Tag Archives: Qurban Məmmədovun evi

QURBAN MƏMMƏDOV: «SEVGİ SEVƏN MƏRD OLAR…»

Стандартный

qurban_mmmc999dov-2

Azərbaycan ordusunun işğalçılara qarşı mübarizəsi öz bəhrəsini verməkdədir. Bir vaxt yunanlarda Erosun oxu bir insanda başqa bir insana eşq oyadırdı, indi Qarabağda atılan toplar və başqa silah növlərindən açılan atəşlər zamanımızın ən böyük, ən çılğın eşqini oyadıb: Qurban Məmmədov İlham Əliyevi sevib! Qurban Məmmədov İlham Əliyevi sevən kimi  görüb Heydər Əliyevi də sevir, heydərizmi də sevir. Londondakı Azərbaycan diasporu qarşısında Qurban Məmmədov artıq iki məruzə edib: “Marksizim və Heydərizm”, “Leninizm və Heydərizm”. Qurban Məmmədov başqa ölkələrə də gedib heydərizmi təbliğ etmək fikrindədir, ancaq Britaniyanı tərk etməyə qorxur, çünki İlham Əliyev onu İnterpolla axtarışa verib. Bəli, bu eşq faciəli eşqdir, çünki Qurban Məmmədov İlham Əliyevi dəlicəsinə sevir, ancaq İlham Əliyevin ağlı başındadır, necə deyərlər, pulu da lazımı yerlərdə, Qurban Məmmədovu da sevmir. Ancaq Qurban Məmmədov İlham Əliyevin ürəyinə yol tapmaq üçün illərlə gözləməyə, hətta Afriikaya gedib heydərizmi təbliğ etməyə hazırdır. Ancaq bilir ki, İlham Əliyevin əli uzundur, Afrikadakı adamyeyənlərlə də Moskvada diplomatiya akademiyasında bir yerdə oxuyub, hamısı ilə dostdur, kimi istəsə, ya tutub verəcəklər, ya da bişirib yeyəcəklər…

Nə gizlədək, Qurban Məmmədov eşq odu ilə yansa da, adamyeyənlərin tonqalında yanmağa ürək eləmir…

Ancaq ümidini  də itirmir. İndi Mehriban Əliyevanı da sevməyə başlayıb. Gündən-günə məhəbbəti artır. Mehriban xanımın babası Mir Cəlalın “Bir gəncin manifestini” oxuyur. Hətta kitabı xarici dilə tərcümə də eləmək istəyir. Ancaq təəssüf ki, Qurban Məmmədov xarici dilləri bilmir, ancaq daxili dil bilir…

Kor ərəb burda demişdi: “Məhəbbət, ah, məhəbbət…”

Şekspir isə demişdi: dünyada bu eşq əhvalatından qəmli hekayə yoxdur…

Mirzə ƏLİL

03. 10. 2020, Samara

YAP-IN PASSİVLİYİ MİRŞAHİNİN GÖZÜNƏ GİRİB

Стандартный

mirşahin

Azərbaycanın ən sevimli və Eynulla Fətullayevlə bərabər ən qeyrətli jurnalisti Mirşahin YAP-ı tənqid edib. Yapın tənqidini eşidən tamaşaçılar dəhşətə gəliblər, neçə tamaşaçının üstünə təcili yardım gəlib və Mirşahinin çıxışından sarsılmış vətəndaşlara koronavirus diaqnozu qoyub naməlum istiqmətdə aparıblar.

Mirşahin məlumat verib ki, “hakim partiyanın passivliyi və köhnə üslubla işlədiyi artıq gözə girir”. Mirşahinin gözündəki sarğıdan  tamaşaçılar biliblər ki, YAP-ın passivliyi birinci Mirşahinin gözünə girib və Azərbaycan xalqnın milli sərvəti olan Mirşahin bir gözünün işığını itirib və indi bütün Azərbaycana bir gözlə baxır.

Mirşahini dilə gətirən YAP-ın passivliyindən çox prezidentin təkbaşına qazandığı uğurlara yaççıların şərik çıxmağı, “pərçim olmalarıdır”. Mirşahin prezidentin təkbaşına hansı uğurları qazandığını deməyib, çünki bu, dövlət sirridir.

Mirşahinin verilişinə baxan Eynulla Fətullayev ekrana tüpürərək deyib: “Bu maygülü tərifdə yenə məni keçdi!”

Aynur Camalqızının verdiyi məlumata görə, Mirşahinin çıxışını izləyən əlahəzrət prezident “göz yaşlarına hakim ola bilməyib”.

Mirzə ƏLİL

15.09. 2020, Samara

QURBAN MƏMMƏDOVA: EŞŞƏK NAXÇIVANDA DA, LONDONDA DA EŞŞƏKDİR…

Стандартный

Qurban_Məmmədov

Neçə gündür Qurban Məmmədov evinin dağıdılmasına başçılıq edən məmuru “Naxçıvan eşşəyi” adlandırır və üzünü Nərimanov rayonunun sakinlərinə tutaraq deyir: “Bu eşşəklərin sizə rəhbərlik etməyinə necə dözürsünüz?”

Nərimanov rayonunun və bütün başqa rayonların sakinləri, bir sözlə, Azərbaycan əhalisi nəyə dözmür ki, buna da dözməyə?

Və bu hampazor naxçıvanlını eşşəyə bəzətməklə Qurban Məmmədov eşşəkləri niyə təhqir edir.  Eşşək dilsiz-ağızsız, ancaq zəhmətkeş heyvandır, o naxçıvanlı məmur kimi havayı çörək yemir, hampazorluq eləmir.

Eşşək – Həzrət İsanın mindiyi heyvandır…

Əgər Qurban Məmmədov məmurun cahilliyini, hampazorluğunu nəzərdə tuturdusa, onu eşşəklə yox, elə özüylə müqayisə etsəydi, daha düzgün olardı.

Yəni “eşşəklik” cahillik mənasındadırsa, Qurban Məmmədov özü eşşəkdir.

Neçə gündür ki, Qurban Məmmədov Ramiz Mehdiyevi “cinayətkar” adlandırır və İlham Əliyevdən tələb edir ki, onu təcili həbs etsin.

Doğrudan da tələb edir. Yumorsuz-zadsız. Bəlkə başına hava gəlib, nəm Londan havasl, bilmirəm. Ancaq tələb edir:  “İlham Əliyev, sənə deyirəm, o cinayətkarı təcili həbs elə!”

Qurban Məmmədov mənim nəzərimdə dəli və şizofrenik olsa da, o özünü hüquqşünas adlandırır və ona baxan kütləyə hüquq dərsi Keçir. Ancaq hüququn əlifbasında deyilir ki, heç bir şəxs qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar adlandırıla bilməz.

Yəni heç kim Ramiz Mehdiyevi cinayətkar adlandıra bilməz. Əgər kim Ramiz Mehdiyevi cinayətkar adlamdırırsa, o, cahillik mənasında eşşəkdir.

Qurban Məmmədov ona aşiq olmuş on minlərlə insanın tərbiyəsini pozur, onları maarifləndirmir, əksinə, onlardakı ən aqressiv və ibtidai instinktləri qıcıqlandırır.

Təəssüf ki, hökumət və hətta müxalifət tərəfdən Quban Məmmədovun opponentləri ondan üstün deyillər. Onların da danışdıqları, elədikləi eşşəklikdir.

Əlbəttə, cahillik və hampazorluq mənasında…

Mirzə ƏLİL

11.09. 2020, Samara

İMAM ZÜHURUNA İNANIRAM, QURBAN MƏMMƏDOVUN QIRX İL VƏKİLLİK ELƏMƏYİNƏ İNANMIRAM…

Стандартный

Qurban_Məmmədov

Qurban Mənmmədov danışdığına görə, 1986-cı ildə xəbər yayılıb ki, Sovetskidə, köhnə bir hamamın qapısı ağsında imam zühur edib. Və iki milyon adam guya bu xəbərə inanıb ora ziyarətə gəlib.

Qurban Məmmədov deyir ki,  imam zühuruna inanmaq millətin geriliyini göstərir və bütün bəlalarımız təhsilin azlığından, cahillikdən, dindən, Qurandan uzaq olmağımızdır…

Qurban Məmmədov, əlbəttə, əlli dərənin suyunu qarışdırır. Mən şəxsən bilmirəm ki, imam zühur elər ya eləməz. Eləsə, hamam qapısında da elər. Eləsə, dindirib-danışdırarıq, sənədlərini yoxlarıq, görəri imamdır ya aferist…

Bəlkə elə imam çıxacaq? Bu kainatı yaradan üçün bir imam zühuru nədir ki?

Odur ey, Azərbaycan millisi Kipri udub.  Dünənəcən kim inanardı? Bu, möcüzə deyilmi?

Ancaq bəzi şeylər var ki, onlara inanmaq olmur. Çünki yoxlaya bilirsən. Vaxtını, yerini, sayını yoxlayırsan, düz gəlmir.

Məsələn, Qurban Məmmədov deyir ki, qırx il vəkil işləyib və ətək-ətək pul qazanıb.

Bu, yalandır. Qurban Məmmədovun Vikipediyadakı bioqrafiyasına baxırsan, görürsən ki, cəmi beş-altı il ağıllı-başlı vəkil işləyə bilərdi.  Bakıda cəmi üç il kollegiya üzvü olub. Universiteti bitirəndən sonra Sabirabadda hüquq məsəhətxanasında işləyib.

İndi Sabirabadı tanıyanlar desinlər: 1987-ci ildə Sabirabadda nə vəkillik?

Mən Əlibayramlıda oxumuşam, Sabirabadın qonşuluğunda. Mənimlə sabirabadlılar oxuyublar. Mən bilirəm ki, Sabirabadda sovet vaxtı hüquq-zad olmayıb. Hüquq olmayan yerdə nə vəkillik?

Deyək ki, bir qarpızəkən bir soğanəkəni bıçaqlayır. Bu işə nə vəkil? Bıçaqlayan adam vasitəçi, dəllal tutur ki, prokurorla, məhkəməylə danışsın. Ölüm işidisə, müddəti azaldırrlar, xəsarətdirsə, tamam azad eləyirlər. Zərərçəkən də adam tutur. Çünki zərərçəkəni də prokurior, müstənqiq şantaj edir, deyir “özünü də basarıq gedərsən, davanı elə sən salmısan”.

Bıçaqlanan da xeyli pul xərcləyir.

Burda vasitəçilik edən adam rəsmən vəkil olsa da, özünü vəkil saya bilərmi?

Qurban Məmmədov deyir ki, “mən götürdüyüm işlərin 90 faizini udmuşam”.

A kişi, özünü ələ al! Azərbaycanda haçan məhkəmə prossi olub ki, vəkil onu udsun? Əgər vəkil işlərin 90 faizini udurdusa, Azərbaycan ən demokratik dövlət imiş. Bəs onda niyə suyu bulandırırdın, aranı qarışdırırdın?

Yox, Qurban Məmmədov yalan deyir. Hərçənd məzəli danışır. Düzdür, uzunçuluq eləyir, çox baxmaq olmur. Belə adamlara mənim mərhum müəllimim  “Əngalı” deyərdi…

Azərbaycanın ən böyük problemlərindən biri müstəqil məhkəmə sisteminin olmamamğıdır. Sovet vaxtı yox idi. İndi də yoxdur. Kim deyirsə ki, belə proses aparıb, belə udub – yalan deyir.

Qurban Məmmədov, əlbəttə, yalan deyir.

Desin ki, vasitəçilik, dəllalıq eləmişəm, qazanmışam.

Demir. Çünki təbiətində naqislik var. Çox təəssüf ki, belədir. Ona görə təəssüf ki, Qurban Məmmədov heyvərə qardaşı Sərdardan fərqli olaraq istedadlı adamdır, sistemli hüquq bilikləri olması da, “hüquq duyğusu”, instinkti var, yaxşı natiqdir.

Ancaq Qurban Məmmədov eyni zamanda fırıldaqçıdır, üskükoynadandır. Manipulyatordur. Cilddəyişəndir. Çox ehtiyatla, bicliklə, burcuda-burcuda İlham Əliyevə çatdırmağa çalışır ki, “mən sənin adamınam, sən mənim adamımsan, bizim düşmənimiz Ramiz Mehdiyevdir”…

Hə, Qurban Məmmədov mənə həm də Salyan mollalarını xatırladır. Qulaq asdıqca elə bilirəm Salyanda yasda oturmuşam. Belə natiq mollaları çox görmüşəm. Molla Bayram danışa-danışa “Marlboro tüstülədirdi…

Bilmirəm, Qurban Məmmədov çəkirmi? Çəkirsə, nə çəkir…

Mirzə ƏLİL

09.09. 2020, Samara

QURBAN MƏMMƏDOV DEYİR BİR TƏRƏFİ NAXÇIVANLIDIR, ANCAQ DEMİR DALI YA QABAĞI…

Стандартный

Qurban Məmmədov

Möhtərəm axund Hacı Məhəmmədvəli Səlyani həmişə mənə deyərdi ki, Mirzə, bu dünyanın axırı gec-tez çatacaq. Mən də başımı yelləyirdim ki, guya inanıram. Ancaq əslində inanmırdım. Ancaq iki-üç gündür inanıram və möhtərəm axunda rəhmət oxuyuram.

Müsəlman qardaşlar, müsəlman bacılar! Dünyanın axırı çatıb! Naxçıvanlı naxçıvanlının ətini yeyir! Qiyamətdir!

Qurban Məmmədov Londondan Kəmaləddin Heydərova ultimatum irəli sürəndə mən sarsıldım, ağzımı qaşıqla açıb dilimin altına dərman qoymasaydılar, ölmüşdüm.

Kəmaləddin Heydərov! General, general-polkovnik, yəni generalın kvadratı, kubu, bəstəkar, Üzeyir bəyin yadigarı, Azərbaycanın Bethoveni, Verdisi…

Bir dəfə Kəmaləddin bəy dərin təvazö hissi ilə bədahətən deyib:

Böyük Üzeyrimizin yadigarı mən özüməm…

Qurban Məmmədov deyir ki, Kəmaləddin, sənə bir sutka vaxt verirəm, dediyimi eləməsən, şəhadətini oxu.

Vaveyla!

Gömrük dahisinin, ölkədə fövqəladə halları yaradanın həyatı təhlükə altındadır!

İlahi, sən Azərbaycana nə boyda qəzəb eləmisən ki, naxçıvanlı naxçıvanlının üstünə yeriyir?

Mən əminəm ki, əgər Kəmaləddin Heydərov Qurban Məmmədovun yayımına baxırmşsa, general şalvarını azca da olsa, isladıb. Genaral olmağına baxmayın, Kəmaləddin Heydərov bəstəkardır, qəlbi incədir, xox gələndə incə qəlbli insanlar bir qayda olaraq şalvarlarını isladırlar…

Mən əlahəzrət prezidenti Kəmaləddin Heydərovun müdafiəsinə çağırıram! Kəmaləddin Heydərov Azərbaycanın milli sərvətidir! Çünki milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyur.

Qiyamətdir!

Allah bu Qurban Məmmədova insaf versin! Yaxşı ki, dedi onun ancaq bir tərəfi naxçıvanlıdır!

Axund Məhəmmədvəli, hardasan!

Ancaq Qurban Məmmədov demədi ki, hansı tərəfi naxçıvanlıdır: dalımı, qabağımı… Yəqin sonra bunu da deyəcək…

Öz-özümə deyirəm ki, bu Qurban Məmmədov bəlkə hərbə-zorba gəlir? Molla Nəsrəddin kimi…

Bir dəfə Molla Nəsrəddin eşşəyini ağaca bağlayıb su başına çıxmışdı. Cavanlar söz qoyub eşşəyin çulunu gizlətdilər ki, görsünlər molla neyləyəcək. Molla su başından qayıb gördü eşşəyin çulu gedib. Qışqırıq qopartdı ki, tez çulu gətirib verin, yoxsa mən bilirəm neylərəm…

Cavanlar qorxuya düşüb çulu çıxarıb verdilər. Mollaın sakitləşdiyini görüb soruşdular:

— Molla, sən allah, de görək çulu verməsəydik, neyləyəcəkdim?

Molla gülüb deyir:

— Neyləyəcəkdim? Köhnə bir palazım var, onu kəsib çul qayıracaqdım…

İndi Qurban Məmmədov da belə… Lotudur, vallah. Ancaq adamı qorxudur…Vallah, özümə görə qorxmuram. Mən kiməm və nəyəm ki. Mən Kəmaləddin Heydərov üçün narahatam. Üzeyir bəyin yadigarı, gömrük dühası, fövqəladə hallar qayıran, milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyan…

Mirzə ƏLİL

09. 09. 2020, Samara