Tag Archives: Rafiq Bəyverdiyev Qusar

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RAFİQ BƏYVERDİYEV

Стандартный

Rafiq Bəyverdiyev (tam adı: Rafiq Nurməhəmməd oğlu Bəyverdiyev; 1 iyun 1998QusarAzərbaycan — 20 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rafiq Bəyverdiyev 1998-ci il iyunun 1-də Qusar rayonunun Cibir kəndində anadan olub. Milliyyətcə ləzgi idi. 2005-2016-cı illərdə Qusar rayonunun Cibir kənd orta məktəbində təhsil alıb. Subay idi.

Rafiq Bəyverdiyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlananda, Rafiq Bəyverdiyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Silah yoldaşları tərəfindən Rembo Rafiq ləqəbini qazanıb. Rafiq Bəyverdiyev oktyabrın 20-də həlak olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Qusar rayonunda dəfn olunub.