Tag Archives: Razi Nurullayev

RAZİ NURULLAYEV ADİL ƏLİYEVİ XORTUMUNUN ALTINA ALDI…

Стандартный

Razi_Nurullayev

Necə qan ağlamasın daş bu gün!…

Razi Nurullayev Milli Məclisdə çıxış edib bütün ölkəni ağladıb. Deyib ki, İmişlidə adamlar mal-heyvana qarışıb susuzluqdan mələyirlər. Bunu eşidəndə Zeynəb Xanlarıova qəşş edib yıxılıb, Qənirə Paşayeva çaşıb öz yaxasının düymələrini açıb…

Razi Nurullayev İmişli faciəsinin səbəbini də göstərib. Deyib ki, bu fəlakət sisial şəbəkələrdə deputatların tənqid edilməyinə görədir. Çünki sosial şəbəkələrdə deputatları təhqir edirlər, ən çox da Adil Əliyevi…Deyib ki, əgər Məhərrəm Əliyevi də tənqid eləsələr, İmişli camaatının çörəyi də olmayacaq…

Razi Nurullayev vəziyyətdən iki çıxış yolu göstərib: Ya Tsukerberqi çağırtdırıb onunla Bakıda kişi söhbəti eləmək, ya da onun üstünə Amerikaya adam göndərmək. Məsələn, beş-altı çeçen. Qoy Tsukerberq üzr istəsin.

Razi Nurullayed deyib ki, hələlik  Adil Əliyevi bacardığımız qədər müdafiə etməliyik. Ona bir-iki rota əsgər də vermək olar. Tovuzda qələbə çaalandan sonra onsuz da ordumuz eycahandır…

Ah! Vah!

Necə qan ağlamasın daş bu gün…

P.S. Zeynəb Xanlarovanı Sabir Rüstəmxanlı ağız-ağzıa nəfəs verməklə ayıldıb…

 

Mirzə ƏLİL

06. 08. 2020, Samara

ERMƏNİ DİASPORU MƏĞLUBİYYƏTİNİ ŞƏXSƏN RAZİ NURULLAYEVƏ ETİRAF EDİB

Стандартный

Razi Nurullayev

Millət vəkili Razi Nurullayev mətbuata verdiyi yeni qatıqlamasında bildirib ki, “erməni diasporu məğlubiyyətini etiraf etdi”.

Maraqlıdır ki, Razi Niurullayev təfərrüatı açıb-ağartmır. Yəni demir ki, erməni diasporu etirafını harda edib və kimə edib. Bəlkə erməni diasporu Razi Nurullayevi dəvət edib Krasnodara  ya Rostova və orda donuz kababıyla erməni konyakını vurandan sonra qucaqlayıblar Razi Nurullayevin boynunu, ağlaşıb deyiblər ki, kirvə, biz daha məğlubiyyətimizi etiraf edirik.

Razi Nurullayev də ağlayıb. Sevincindən. Həm də konyakdan. Hava da Rusiyanın cənubunda gözəl…

“Aylı gecə, sərin külək göy çəmən…”

Razi Nurullayev kövrəldiyinə baxmayaraq vətənpərvərliyini və kişiliyini itirməyib,  özünü ələ alıb ciddi soruşub:

— Kirvələr, siz mənə konkret deyin: Qarabağ kimindir?

Erməni diasporunun rəhbərləri yenə Razi Nurullayev qucaqlayıb sinələrinə sıxıblar.

— Kirvə, bu nə sözdür? Qarabağ, əlbəttə sizindir. Bizimki Artsaxdır…

Yenə marçamarç, bruderşaft və sair mehribanlıq…

Bunu, əlbəttə, dəqiq bilən yoxdur. Ancaq belə danışanlar var. Bir nəfər deyirdi ki, hava o gün yağışlı olub. Razi Nurullayevi yağış çox kövrəldib, maması da yadına düşüb, ermənilər üçün “Ana ürəyi”ni Orta segah üstünd oxuyub:
“Yağış da yağmışdı, yerlərdə palçıq…”

Ümumiyyətlə, Razi Nurullayev şeirə, sənətə çox həssas adamdır. Xalq cəbhəsindən getməsiylə əlaqədar bir beyti bədahətən demişdi:

“Yapçıya indən belə yoldaşam mən,

Bir də dönəm cəbhəyə, oğraşam mən…”

İndi öz-özümə fikriləşirəm ki, bəlkə erməni diasporunun məğlubiyyət məsələsi də Razinin yaradıcı fantaziyasının məhsuludur?

Mənə bir tanışım deyir ki, Mirzə, bu deputatın başına hava gəlib, baş qoşma…

Ancaq mən buna inanmıram. Nurullayev dəli olsaydı, onu milli məclisdə saxlamazdılar. Axı Milli Məclis  parlamentdir, dəlixana deyil…

Akademik Ramiz Mehdiyevin intellektinə and olsun!

Mirzə Əlil

02.08. 2020, Samara

RAZİ NURULLAYEV: «YAPÇIYA İNDƏN BELƏ YOLDAŞAM MƏN…»

Стандартный

1

Əli Kərimlinin keçmiş mübarizə yoldaşı Razi Nurullayev partyasının adını dəyişib, dəyişən kimi də onlayn qurultay keçirib. Məruzəsini isə Segah təsnifi ilə bitirib:

Yapçıya indən belə yoldaşam mən,
Bir də dönəm cəbhəyə, oğraşam mən…

Deyilənlərə görə, şeirin müəllifi ya Baba Vəziroğlu ya da Ramiz Rövşəndir… Guya bu şeiri Əliağa Vahidə nəzirə kimi yazıblar. Bu da Vahid poeziyasının bu gün üçün də aktuallığını göstərir…

Mirzə ƏLİL

28.07. 2020, Samara