakişiyev 1993-cü il 7 martda Tərtər rayonu istiqamətində şəhid olub.

Alxan Alxanov Şamaxı rayonunda Məlikçobanlı kəndində dəfn olunub.

QARABAĞ ŞƏHİDLƏRİ: ƏBÜLFƏZ ƏBDÜLHƏMİDOV

Стандартный

Əbülfəz Nöhbala oğlu Abdulhəmidov (d. 15 aprel 1970XaçmazAzərbaycan — ö. 1992Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi.

Əbülfəz Abdulhəmidov 1970-ci il 15 apreldə Xaçmaz rayonunun Tel qəsəbəsində anadan olub.

1992-ci ildə hərbi xidmətə yollanan Əbülfəz Abdulhəmidov, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri qismində I Qarabağ müharibəsinin bir sıra döyüşlərinə qatıldı. O, 1992-ci ildə şəhid oldu.

Əsgər Əbülfəz Abdulhəmidov, Xaçmaz rayonunun Tel qəsəbəsində dəfn olunub.

 

 

APREL ŞƏHİDLƏRİ: KAMRAN ŞİRƏLİYEV

Стандартный

Kamran_Şirəliyev.jpg

Kamran Faiq oğlu Şirəliyev (d. 28 fevral 1994BakıAzərbaycan — ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

Kamran Şirəliyev 1994-cü ilin 28 fevral günündə Bakı şəhərinin Suraxanı rayonunda Faiq və Elvira Şirəliyevlərin ailəsində anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub.

Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-ı isə Kamran Şirəliyev doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Şirəliyev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

APREL ŞƏHİDLƏRİ: MAHİR SABİR OĞLU MİRZƏYEV

Стандартный

Mahir_Mirzəyev.jpg

Mahir Mirzəyev 1994-cü il 17 fevral tarixində Bakı şəhərində anadan olub. Orta təhsilini 20002005-ci illərdə Abşeron rayonu Fatmayı kənd orta məktəbində, 20052011-ci illərdə isə Bakı şəhəri N.Nərimanov rayonu şəhid Novruzov qardaşları adına 36 saylı orta məktəbdə alıb. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, yüksək ballaAzərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat fakültəsinə daxil olub. 2015-ci ildə ali təhsilini bitirib yüksək balla Qafqaz Universitetinin menecment fakültəsinin magistr pilləsinə qəbul olmuşdur.

2007-ci ildə Azərbaycan respublikası Ciu-citsu Milli Federasiyasının üzvü olmuş və imtahanda bacarıq göstərərək 7 Sichi-Kyu-ya layiq görülmüşdür. 2013-cü ildə ”ASAN” xidmətdə, 2014-cü ildə Amrahbank Akademiyasında, sentyabr-dekabr 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 12-28 iyun 2015-ci ildə “Avropa Oyunları”nda könüllülər kimi fəaliyyət göstərmişdir. Bütün bu fəaliyyətlərindən diplom, sertifikat və fəxri fərmanlar almışdı. Türk, ingilis, rus, ərəb dillərini bilirdi.

6 iyul 2015-ci ildə Bakı şəhəri N.Nərimanov rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hərbi xidmətə Gəncəyə göndərilmiş və 3 ay sonra Tərtər rayonunda hərbi xidmətini davam etdirmişdir. Mirzəyev Mahir Sabir oğlu 2 aprel 2016-cı ildə Aprel döyüşləri zamanı SeysulanQapanlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuşdur

8 aprel 2016-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə əldə olunan razılığa əsasən öndə, neytral zonada qalan şəhidlərimizin nəşi götürülərək ailələrinə verilib. 9 aprel 2016-cı ildə Mirzəyev Mahir Sabir oğlunun cənazəsi Bakı, Binəqədi rayonu Biləcəri qəsəbəsindən böyük izdihamla yola salınıb. 

VİKİPEDİYA

ŞƏHİDLƏR: ELVAR QƏDİMOV

Стандартный

Elvar_Qədimov_(şəhid).jpg

Elvar Qədimov — 15 fevral 1974-cü ildə anadan olmuşdur. Elvar Qədimov Qarabağ müharibəsinin iştirakçısıdır. 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Elvar Qədimov 15 fevral 1974-cü ildə anadan olmuşdur.

Elvar Qədimov 1993-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırıldı. Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına əsgər kimi yollanan Elvar Qədimov 10 fevral 1994-cü ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul rayonu Atbulaq kəndində dəfn olunmuşdur.

VİKİPEDİYA

AİLƏNİN TƏK OĞLU: APREL ŞƏHİDİ NURLAN ABDULLAYEV

Стандартный

Nurlan_Abdullazadə.jpg

Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994Zərdab, Azərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşlərizamanı şəhid olub.

Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.

Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

vikipediya

ŞƏHİDLƏR: İSGƏNDƏR XANKİŞİYEV

Стандартный

İsgəndər_Xankişiyev.jpg

İsgəndər Xankişiyev (6 yanvar 1968, Novruzlu, Ağdam rayonu— 16 iyun 1992, Ağdərə rayonu.

İsgəndər Xankişiyev 1968-ci il yanvarın 6-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. İlk orta təhsilini Novruzlu kənd orta məktəbində almış, 1985-ci ildə oranı əla qiymətlərlə bitirmişdir. 1986-1988-ci illərdə ordu sıralarında xidmət etmişdir. Daha sonra Xəzər Dəniz Neft Donanması idarəsinin dənizçilik məktəbini bitirmiş və peşəsi üzrə işə başlamışdır. İşlədiyi müddətdə iş yoldaşlarının və kapitanının dərin hörmətini qazanmışdır.

Vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu işindən ayrılıb könüllü surətdə ordu sıralarına yazılmağa vadar etmişdir. Ağdama ailəsinin yanına gələn İsgəndər 1992-ci il Xocalı soyqırımı-nın xəbərini alıb Erməni vəhşiliyinə tab gətirməyərək Xocalıya getmiş və bir neçə ailənin Xocalıdan Ağdama gətirilməsində və eləcədə yaralıların Ağdam şəhər xəstəxanasına daşınmasına yardım etmişdir. Bir müddət sonra Şuşaya üz tutmuşdur. Şuşa döyüşündə iştirak etmiş 60-a yaxın dinc sakinin mühasirədən çıxmasına yardım etmişdir. Daha sonra Yevlax özünümüdafiə batalyonun tərkibində vuruşmuş bir neçə kəndlərin alınmasında iştirak etmişdir.

1992-ci il iyun ayında Ağdərə rayonu uğrunda kəskin döyüşlər gedirdi. Batalyon iki hissəyə ayrılmışdı. Hücum planında İsgəndərində olduğu qrup öndən gedib Erməni qüvvələrini mühasirəyə almalı, ikinci qrup isə sonra gələrək əsas zərbəni endirməli idi. Çaylı kəndi istiqamətində yola düşən İsgəndər öndərliyində olan hərbiçilər düşmən müdafiə xəttini yararaq irəliləyib Çaylı kəndinə çatmağı bacardı. Ancaq əsas qüvvəni gözləmədən birbaşa döyüşə girən İsgəndər və yoldaşları kəndi işğalçılardan təmizləməyə nail oldu. Döyüşün sonlarında düşmənin snayper gülləsinə tuş gələn İsgəndər döyüş yoldaşlarının dediyinə görə, son anında belə «Əsla geri çəkilməyin! Düşmənə aman verməyin!» deyərək həyata gözlərini yumdu. 17- iyunda əsas qrupla birlikdə Gəncə batalyonu da Çaylı kəndinə gələn zaman kənd artıq ermənilərdən təmizlənmişdi.

İyunun 18-də döyüş yoldaşları tərəfindən Şəhidlər Xiyabanında dəfn edilməsi istənilsə də, atasının təkidi ilə Novruzlu kənd qəbiristanlığında dəfn edilmişdir.

İşlədiyi «Atlet-22» gəmisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin № 220 qərarı ilə İsgəndər Xankişiyevin adı verilmişdir.