Rüfət Bəhram oğlu Mayılov (31 yanvar 2001; Kürdəmiş, Göyçay rayonu, Azərbaycan — 30 sentyabr 2020; Alxanlı, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Rüfət Mayılov 2001-ci il yanvarın 31-də Göyçay rayonunun Kürdəmiş kəndində anadan olmuşdur. Subay idi.
Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olmuş, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.
Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. . 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Göyçay rayonunda dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.