Tag Archives: Qurgen Alaverdyan

BİR VAXT XOCALINI QOYUB QAÇMIŞ ELMAN MƏMMƏDOV ƏSİRİN ŞƏKLİNİ YAYMIŞ HƏRBÇİƏR ÜÇÜN CƏZA TƏLƏB EDİR…

Стандартный

Elman_Məmmədov

“…hərbi sirr və onu qorumaq bu işlə məşğul olanların ən mühüm vəzifəsidir”.

“Hərbi sirlərin yayılması yolverilməzdir”. 

Bu qiymətli fikirləri Millət vəkili Elman Məmmədov deyib. Sirr haqqında danışmağa onun haqqı var, çünki özü sirr qorumağı bacarır. 1992-ci ildə Elman Məmmədov Xocalının başçısı olub. Ermənilər qəsəbəyə hücum edəndə Elman Məmmədov ordan axırıncı çıxmalıydı. Ancaq sıçovul qəzaya uğrayan gəmidən qaçdığı kimi hamıdan qabaq, hamıdan xəlvət qaçıb və indiyəcən oturub parlamentdə qarnını yekəldir. Çəkisi ən azı iki sentner olar. Heç kim bilmir ki, Elman Məmmədov Xocalıdan necə qaçıb. Sirri heç kimə vermir. Bunu təyin edəsən Zakir Həsənovun müavini, əsgərlərə və zabitlərə sirr saxlamaq dərsi verə…

Elman Məmmədov erməni əsirinin şəklini yayanlar üçün ciddi cəza tələb edir.

Öz vəzifə borcunu yerinə yetorməmiş, başçısı olduğu qəsəbənin arvad-uşağını erməni qoşununun qırğınına verib tülkü kimi qaçmış adamdan utancaqlıq, təvazö gözləməyə dəyərmi?

Mirzə ƏLİL

11. 09. 2020, Samara

ERMƏNİ ƏSİRİN ŞƏKLİNİ YAYANLAR ERMƏNİSTANA VERİLSİNLƏR!

Стандартный

Əsir erməni zabiti Qurgen Alaverdyanın görüntülərini yaymış hərbi qulluqçular ordudan kənar edilmiş, onların işi hərbi prokurorluğa verilmişdir.

Çox gözəl! Əla!

Ancaq mən qorxuram ki, bu keçmiş hərbi qulluqçular layiqli cəza almayalar. Çünki bizim prokurorların, hakimlərin ürəyi çox yumşaqdır. Götürək Tofiq Yaqublunun işini. Günahsız bir vətəndaşı vintaçanla deşik-deşik etmiş və bəlkə hələ zorlamış bu residivistə cəmi 4 il üç ay iş verilib. Papağını fırla, bir də gördün Tofiq Yaqublu yenə Bakının küçələrində vətəndaşlara ilişir, əliundə də yekə bir vintaçan.

İndi bu keçmiş hərbi qulluqçular da. Bunların cəzası gərək çox ağır ola, çünki çox ağır cinayət törədiblər, smartfon saxlayıblar. Azərbaycan vətəndaşı saxlayar bahalı maşın, təyyarə, qızıl mədəni, Londonda ev, Əmilliklərdə mülk və sair. Smartfon saxlamaq cinayətdir.

Mirzə Əlil bu fikirdədir ki, bu insanların layiqli cəza alması üçün onları Ermənistana vermək lazımdır. Bəli! Çünki ermənilərdə qəddarlıq çoxdur. Əslində qəddarlıqdan başqa bir şeyləri də yoxdur. Biz bu hərbi qulluqçuları ermənilərə versək, elə cəzalandırarlar ki, daha bir də əsir tutmaq, tutduqları əsirin şəklini çəkmək heç ağıllarına da gəlməz.

Sözümü qurtarıb deyirəm:

Yaşasın ali baş komandanın ali baş müşaviri Məhərrəm Əliyev!

Yaşasın ali baş müşavirin ali baş müavini Yaşar Əliyev!

Mirzə ƏLİL

11.09. 2020, Samara

FƏZAİL AĞAMALI QURGENİN MAMOĞLUSUDUR?

Стандартный

Без имени-1

Sosial şəbəkələrdə Qurgen Alaverdyanın Fəzail Ağamalı ilə yaxın qohum çıxması barədə məlumat yayılmaqdadır. Guya AzTV-yə baxan Qurgen Fəzail Ağamalını görəndə «Vax, mamaoğlum!» — deyib və sevincindən göz yaşlarına hakim ola bilməyib. Təsdiq olunmamış xəbərlərə görə, Fəzail Ağamalı öz qohumu ilə görüşüb və onu özünə köməkçi təyin edib. Hətta onlar bir yerdə Salyana gedib Kürün üstündə ağbalıq kababı da yeyiblər. Hələlik rəsmi dairələr bu xəbərlərə münasibətlərini bildirməyib.

Mirzə Əlil

01.09. 2020, Samara

ƏSİR ERMƏNİ ZABİT QURGEN ALAVERDYANIN ÇIXIŞININ TAM MƏTNİ

Стандартный

1

Əziz tamaşaçılar! Qəhrəman Azərbaycan xalqı!

Mən boynuma alıram ki, Azərbaycan ərazisinə təxribat törətməyə girmişəm və qəhrəman Azərbaycan ordusu məni əsir götürüb. Məqsədim Bakıya getmək və “Paşa holdiq” və «Paşabank» kimi strateji obyektləri partlatmaq idi. O obyektlər kimindirsə, mən o gözəl  insandan üzr istəyirəm.

Mənə burda çox yaxşı baxırlar, Emin Ağalarovun otelində qalıram, yeməyim Nərgiz Paşayevanın restoranından gəlir. Darıxmıram, çünki axşamlar Leyla Əliyevanın şeirlərini oxuyuram və AzTV-nin verilişlərinə baxıram.

Tutulmağıma həm də ona görə sevinirəm ki, burda uşaqlıqdan ayrıldığım mamoğlumu tapmışım. Bilmirdim ki, mamoğlum Fəzail Ağamalı böyük adam olub, deputatdır. İndi mənə hər gün dəyir. Evinə qonaq çağırıb.

Qəhrəman Azərbaycan xalqı! Qarabağ sizindir! Ağdamın, Cəbrayıılın, Kəlbəcərin də ermənilərdə olduğu yalandır. Bu rayonları qəhrəman Azərbaycan ordusu çoxdan alıb.

Dolma Azərbaycanındır. Ermənilərdə nə ət olub, nə də yarpaq. Ona görə də dolma ola bilməzdi.

“Sarı gəlin” sizindir. Çünki ermənilərdə sarı rəng olmur. Ermənilərdə gəlin də olmur. Qız ərə gedən kimi olur arvad. Bəzi erməni qızları indi ərə getməmişdən arvad olurlar. Azərbaycan qızları heç vaxt ərə getməmiş arvad olmazlar. Bunu mənə burda başa saldılar.

Azərbaycanda demokratiya var, Ermənistanda yoxdur. Mən burda Paşinyanı nə qədər çox söysəm, hörmətim o qədər artır. Mən Ermənistanda Paşinyanı bu qədər söysəydim, bəlkə mənə iş açardılar.

Mən Azərbaycanda yaşamaq istəyirəm. İstəyirəm məni şeyx  Allahşükür Paşazadə öz əliylə sünnət eləsin. İstəyirəm Paşa holdinqdə işə girəm, deyirlər orda yaxşı maaş var.

Paşinyan – maygülüdür. Sarqsyan da maygülüdür. Mən burda bütün erməni maygülülülərinin siyahısını tutmuşam. Siyahı çox uzundur, ona görə oxumuram. Bu sənədi Azərbaycanın azad və müstəqil mətbuat orqanları çap edəcək.

Yaşasın demokratik Azərbaycan!

Yaşasın Fövqəladə Hallar Nazirliyi!

Yaşasın Paşa holdinq!
Yaşasın AzTV!
Yaşasın Mirşahin!
Yaşasın Eynulla Fətullayev!

Türkün məsəli, hamınızı öpürəm!

Tələqraf.com-a istinadla:

Mirzə ƏLİL

27.08. 2020, Samara