Tag Archives: rAHİL rAFİQ OĞLU əRƏBLİ

DAHA BİR ŞƏHİD: ŞİRVANLI ƏSGƏR RAHİL ƏRƏBLİ

Стандартный

Azərbaycan əsgəri şəhid olub 

http://report.az/dagliq-qarabag/azerbaycan-esgeri-sehid-olubf/

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bakı. 13 may. REPORT.AZ/ Mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Ərəbli Rahil Rafiq oğlu şəhid olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

«Report»un Şirvan bürosunun məlumatına görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində şəhidin dəfn mərasimi keçirilib.

Azərbaycanın üçrəngli bayrağına bükülmüş şəhidin cənazəsi bu gün doğulduğu qəsəbəyə gətirilib. Dəfn mərasimində şəhər icra hakimiyyətinin rəsmiləri, şəhidin komandirləri və əsgər yoldaşları, doğmaları ilə yanaşı ictimaiyyətin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, yayılım atəş sədaları altında şəhid doğulduğu qəsəbənin qəbristanlığında torpağa tapşırılıb. Cənazəyə bükülmüş üçrəngli bayraq şəhidin atasına təqdim edilib.