Tag Archives: Quzanlı kəndi

BİR KƏNDİN ŞƏHİDLƏRİ: QUZANLILAR

Стандартный
BİR KƏNDİN ŞƏHİDLƏRİ: QUZANLILAR

Rövşən Hüseynov – Azərbaycanın Milli Qəhrəmanı

Mahir Hüseynov — döyüş xidmətinə görə medalı ilə təltif olunub.

Nizami Ələkbərov — «Azərbaycan Bayrağı» ordeni ilə təltif edilib

Hafiz Əsgərov — şəhid

Fəxrəddin Bəşirov -şəhid

Cəlil Qasımov -şəhid

Camal Məmmədov — şəhid

Natiq Rüstəmov — şəhid

Natiq Hüseynov —  şəhid 

Nurəddin Yolçuyev — şəhid

Elman Həsənov — şəhid

Tofiq Məhərrəmov –ş əhid

Mahir Abdullayev- şəhid

Bəxtiyar Məmmədov — şəhid

Teymur Kərimov — şəhid

İlqar Tağıyev — şəhid

Habil Əliyev (Misir oğlu) — şəhid

Rafiq Hüseynov — şəhid

Baxış Quliyev — şəhid

Səməd Qurbanov şəhid

 

 

ŞƏHİDLƏR: AĞDAMLI MAHİR HÜSEYNOV

Стандартный

Mahir_Hüseynov.jpg

Mahir Şafa oğlu Hüseynov  1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda — təlim düşərgəsində keçirib.

1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.

1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.

ŞƏHİDLƏR: AĞDAMLI İLQAR TAĞIYEV

Стандартный

İlqar Tağıyev 1965-ci il avqustun 22-də Quzanlıda anadan olub. 1980-ci ildə Quzanlı kənd səkkizillik məktəbini, 1983-cü ildə isə Xındırıstandakı texniki peşə məktəbini bitirib,sürücülük vəsiqəsi alıb. Elə həmin ildə sovet ordu sıralarına çağrılan İlqar iki illik hərbi xidmətini Ukraynada başa vurub. Əsgərlikdən sonra bir Rusiyada yaşayıb,istehsalatda çalışıb.

Yenidən doğulduğu kəndə qayıdan İlqar 1993-cü il mayın 26-da ailə qurur. Elə həmin ilin avqustun 4-də milli ordu sıralarına çağrılır və Milli Qəhrəman Yelmar Edilovunbaşçılıq etdiyi bataliyonun tərkibində milli -azadlıq mübarizəsinə qoşulur.Onun döyüş yolu Ağdamın Göytəpə, Şelli, Qaraağaclı, Usufcanlı, Novruzlu, Mərzili kəndlərindən keçib.

1994-cü il yanvarın 4-də bataliyonun 26 döyüşçüsü, o cümlədəndə İlqar Mərzilidə düşmənin mühasirəsinə düşürlər. Ertəsi gün günortaya qədər davam edən ağır döyüşdə əsgərlərimizin çoxu həlak olur, yaralanır və itkin düşür. Bununla belə , bataliyonun igid döyüşçüləri düşmənin 4 ədəd zirehli texnikasını məhv etməyə müvəffəq olurlar.Bu ağır sınaqdan sağ- salamat çıxan İlqar cəmi bir neçə gündən sonra — yanvarın 17-də səhər çağı yenə də Mərzili uğrunda gedən döyüşdə yaxınlığına düşən top mərmisinin qəlpəsindən həlak olur.

Quzanlı qəbirstanlığında dəfn olunub. Özündən sonra Yadigar adlı bir oğlu qalıb.

ŞƏHİDLƏR: AĞDAMLI CAMAL ƏHMƏDOV

Стандартный

CAMAL MƏMMƏDOV

Camal Süleyman oğlu Məmmədov 1970-ci il iyunun 10-da Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1987-ci ildə kənd orta məktəbini bitirib, bir il sonra sovet ordusuna çağrılıb. İkiillik hərbi xidmətini Ukraynada başa vurandan sonra Camal bir müddət doğulduğu kəndə çalışıb.1992-ci il avqustun 10-da müharibənin qızğın çağında könüllü olaraq cəbhəyə gedir. Camal Yaqub Rzayevin (Ala Yaqub) başçılıq etdiyi bataliyonda döyüşürdü. Camalın qırx günlük döyüş yolu Xramord, Fərrux, Canyataq, Gülyataq kəndlərindən keçib. O bu kəndlərin azad edilməsində fəal iştirak edib, bir sıra döyüşlərdə fədakarlıq göstərib.

Ölümündən bir neçə gün əvvəl Camal evə bir günlüyə baş çəkməyə gəlsədə ,səhəri evdə paltarının qurumasını gözləmədən paltarını yaş geyərək cəbhəyə qayıtmışdı. Bundan bir neçə gün sonra — sentyabrın 20-də Camal Xanabad uğrunda gedən döyüşdə mərmi qəlpəsində həlak olur.

Quzanlı qəbirsanlığında dəfn olunub.

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MAYIN 24-DƏ AĞDAMLI MAHİR ABDULLAYEVİN 45 YAŞI TAMAM OLARDI

Стандартный

Mahir_Abdullayev.jpg

Mahir Abdullayev 1971-ci ıl mayın 24-də Quzanlı kəndində anadan olub. 1988-ci ildə kənd orta məktəbini bitirib, bir müddət kolxozda çalışıb. Mahir ikiillik hərbi xidmətini Rusiyanın Sverdlovski vilayətində başa vurub.

Azərbaycan milli ordusuna 1992-in ci ilin 4 iyulunda, cəbhədə döyüşlər qızğın çağında çağrılıb. Onun döyüş yolu Ağdam və Ağdərə bölgələrinin bir sıra məntəqələrindən o cümlədən, Fərrux, Canyataq, Gülyataq yüksəkliklərindən keçib. Fərrux istiqamətindəki döyüşlərdən birində tərkibində Mahirində vuruşduğu bölük mühasirəyə düşür və yalnız iki gündən sonra düşmənin halqasını yarıb çıxa bilirlər. Bu döyüşdə əsgərlərimizdən iki nəfər şəhid olur.

Mahirin son döyüşü 1992-ci ilin sentyabrın 2-də Sırxavənddə olub. Bu döyüşdə Mahir iki erməni quldurunu məhv edir, özü isə boğazından yaralanır. Komandirin təkidinə baxmayaraq yaralı-yaralı yenidən döyüşə girir və bu dəfə snayperdən açılan atəş nəticəsində həlak olur.

vikipediya

ŞƏHİDLƏRİ UNUTMAYAQ: MAHİR ŞAFA OĞLU HÜSEYNOV

Стандартный

Mahir_Hüseynov

Mahir 1975-ci il sentiyabrın 19-da Quzanlı kəndində anadan olub. 1993-cü ıldə orta məktəbi bitirəndən sonra qısa bir müddətdə kolxozda çalışıb. Həmin il oktyabrın 4-də Azərbaycan ordusunda həqiqi hərbi xidmətə çağrılıb. Əsgərliyinin ilk aylarını əvvəlcə Bakıda, sonra Qusarda — təlim düşərgəsində keçirib.

1994-cü il fevralın 3-də təlimi başa vurmuş bir qurub əsgərlə Tərtər bölgəsinə göndərilib. Ağdərə bölgəsinin bir sıra məntəqələrinə kəşfiyyata gedən Mahir dəfələrlə ordumuzun bölmələrini zəruri məlumatlarla təmin edib,işğalçıların planlarını pozub. Çaylı kəndində kəşfiyyatda olanda düşmənin arxasına keçərək ermənilərin 2 tankını, 1 PDM-ni təkbaşına məhv edib.

1994-cü il aprelin 18-də Ağdərənin Həsənqaya məntəqəsi uğrunda gedən döyüşdə minaatan qəlpəsindən həlak olub.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahir Şafa oğlu Hüsenov ölümündən sonra «Döyüş xidmətinə görə» medalı ilə təltif olunub.