
Möhtərəm Məhəmmədəli Qəribli!
Yaxşı bilərsən, Stalin Maksim Qorkinin “Qız və ölüm” poemasını oxuyub demişdi ki, bu şey (türkün məsəli!) Götenin “Faust”undan güclüdür.
Sənin məqalən, möhtərəm Məhəmmdəli, “Faust”dan da, Qorkinin də, türkün məsəli, şeyindən güclüdür. Mən indən belə daha başqa heç nə oxuyan deyiləm, qoymuşam İnternetdə avtopleyə, əvvəldən oxuyuram axıra, sonra yenə oxuyuram axırdan əvvələ. Lenin demişkən, ne moqu otorvatsa…
Möhtərəm Məhəmmədəli! Diasporda doğrudan da ürəkaçan bir şey yoxdur. Açığını dəsək, heç Rusiya özü ürəkaçan yer deyil. Niyə bu millət o cür gözəl Azərbaycanımızı qoyub qaçır bura, mən başa düşmürəm. Götürək elə Naxçıanı. Orda insanın nəinki ürəyi, hətta başqa yerləri də açılar. Mən yüz dəfə demişəm ki, gərək Vasif Talıbov Birləşmiş Millətlər Təşkilatına rəhbər seçilə ki, bütün millətlər də naxçıvanlılar kimi ola talıban, yəni xoşbət insan. Ancaq niyə bu talıbanlar qaçıb gəlirlər Rusiyaya, mənim üçün sirdir. Yəqin başları ya ayrı yerləri xarabdır, mən ayrı səbəb görmürəm.
Möhtərəm Məhəmmədəli! Mən İnternetdə sənin gözəl bir şəklini tapdım. Deyəsən kayflanırsan. Gözəl! Mən də cavanlıqda çox eləmişəm. Yəqin dozan yaxşı olub ki, bir əlini qoymusan, türkün məsəli, şeyinin üstünə…Ancaq bir suyundan Qurbanqulu Berdımühəmmədova oxşayırsan. Gözlərinin qıyılmağından, dişlərini ağartmağından, rəngindən. Xam adam sizi dəyişik salar. Sirr deyilsə, de: sənin anan vaxtilə Türkmənistana alverə-zada getməyib?
Möhtərəm Məhəmmdəli! Doğru deyirsən, mən Şirvan Kərimova çox yalvar-yaxar eləyirəm ki, vəzifəyə seçilsə, məni də özü ilə aparsın Moskvaya, çünkli mən Moskvanı görməmişəm. Ancaq Şirvan Kərimov razılıq vermir, deyir ki, Mirzə, sənə etibar yoxdur, apararam, sən də orda başlarsan yenə Azərbaycanın simvollarını təhqir eləməyə. Deyirəm a kişi, mən haçan Azərbaycanın simvollarını təhqir eləmişəm? Mən bisavad adamam, heç bilmirəm simvol nə olan şeydir: yeməlidir, oynatmalıdır, satmalıdır. Deyir Mirzə, eləməsən də, adın çıxıb, deyir Məhəmmdəli kimi korifey jurnalistin qələminə düşəndən sonra mən səndən gərək uzaq olam…
Ay Məhəmmədəli! Məni başa sal, nədir dövlətin simvolu? Mən avam adamam, mən eşitmişdim ki, dövlətimizin, millətimizin simvolu, məsələn, Şuşadır. Şuşanı da ermənilər tutublar. Mənim nə günahım? Get Zakir Həsənivdan soruş ki, o boyda ordu ilə niyə bizim simvolumuzu erməlirəin əlindən almır? Bülbülün qəbri bizim simvolumuz deyildimi? İndi hanı o qəbir? Hanı Ağdamın məscidləri? Ermənilərin elədiklərini niyə mənim boynuma yıxırsan? Sən məni lap nahaqdan qınayırsan. Sən axı məni niyə Moskvaya həsrət qoyursan?
Sən bir şeyi düz deyirsən. Disaporaya ayrı lider lazımdır. Mən burda bir neçə nəfərlə məsləhət elədim, dedilər ki, diaspora lideri gərək yatıb çıxa. Düzü, əvvəl başa düşmədim. Dedim harda yata, hardan çıxa. Bizdə o qədər hamamlarda yatanalar var ki… Elə yatırlar ki, heç çıxmaq istəmirlər… Dedilər yox, türmədə gərək yata. Yəni otura. Sonra çıxa. Yəni ola avtoritetli adam. Dedim elə adamı hardan tapasan. Biri səni nişan verdi. Dedi Məhəmmədəlidən yaxşı namizəd yoxdur. Birincisi, naxçıvanlıdır. Naxçıvanlıların da liderlik qanındadır. İkincisi, yatıb çıxıb. Yəni idarəçiliyi gözəl bilir.
Məhəmmədli, bu, doğrudurmu? Yəni doğrudanmı naxçıvanlısan və doğrudanmı yatıb çıxmısan? Elədirsə, gəl Rusiyaya, al rəhbərliyi əlinə, məni də apar Moskvaya. Barmağını kimə, nəyə, hansı simvola uzatsan, yazıb təhqir eləyim, hörmətdən salım. Qurnaqulu Berdımühəmmədova əkiz qardaş kimi oxşadığına görə türkmənlərin də rəhbərliyini öz öhdənə götürə bilərsən. Bir də gördün MDB ölkələrinin yarısının diasporu sənə tabedir.
Gələcəyin parlaqdır, ay Məhəmmədəli!
Mirzə ƏLİL
03.05.2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.