Tag Archives: rusiya sülhməramlıları

NYT: ‘Putin Əliyevə ultimatim verib ki…’

Стандартный


Bakı, 1 dekabr, 2020-ci il

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Dağlıq Qarabağda atəşkəslə bağlı 9 noyabr razılaşması haqda Azərbaycan rəsmiləri detallı informasiya açıqlamasalar da, Qərb mediası bu sənədə öz yozumunu təqdim edir. “Putin Dağlıq Qarabağ sülh sazişində zirək tərpənərək yeni yanaşma ortaya qoydu”. “The New York Times” qəzetinin dekabrın 1-də dərc etdiyi məqalə belə adlanır.

Həmin sazişlə Ağdam, Kəlbəcər və Laçın rayonları işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə verilib və tərəflərin təmas xəttində 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib. Eni 5 kilometr olan Laçın dəhlizi də bu sühməramlıların nəzarətindədir.

Qəzetin əməkdaşları Anton Troyanovki və Karlotta Qall yazırlar ki, Qafqaz regionunda çoxdanın təxribatçısı olan Rusiya üçün sülhməramlı rolu bir dəyişiklikdir – həm də keçmiş sovet məkanında nüfuzunu qoruyub saxlamağa çalışan ölkədən ötrü yeni sınaq və fürsətdir.

Güzəşt, həm də etimad qazanmaq

Müəlliflərin fikrincə, vaxtilə Gürcüstanı və Ukraynanı işğal etmiş Rusiya həmin ölkələri özünə düşmən etdi. İndi bu taktika Kremlin gözündə dəbdən düşmüş sayılır. Təhlilçilər düşünürlər ki, Moskva getdikcə yumşaq və sərt gücün daha incə qarışığına əl atır.

Məsələn, Belarusda nümayişlərə münasibətdə də Kreml yumşaq davrandı, birbaşa müdaxilə etmədi, ancaq Alyaksandr Lukaşenkaya dəstəyini də əsirgəmədi.

“Dağlıq Qarabağ müharibəsində danışıqlarda Putin hərbi güclə təhdid edərək hər iki tərəfdən güzəştlər əldə etdi, eyni zamanda rəqib düşərgələrin azacıq etimadını da qazandı. Rusiyanın Ermənistanla qarşılıqlı müdafiə alyansının mövcudluğuna baxmayaraq, Putin bunun Dağlıq Qarabağa aid olmadığını bildirdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə sıx şəxsi əlaqələri var”, – məqalədə deyilir.

“Bu, klassik anlamda sülhməramlı rolunu oynamaq fürsətidir. Ümid etmək istərdim ki, Rusiyanın postsovet məkanında öyrənmə prosesini və dəyişiklik müşahidə edirik”, – Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov deyib. Bu qurum Rusiya hökumətinə yaxındır.

Məqalədə 9 noyabr gecəsi Azərbaycanın Rusiya vertolyotunu təsadüfən vurmaqla Moskvaya müdaxiləyə bəhanə verdiyi deyilir. Qəzet Bakıda məsələdən agah bir neçə nəfərə istinadla yazır ki, Rusiya prezidenti Əliyevə ultimatum verib: Şuşa alınandan sonra Azərbaycan əməliyyatları dayandırmasa, Rusiya ordusu münaqişəyə müdaxilə edəcək. Şuşanın Azərbaycan ordusu tərəfindən alındığı noyabrın 8-də xalqa açıqlanmışdı.

“Həmin gecə Bakıda açıq əraziyə naməlum mənbədən raket düşdü, xəsarət alan olmadı. Bəziləri Rusiyanın bununla siqnal verməsindən şübhələndi, yəni o, müdaxiləyə hazır idi və böyük ziyan vurmaq gücündəydi”, – müxbirlər yazırlar.

9 noyabr sazişini Prezident İlham Əliyev Ermənistanın “kapitulyasiyası” adlandırır. Azərbaycan müxalifəti, müstəqil tənqidçilər isə ölkə ərazisinə Rusiya hərbçilərinin yerləşdirilməsini suverenliyə təhdid hesab edirlər. Elə “New York Times”dakı məqalədə də deyilir ki, bu məsələ Rusiya üçün strateji uduş oldu, İranın şimalında hərbi mövqe əldə elədi. Amma dünyanın ən çox uzanmış münaqişələrindən birinin düz ortasına Rusiya hərbçilərini yerləşdirmək həm də risklidir.Gözlə

“Onlar müdaxilə edəcəklər”

“Rusiya bu münaqişəni özbaşına buraxmaq istəmir. Onlar dondurulmuş vəziyyəti sevirlər. Onlar müdaxilə edəcəklər”, – keçmiş diplomat, Bakıda hökumətin maliyyələşdirdiyi Beynəlxalq Münaqisətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyev deyib.

Karnegi Avropa Fondunun aparıcı əməkdaşı Tomas de Vaal isə düşünür ki, Əliyevi dilə tutmağa çox vaxt getməyib, çünki o, Rusiyayla münasibətinə dəyər verir.

Ermənistanlı təhlilçi Riçard Giraqosyanın fikrincə, indi ölkəsi Rusiyanın orbitinə daha da bərkidildi, manevr imkanları azaldı. “Dağlıq Qarabağda gələcək təhlükəsizlik Rusiya sülhməramlılarından asılıdır ki, bu da Moskvaya əvvəl malik olmadığı təsir rıçağı verir”, – o deyib.

Prezident İlham Əliyevsə dekabrın 1-də xalqa müraciətində Laçın dəhlizinin Rusiya sülhməramlılarının nəzarətinə verilməsini “çox böyük nailiyyət” adlandırıb. «Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir», – o vurğulayıb.

Prezident çıxışında Dağlıq Qarabağda ermənilərin nəzarətində qalan Xankəndinin, Xocavənd, Xocalı rayonlarının adlarını çəkməyib. Münaqişə tərəfləri bu rayonlarda tutduqları mövqelərdə qalıblar, təmas xəttinə sülhməramlılar yerləşdirilib.

https://azadliq1.azureedge.net/a/30978206.html?fbclid=IwAR0RHV6so_Zf3ruo6xpIj9XvGkqcLbWugfE528kpGdxRTyoOZB8aNJFeEjE

LAÇIN DƏHLİZİ. «AY BİGƏHMƏD, BİGƏNDÜN?..»

Стандартный

Laçın dəhlizi

Yaxşı bir lətifə var. Mən onu əlli il bundan qabaq xaçmazlı tələbə yoldaşım Əkrəmdən eşitmişəm. Əkrəm ləzgilərin ləhcəsini yaxşı yamsılayırdı, özünün də ləzgi qohumları vardı. Bu lətifə də ləzgi mövzusunda idi. Təəssüf ki, bu gözəl folklor nümunəsini bütöv şəkildə burda yazmaq mümkün deyil, çünki məzmununda ayıb sayılacaq məqam var. Mən özüm bu əlli ildə bu lətifəni heç kimə danışmamışam, ancaq bu şoğərib Laçın dəhlizi onu yadıma saldı və gərək mən onu üstüörtülü və ixtisarlı şəkildə burda oxucuya çatdıram. İndi mən elə bil ki, bu folklor şedevrini ortadan danışıram.

“…Səhəri gün lotular Bəyəhməddən soruşurlar:

— Ay Bigəhməd, bigəndün?

— Vallax, bigənməginə bigəndim, ancaq bir az gəndi…

— Nooldu, Ələhməd bigəndi, Güləhməd bgəndi, Mirəhməd bigəndi, sən bigənmədün?…”

Bu lətifəni mənim yadıma Laçın dəhlizinin eni yadıma saldı: 5 km!

Ay müsəlmanlar və müsəlman olmayanlar! Özünüz deyin, 5 km enində dəhliz olar?

Dünyanın ən iri hərbi və ticarət gəmilərinin keçdiyi Bosfor boğazında maksimal en – 3 700 m, minimal – 700 m.

Yox, mən başa düşmürəm ki, Laçın dəhlizinin eni niyə 5 km olmalıdır və bu endə dəhlizdən ermənilər nə keçirəcəklər?

Yox, bu dəhliz ermənilərlik deyil. Bu dəhlizdən Rusiyanın bütün ordusu, tanklarıyla, təyyarələriylə, gəmiləriylə, sualtı qayıqlarıyla keçə bilər.

Şübhəniz olmasın: ermənilər bu-gün sabah Laçın dəhlizini Ginnes rekordlar kitabına yazıb öz adlarına çıxacaqlar. Vallah, bu, dolma məsələsi deyil, “Sarı gəlin” məsələsi” deyil, çox böyük əngəldir…

Nə deyirsiniz deyin, bu boyda dəhliz olmaz. Bu endə dəhliz bütün ölkədə yelçəkər yaradar. Mənə Salyandakı qohumlarım telefonla deyirlər ki, Mirzə, ruslar bu dəhlizin enini beş kilometr eləyəndən hamımız zökəmə tutulmuşuq…

Vallah, bu boyda deşiyi (türkün məsəli) əski-üskü ilə tutmaq mümkün deyil. Bundan sonra yel əsəcək, yengələr oynayacaq…

Deyirəm bəlkə Lavrov Əliyevə dəhliz sənədini “5 m” kimi qol çəkdirib, sonra, “m”-nın qabağına “k” atıb?

Yazıq Bəyəhməd…

Yazıq millətimiz…

Lənət şeytana, lətifə danışmaq da olmur. Danışacaqsan, arvad-uşaq qınayacaq…

Ancaq sərhədimizdə beş kilometr enində deşik qoyanı heç kim qınamır…

Yox, mən bu dəhlizi bəyənmədim. Çox gendir…Bəyəhməd deyən şey bu dəhlizin yanında toyabayrama getməlidir…

Mirzə ƏLİL

21.11. 2020, Samara