Tag Archives: Ruslan Şahbazov

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RUSLAN ŞAHBAZOV

Стандартный

Ruslan Mahir oğlu Şahbazov (14 iyul 1991Tərtər rayonuAzərbaycan SSR — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Ruslan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ruslan Şahbazov sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı həlak olub.