Tag Archives: Rəmzi Əsgərov

ПАВШИЕ: РАМЗИ АСКЕРОВ

Стандартный

Rəmzi_Əsgərov.jpg

Рамзи Аскеров родился 21 января 1967 года в Лачыне. После окончания средней школы поступил в Азербайджанский институт народного хозяйства. Будучи студентом, был призван на службу в Советской Армии, которую Рамзи прошел в одной из воинских частей в Подмосковье. После службы продолжил учебу. В связи с тяжелым положением в Лачыне Рамзи возвращается на свою малую родину и принимает участие в боях против агрессоров. Погиб 25 мая 1992 года.

Rəmzi Əsgərov — Qarabağ müharibəsi şəhidi.

Rəmzi Əsgərov, 1967-ci il yanvarın 21-də Laçında anadan olub. Evin üçüncü oğlu idi. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olur. O dövrki qanunlarda əsgərlik yaşı çatan bütün gənclər hərbi xidmətə gördərilirdi. Gənc Rəmzi də ali təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Moskva ətrafındakı hərbi hisələrdən birində qulluq edir. İki illik hərbi xidmətdən sonra yenidən Azərbaycana dönür, ali təhsilini davam etdirir. 1988-ci ilin fevralından başlayan çaxnaşma Qarabağın bütün bölgələri kimi Laçında da özünü göstərdi. Belə bir vəziyyət gənc və inadkar Rəmzini Laçına dönməyə vadar etdi. O, institutun V kursunda oxuyurdu. Təhsilini yarımçıq qoyub Laçına – vətəninin müdafiəsinə yollandı. 1992-ci il mayın 25-də Laçının Güləbird kəndi uğrunda gedən gərgin döyüşlərdə Rəmzi qəhrəmancasına həlak olur.

ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI RƏMZİ ƏSGƏROV

Стандартный

Rəmzi_Əsgərov