Tag Archives: Rustov kəndi

AKTRİSA ZƏRNİGAR AĞAKİŞİYEVANIN 70 YAŞI TAMAM OLUR

Стандартный
AKTRİSA ZƏRNİGAR AĞAKİŞİYEVANIN 70 YAŞI TAMAM OLUR

Zərnigar_Ağakişiyeva

Zərnigar Fəti qızı Ağakişiyeva — Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2000).

Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin «Müdriklər» dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

RUSTOVRustov kəndi

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və «Azərbaycanfilm» in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür.

Реклама