Tag Archives: Qurban Məmmədov

QURBAN MƏMMƏDLİ, İNGİLİSİN ÇÖRƏYİ BURNUNDAN GƏLSİN!

Стандартный

Mirzə Cəlilin sözü olmasın, mən çox həyasız, utanmaz adamlar görmüşəm, ancaq Qurban Məmədli kimisini görməmişəm. Bu adam deyir ki, dörd ildir Londonda yaşayır, hər ay Britaniya hökumətindən vəsait alır və bu vəsait ona boğazınacan bəs edir.  Və britaniyalıların çörəyini yeyən, bu çörəyi ailəsinə yedirdən bu danabaşlı utanıb-qızarmadan xristianları, qərb dünyasını, qərb dəyərlərini təhqir edir və iddia edir ki, çörəyini yediyi qərbin fikri-zikri  müsəlman toplumunu məhv etməkdir. Sitat:

“Müsəlmanlığın ən vacib atributlarından biri hicabdır. Bu da beynəlxalq güclərin işidir, onlar müsəlman toplusunu dağıtmağa çalışırlar. İslam dünyasına qarı səlib yürüşü gedir”.

Britaniyalıların çörəyi burnundan gəlsin!

Belə möminsənsə, qərbi belə düşmən görürsənsə, Londonda nə ölümün var? Get otur Əfqanıstanda, İranda, Pakistanda, onların müsəlman çörəyini ye, ordan xristianları kefin istəyən qədər söy.

Bir vaxt fransızları sinələrində ilan bəslədilər. On beş il Xomeyni oturdu Parisin orta göbəyində, başına dəstə yığdı, getdi İranı qoydu xaraba. Əlbəttə ki, on beş il ona və onun başındakı minlərlə başıpozuq farsa çörək vermiş fransızlara da tüpürdü.

İndi də bu danabaşlı xomeynilik eşqinə düşüb.

 İngilsin çörəyi gözündən gəlsin!

Mirzə ƏLİL

18.02. 2022, Samara

Реклама

BORİS CONSON ƏVƏZ ZEYNALLINI TƏBRİK EDİB

Стандартный

Azərbaycanda böyük jurnalist və dahi nasir Əvəz Zeynallınn anadan olmasının 52-ci ildönümü ilə bağlı ümumxalq şənlikləri davam edir. Bu mühüm hadisə ilə əlaqədar  İlham Əliyev covidlə bağlı bütün məhdudiyyətləri müvəqqəti götürüb. Millət Bakının meydanlarına, parklarına axışır, üstünə “Əvəz Zeynallı – 52” yazılmış milyonlarla şara qaz vurub göyə uçurdur. Şarların üç yüz minə qədəri Əvəz Zeynallının ana vətəni Ermənistan ərazisinə düşüb. İndi ermənilər bu şarlarıın hər birini qara bazarda 1000 drama satırlar.

Bakı şəhərinin rəhbəri Eldar Əzizov təklif edib ki, Əvəz Zeynallının şəninə 52 metr uzunluğunda tort bişirtdirsin. Söz verib ki, yumurta tədarükü ilə şəxsən məşğul olsun və hətta özünün toxunulmaz fondundakı yumurtaları da versin. Əvəz Zeynallı Eldar Əzizova təşəkkür edib deyib ki, o, müxalifətçi olsa da, möhtərəm prezidentə, müzəffər komandana böyük sayqı ilə yanaşır və onun tortlarının qabağına tort çıxarmaq istəmir. Buna görə qərara gəliblər ki, Əvəz Zeynallıya töhfə kimi onun əsərlərinin 52-ci cildi buraxılsın. Bu cild çox gözəl nəşr olunub, hər nüsxənin çantası var, hər çanta da təkərlidir. Kitab pultla idarə olunur, yəni əziyyət çəkib oxumaq lzım deyil, bu möcüzə kitab elə öz-özünə oxunur.

Əvəz Zeynallıya dünyanın bütün görkəmli yazıçıları təbriklər göndərirlər. Böyük Amerika yazıçısı Heminquey cənab Zenallıya şəxsən məkub yazıb. Məktubda deyir ki, “…insanı məhv etmək olar, ancaq yenmək olmaz”.

Yeri gəlmiişkən, Əvəz Zeynallı görkəmli türkçü Cahandar Bayoğlu ilə birgə tədqiqatları nıticəsində aşkar ediblər ki, Heminquey türk mənşəlidir, əsl soyadı “Həminbuey”dir.

Böyük Britaniyanın baş naziri və keçmiş jurnalist Boris Conson “Azerfreedom” kanalı vasitəsilə canlı yayımda həmkarı və köhnə dostu Əvəz Zeynallını təbrik edib və onu Oksford tələbələri qarşısında çıxışlar üçün Londona dəvət edib. Hazırda səfərin texniki tərəfləri müzakirə olunur. Şahzadə Çarlz Əvəz Zeynallıya təbrikini Qurban Məmmədovunn efirində səsləndirib.

Yeri gəlmişkən, Əvəz Zeynallı külliyatının (“kül” sözündən deyil, “küll” ərəb sözündəndir) 52-ci cildi çıxandan sonra türk dünyasının yazıçıları arasında ikinci yerə çıxıb. Hələlik birinci yerdə Türkmənistan rəhbəri, Arxadağ Qurbanquludur. Qurbanqulunun külliyatı hələləlik 152-cilddən ibarətdir.

Azərbaycanda şənliklərin qızğın vaxtıdır. İlham Əliyev öz fərmanıyla 2022-ci ili “Əvəz Zeynallı  ili “elan edib və yumurtanın qiyməyini aşağı salıb.

Birinci xanım bu münasibətlə Facebool-da paylaşım edib.

Mirzə ƏLİL

20.12. 2012

Samara

CƏBRAYIL ALINIB? ŞƏKLİNİ GÖSTƏRİN! PLEASE!

Стандартный

Qurban_Məmmədov

Qurban Məmmədova axır vaxtlar baxan var? Başı tamam xarab olub. Hərbi paltar geyib oturub, deyir ki, “mən prezidentimin dalındayam”…

Vallah, prezidentin dalına indi o qədər adam yığılıb ki, kişi yəqin su başına da çıxa bilmir…

Hə, Qurban Məmmədov. Vallah, evi dağılandan sonra başına hava gəlib. Özü də bizim Azərbaycan havası gəlsəydi, nə vardı ki. Qurban Məmmədovun başına nəm, qatı London havası gəlib. Bir vaxt Leninin də başına o havadan gəlmişdi…

Yaxşı baxın, görün Qurban Məmmədov dünya proletariatının rəhbəri Leninə necə oxşayır. Doğma qardaşı Sərdar Cəlaloğluya bir qram da oxşamır. Ancaq elə bil Leninin ekiz qardaşıdır ya da oğludur.

İndi mən ayrı söz deyəcəyəm. Deyəcəyim söz Azərbaycan rəsmilərinin xoşuna gəlməz. Deyəcəyim söz Azərbaycanın qeyri-rəsmilərinin də xoşuna gəlməz. Çünki qeyri-rəsmilər də prezidentin dalnda durublar. Ancaq gərək deyəm. Birdən mənim də başıma hava gələr, başlaram nala-ıxa vurmağa.

İndi prezident hər gün bəyanat verir. Üzünü müxtəlif səmtlərə, müxtəlif ölkələrə, müxtəlif adamlara tutub danışır. Əynində də hərbi paltar. Sabirabadlılar dmişkən, hərbi qəssum-şalvar.

Məni qınamayın, prezidentin danışığına qulaq asdıqca elə bil Qurban Məmmədovu eşidirəm. İstəyirəm başına London havası gəlmiş divanənin səsini eşitməyim, ancaq şoğərib səs dolur başıma…

Prezident İlham Əliyevə inanmaq istəyirəm. İnana bilmirəm. Çünki İlham Əliyevə inansam, gərək onun baş müşaviri Məhərrəm Əliyevə də inanam, Məhərrəm Əliyevin qardaşı Adil Əliyevə də inanam, Paşa holdinqə də inanam, Paşa banka da…

Yox, Mirzə Əlil dəli deyil…

İlham Əliyev neçə gündür xalqa elan edir ki, buranı aldıq, oranı aldıq. Məşədi İbad demişkən, çox gözəl, çox pakizə!

Mən alınan yerlərin şəklini görmək istəyirəm! Məşədi İbad adaxlısını görmək istəyirdi? Mən niyə Cəbraılın şəklini görməyim? Deyirdiniz ermənilər məscidəri dağıdıbar, qalanında donuz saxlayıblar? Göstərin!

Ermənilər gündə bir neçə dəfə bütün dillərdə aləmə yayırlar ki, Azərbaycan bir kənd də almayıb. Erməni mənbələrini dünyada oxuyanlar bizi oxuyanlardan çoxdur. Onlara inananlar da. Göstərin ki, onların yalanı çıxsın. Niyə göstərmirsiniz?

İkinci dünya müharibəsində alman faşistlərindən işğal olunmu. ərazilərin operativ şəkildə əhaliyə göstərilməsi çox vacib olub. Sovet tərəfində müharibənin ilk həftələrində 90 kinooperator işləyib.

Hanı bizim çəkənər? Bayraqların harasa sancılması montaja bənzəyir və məni inandırmır! Göstərin, əgər Cəbrayıl alınıbsa!

Cəbrayılın şəklin niyə sirr olur? Lerikə, Lənkərana, Biləsuvara, Salyana, Oğuza meyitlər gətirilir. Xalqın sütül uşaqları qırılırlar. Alınmış yerərin şəkli ata-analara da bir təsəlli olardı. Göstərin! Ya yalan deyirsiniz, ya onsuz da incimiş, üzülmüş xalqa məşəqqət verirsinuiz!

Əgər ordu ermənilərlə bacarmırsa,qayıdıb oturun yerinizdə. Kasıb-kusubun uşaqlarını qırmayın, onların ocağını kor qoymayın! Məhərrəm Əliyev və onun kimilərin nəvələri müharibə gedəndə Moskvada, Avropa şəhərlərində bahalı maşınlarda avtoşluq eləyirlər. İnsafınız və vicdanınız olsun!

Şəkil, video göstərin!

Please!

Mirzə ƏLİL

05. 10. 2020, Samara

QURBAN MƏMMƏDOV: «SEVGİ SEVƏN MƏRD OLAR…»

Стандартный

qurban_mmmc999dov-2

Azərbaycan ordusunun işğalçılara qarşı mübarizəsi öz bəhrəsini verməkdədir. Bir vaxt yunanlarda Erosun oxu bir insanda başqa bir insana eşq oyadırdı, indi Qarabağda atılan toplar və başqa silah növlərindən açılan atəşlər zamanımızın ən böyük, ən çılğın eşqini oyadıb: Qurban Məmmədov İlham Əliyevi sevib! Qurban Məmmədov İlham Əliyevi sevən kimi  görüb Heydər Əliyevi də sevir, heydərizmi də sevir. Londondakı Azərbaycan diasporu qarşısında Qurban Məmmədov artıq iki məruzə edib: “Marksizim və Heydərizm”, “Leninizm və Heydərizm”. Qurban Məmmədov başqa ölkələrə də gedib heydərizmi təbliğ etmək fikrindədir, ancaq Britaniyanı tərk etməyə qorxur, çünki İlham Əliyev onu İnterpolla axtarışa verib. Bəli, bu eşq faciəli eşqdir, çünki Qurban Məmmədov İlham Əliyevi dəlicəsinə sevir, ancaq İlham Əliyevin ağlı başındadır, necə deyərlər, pulu da lazımı yerlərdə, Qurban Məmmədovu da sevmir. Ancaq Qurban Məmmədov İlham Əliyevin ürəyinə yol tapmaq üçün illərlə gözləməyə, hətta Afriikaya gedib heydərizmi təbliğ etməyə hazırdır. Ancaq bilir ki, İlham Əliyevin əli uzundur, Afrikadakı adamyeyənlərlə də Moskvada diplomatiya akademiyasında bir yerdə oxuyub, hamısı ilə dostdur, kimi istəsə, ya tutub verəcəklər, ya da bişirib yeyəcəklər…

Nə gizlədək, Qurban Məmmədov eşq odu ilə yansa da, adamyeyənlərin tonqalında yanmağa ürək eləmir…

Ancaq ümidini  də itirmir. İndi Mehriban Əliyevanı da sevməyə başlayıb. Gündən-günə məhəbbəti artır. Mehriban xanımın babası Mir Cəlalın “Bir gəncin manifestini” oxuyur. Hətta kitabı xarici dilə tərcümə də eləmək istəyir. Ancaq təəssüf ki, Qurban Məmmədov xarici dilləri bilmir, ancaq daxili dil bilir…

Kor ərəb burda demişdi: “Məhəbbət, ah, məhəbbət…”

Şekspir isə demişdi: dünyada bu eşq əhvalatından qəmli hekayə yoxdur…

Mirzə ƏLİL

03. 10. 2020, Samara

BURBON MƏMMƏDOV: AZERDURDOM TV EFİRDƏDİR!

Стандартный

qurban_məmmədov

Burbon MƏMMƏDOV:  Salam, mənim əziz həmvətənlərim! Azerdurdom TV efirdədir. Eşq olsun Rəcəb Teyib Ərdoğana! İlham Əliyevə ar olsun! Deyəsən, bizə Rusiyanın Kislovodsk şəəhərindən zəng edən var. Buyurun, Əhməd bəy!

ƏHMƏD: Burbon bəy, mən bir az içkiliyəm, proşu proşeniya. Ancaq mən Azərbaycana gedib canımı qurban verməyə hazıram. Zakir Həsənov yol pulumu versin, gedirəm.

Burbon MƏMMƏDOV: O boynunu qucaqlayan arvad kimdir? Rusdur?

ƏHMƏD: Yox, Burbon bəy, urus bizim düşmənimizdir. Bu arvad mordovkadır. Anam-bacım olsun, çox şirin arvaddır.

Burbon MƏMMƏDOV: O da səninlə gedir cəbhəyə?

ƏHMƏD: Niyə getmir, Burbon bəy. Gülə-gülə gedəcək. Orda mənim yaramı sarıyacaq dana. Burbon bəy, vururam sənin sağlığına!

Burbon Məmmədov: Vur, qadan alım! Eşq olsun! Görürsünüzmü, mənim əziz həmvətənlərim, mordovka türk oğluna qoşulub Qarabağa gedir. Eşq olsun. Daha bir zəngimiz var. Samaradandır. Buyurun, Afa bəy!

AFA: Burbon bəy, Samarada yaşayan azərbaycanlılar Azerdurdom ailəsini salamlayırlar! Bizim də ürəyimiz Qarabağda döyüşən əsgərlərin yanındadır.

Burbon MƏMMƏDOV: Bəs sənin yanındakı kimdir? Dizinin üstündə oturub. Bu da mordovkadır?

AFA: Burbon bəy, bu, xalis türk arvadıdır. Çuvaşkadır. Mənim satıcımdır. Məni hər yerdə dəstəkləyir.

Burbon MƏMMƏDOV: Yaxşı dəstəkləyir, görürəm əli hardadır… Eşq olsun! Əziz həmvətənlərim, Moskvadan zəng var, daimi izləyicimizdən. Buyurun, Qafar bəy!

QAFAR: Burbon bəy, mən Azerdurdom ailəsini Pud sitidən salamlayıram. Burda biz hamımız Azərbaycan ordusunu dəstəkləyirik.

Burbon MƏMMƏDOV: Eşq olsun! Bizi də dəstəkləyin! Azerdurdom ailəsi Qarabağ uğrunda Azərbaycan ordusundan da fəal vuruşur. Sizin malıiyyə dəstəyinizə ehtiyacımız var. Qafar bəy, görürəm tək deyilsiniz, yeyib-içirsiniz. O yekəburun kişi gözümə şirin gəlir. Kimdir o? Bayaqdan onunla qızğınlıqla öpüşürsünüz.

QAFAR: Burbon bəy, bu bizim erməni dostumuz Xaçaturdur. Sizdən yaxşı olmasın, yaxşı oğlandır. Bayaqdan neçə dəfə bizə qoşulub Azərbaycan ordusunun sağlığına içib. Biz də iki dəfə erməni ordusunun sağlığına içmişik. Əlahəzrət İlham Əliyein dediyi kimi, gərək tolerant olaq.

Burbon MƏMMƏDOV: Eşq olsun! Xaçatura salamlar! Əziz Həmvətənlər! Bizə Moskvadan zəng var. Rusiyanın paytaxtından bizə Hacı Seyidağa qoşulur. Seyid! Cəddin ordumuza kömək olsun. Buyur, sözünü de!

Hacı: Qurban bəy, ağzım söz tutmur, stress keçirirəm, gözümün yaşını saxlaya bilmirəm.

Burbon Məmmədov: Seyid, hamımız ağlayırıq, biz indi sevinc yaşları axıdırıq.

HACI: Qurban bəy, mən sevincdən ağlamıram, dərddən ağlayıram.

Burbon MƏMMƏDOV: Niyə, ay Seyid, ordumuzun qələbəsinə sevinmirsən?

HACI: Qurban bəy, mən ordu hayında deyiləm. Padruqam məni qoyub qaçıb.

Burbon MƏMMƏDOV: Nə padruqa, a kişi? Biz nə haydayıq, sən nə haydasan? Hara qaçıb?

HACI: Müharibə başlayan kimi nə yolnansa sərhədi keçib, gedib vuruşmağa. Məni buraxmırlar. Qurban bəy, məni sərhəddən keçir, mən o arvadsız qala bilmərəm..

Burbon MƏMMƏDOV: Mən səni necə keçirim a kişi? Mən İlham Əliyyevlə qanlı-bıçaqlıyam. O mənim evimi dağıdıb, bilmirsən? Sənə öz cəddinə and verirəm, İlham Əliyevi mənə söydürmə!

HACI: Qurban bəy, burda Əliyelik bir iş yoxdur. Mənim padruqam Ermənistana qaçıb.

Burbon MƏMMƏDOV: Ermənistan nədir, a kişi? Azərbaycanlı arvad gedib ermənilərin tərəfində vuruşsun?

HACI: Sən məni düz başa düşmədin, Qurban bəy. Mənim padruqam ermənidir…

Burbon MƏMMƏDOV: Mən doğrudan da başa düşmədim. Sən gedirsən Ermənistana arvadın dalınca?

HACI: Gedirəm, Qurban bəy. Mən Kərəm kimi yanıram…

Burbon MƏMMƏDOV: Seyid, sənin yanan yerini mən… Hörmətli izləyicilər, uşaqları ekrandan uzaqlaşdırın, mənim bu Hacıya beş-altı kəlmə yaxşı sözüm var…

Mirzə ƏLİL

29. 09. 2020, Samara

«SATDILAR, YEDİLƏR…» QARABAĞIN SATILMAQLIĞI

Стандартный

İlham_Əliyev

Əlahəzrət İlham Əliyev Qarabağı həmişə sülh yolu ilə qaytarmaq istəyirdi. Əvvəllər Sarqsyanla, sonra da Paşinyanla görüşəndə gülümsünüb deyirdi:

— Kirvə, bizim Qarabağı qaytarın, pliz!

Kirvələr də deyirdilər:

— Əlahəzrət İlham bəy, erməni xalqı Qarabağı pulla alıb. Qoy Xalq cəbhəsi, Müsavat erməni xalqının pulunu qaytarsın, erməni xalqı da Qarabağdan çıxıb getsin ayrı yerə.

Əlhahəzrət İlham müəllim də çağırır antimilli ünsürlər Əli Kərimlini, İsa Qəmbəri. Deyir ki, siz Qarabağı ermənilərə satmısınız, indi o pulu verin mənə, mən onu qaytarım ermənilərə, ermənilər də Qarabağdan çıxsınlar. Özü də antimilli ünsürlərlə əlahəzrət çox hörmətlə danışır. Deyir : «Pliz!» Yəni «pojalusta!»

Əli Kərimli və İsa Qəmbər boyunlarına alırlar ki, doğrudan da Qarabağı satıblar, ancaq pulun yarısını xərcləyiblər, yarısını da veriblər Qurban Məmmədova ki, tutulsalar, onlara vəkllik eləsin. Əlahəzrət İlham müəllim deyir ki, neynək, yarısını özüm düzəldərəm, nəvələrimdən istəyərəm. Əmr verir ki, gedib Qurban Məmmədovun evini axtarsınlar. Bir dəstə adam balta, külüng götürüb gəlir Qurban Məmmədovun evinə, bütün beş mərtəbəini nə qədər dağıdırlarsa da, pulu tapmırlar. Məlum olur ki, Qurban Məmmədov Qarabağın pulunun yarısını Londina qaçanda, ayıb olmasın, gündəyməz yerinə doldurub aparıb…

Əlahəzrət İlham müəllim görür ki, ermənilərin pulunu qaytara bilməyəcək, çünki Əlahəzrət İlham müəllim kasıb adamdır, gözü maaşa baxır, onun da çoxunu verir Məhərrəm Əliyev kimi naxçıvanlı kasıb-kusuba…

Ona görə də Əlahəzrət İlham müəllim məcbur olur Qarabağı müharibə yolu ilə alsın. Çünki böyük Azərbaycan mütəfəkkiri Mir Cəlal Paşayev deyib ki, pulun yoxdursa, müharubə elə. Ulu öndər Heydər Əlyev isə deyib ki… Yadımdan çıxdı nə deyib… Hə, yadıma düşdü. Deyib “sevgi sevən mərd olar…”

Yəni Qarabağ müharibəsi belə başlandı. Əli Kərimli və İsa Qəmbər buna günahkardırlar. Antimilli ünsür Qurban Mənmmədov da həmçinin.

Əlimi “Bir gəncin maniufesti”nə basıb and içirəm…

Mirzə ƏLİL

28. 09. 2020, Samara

QURBAN MƏMMƏDOVA: EŞŞƏK NAXÇIVANDA DA, LONDONDA DA EŞŞƏKDİR…

Стандартный

Qurban_Məmmədov

Neçə gündür Qurban Məmmədov evinin dağıdılmasına başçılıq edən məmuru “Naxçıvan eşşəyi” adlandırır və üzünü Nərimanov rayonunun sakinlərinə tutaraq deyir: “Bu eşşəklərin sizə rəhbərlik etməyinə necə dözürsünüz?”

Nərimanov rayonunun və bütün başqa rayonların sakinləri, bir sözlə, Azərbaycan əhalisi nəyə dözmür ki, buna da dözməyə?

Və bu hampazor naxçıvanlını eşşəyə bəzətməklə Qurban Məmmədov eşşəkləri niyə təhqir edir.  Eşşək dilsiz-ağızsız, ancaq zəhmətkeş heyvandır, o naxçıvanlı məmur kimi havayı çörək yemir, hampazorluq eləmir.

Eşşək – Həzrət İsanın mindiyi heyvandır…

Əgər Qurban Məmmədov məmurun cahilliyini, hampazorluğunu nəzərdə tuturdusa, onu eşşəklə yox, elə özüylə müqayisə etsəydi, daha düzgün olardı.

Yəni “eşşəklik” cahillik mənasındadırsa, Qurban Məmmədov özü eşşəkdir.

Neçə gündür ki, Qurban Məmmədov Ramiz Mehdiyevi “cinayətkar” adlandırır və İlham Əliyevdən tələb edir ki, onu təcili həbs etsin.

Doğrudan da tələb edir. Yumorsuz-zadsız. Bəlkə başına hava gəlib, nəm Londan havasl, bilmirəm. Ancaq tələb edir:  “İlham Əliyev, sənə deyirəm, o cinayətkarı təcili həbs elə!”

Qurban Məmmədov mənim nəzərimdə dəli və şizofrenik olsa da, o özünü hüquqşünas adlandırır və ona baxan kütləyə hüquq dərsi Keçir. Ancaq hüququn əlifbasında deyilir ki, heç bir şəxs qüvvəyə minmiş məhkəmə qərarı olmadan cinayətkar adlandırıla bilməz.

Yəni heç kim Ramiz Mehdiyevi cinayətkar adlandıra bilməz. Əgər kim Ramiz Mehdiyevi cinayətkar adlamdırırsa, o, cahillik mənasında eşşəkdir.

Qurban Məmmədov ona aşiq olmuş on minlərlə insanın tərbiyəsini pozur, onları maarifləndirmir, əksinə, onlardakı ən aqressiv və ibtidai instinktləri qıcıqlandırır.

Təəssüf ki, hökumət və hətta müxalifət tərəfdən Quban Məmmədovun opponentləri ondan üstün deyillər. Onların da danışdıqları, elədikləi eşşəklikdir.

Əlbəttə, cahillik və hampazorluq mənasında…

Mirzə ƏLİL

11.09. 2020, Samara

QURBAN MƏMMƏDOV, LOTUSAN, ƏL VER…

Стандартный

Qurban Məmmədov 1

Mən Azərbaycan dram teatrında cəmi bir dəfə olmuşam. Keçən əsrin 70-ci illərində “Ölülər”ə baxmışam və bəyənməmişəm. İsgəndəri oynayan Həsən Turabov və Şeyx Nəsrullahı oynayan Məlik Dadaşov səhnədə oynamır, məzələnirdilər. Bu, peşəkar oyun deyildi, vaxt yubatmaq idi…

İndi You Tube-da Qurban Məmmədova baxıram, gÖrürəm ki, onun oyunu Şeyx Nəsrullahın adekvat səhnə interpretasiyasına daha yaxındır.

“Lotusan, əyə, əl ver…”

Mərhum Yaşar Qarayev yazırdı ki, Şeyx Nəsrullah parlaq aktyordur və qarşısındakı kütləni tamaşaçı auditoriyası kimi idarə edir. (Əlli il qabaq oxumuşam, yadımda qalan kimi yazıram).

Qurban Məmmədov qarşısındakıları auditoriya saymır, elə kütlə sayır – hər cür, həttə səthi manipulyasiyalara uyarlı kütlə.

“Kim deyir ki, ölü dirilməz? Gəlsin bu kitabla verim cavabını!” – Nəsrullah Quranla kütləni sarsıdır, dilini-ağzını bağlayırdı.

Qurban Məmmədov: “Kim deyir ki, o mülkü mənə kimsə bağışlayıblar? Gəlsin bu sənədlərlə verim cavabını! Mən qır il vəkil işləmişəm!”

Qurban Məmmədov universiteti 33 il bundan qabaq qurtarıb. Belə çıxır ki, pioner vaxtından vəkillik eləyib. Bəs türmə müddəti? Bəs cəbhə, inqilab dövrü?

“Mənim altı maşınım vardı!”

Hanı sənədləri? Bəs vergi sənədləri? Ödəyirdin? Gəlirinin mənbəyini göstərən sənədlər var? Sən kimə vəkillik eləyidrin ki, o qədər pul qazanırdın? Prezidentə? Kəmaləddin Heydərova? Onlara nə vəkil? Məhkəmə onların deyilmi? Sabirabadın qarpızəkənləri, soğanəkənləri səni belə varlandırıb?

İlk baxışdan, səthi tanışlıqdan cəsur, prinsipial və hətta saf görünən bu adam əslində Azərbaycanın bəlkə də ən fərasətli manipulyatorudur.

“Bu adam (Ramiz Mehdiyev) qırx il Azərbaycan xalqına qarşı cinayətlər törədib! Dünənəcən İlham Əliyevə qarşı olanlar, Mehriban Əliyeva qarşı olanlar əsil cinayətkarı tanıyıblar!”

Üç gündür Qurban Məmmədov tavada ilanbalığı kimi qıvrılır, yaxasını cırıb-dağıdır, az qalır ki, Molla Nəsrəddin kimi öz –özünə kəllə vursun – məqsədi İlham Əliyevin yanında özünü təmizə çıxarmaq, onun qəzəbini ayrı-ayrı ünvanlara, o cümlədən Ramiz Mehdiyevə qarşı yönəltməkdir.

Kim bilir, bəlkə İlham Əliyev Qurban Məmmədova mərhəmət göstərib ayaqqabısını öpməyə icazə verər. Eynulla Fətullayev, Mirşahin kimilər öpən yerdən…

Şeyx Nəsrullah deyidi ki, o, xəstədir və bütün bu oyunları xəstəliyinə görə çıxarır, çünki gərək hər gecə bir xırda uşaqla yatağa girəydi.

Şeyx Nəsrullah, indiki dillə desək, pedofil idi. Bur məsələ var ki, əslində bizim gözəl müsəlman qanunlarımız pedofilliyi pedofillik saymır. Bunu Cəlil Məmmədquluzadə belə sayırdı.

İndi Qurban Məmmədov da kamera qabağında min oyundan çıxır, hərdən mərhum Məlik Dadaşovu da kölgədə qoyur.

Qurban Məmmədov bir az da mərhum Boris Berezovskini xatırladır. O da pula öyrəşmişdi, siyasətə, siyasətçilərə, hökumətə, müxalifətə vacib təsirt göstərməyə, vacib adam olmağa öyrəşmişdi. Bütün bunlardan əli çıxanda özünü asdı.

Bunu, əlbəttə, Qurban Məmmədova arzulamırıq. Qurban Məmmədov özü də belə şey eləməz. Berezovsli introvert idi, belə adamlar dərin depressiyalara uğrayırlar.

Qurban Məmmədov daha çox lotudur.

Lotusan, əyə, əl ver…

Mirzə ƏLİL

10. 09. 2020, Samara

İMAM ZÜHURUNA İNANIRAM, QURBAN MƏMMƏDOVUN QIRX İL VƏKİLLİK ELƏMƏYİNƏ İNANMIRAM…

Стандартный

Qurban_Məmmədov

Qurban Mənmmədov danışdığına görə, 1986-cı ildə xəbər yayılıb ki, Sovetskidə, köhnə bir hamamın qapısı ağsında imam zühur edib. Və iki milyon adam guya bu xəbərə inanıb ora ziyarətə gəlib.

Qurban Məmmədov deyir ki,  imam zühuruna inanmaq millətin geriliyini göstərir və bütün bəlalarımız təhsilin azlığından, cahillikdən, dindən, Qurandan uzaq olmağımızdır…

Qurban Məmmədov, əlbəttə, əlli dərənin suyunu qarışdırır. Mən şəxsən bilmirəm ki, imam zühur elər ya eləməz. Eləsə, hamam qapısında da elər. Eləsə, dindirib-danışdırarıq, sənədlərini yoxlarıq, görəri imamdır ya aferist…

Bəlkə elə imam çıxacaq? Bu kainatı yaradan üçün bir imam zühuru nədir ki?

Odur ey, Azərbaycan millisi Kipri udub.  Dünənəcən kim inanardı? Bu, möcüzə deyilmi?

Ancaq bəzi şeylər var ki, onlara inanmaq olmur. Çünki yoxlaya bilirsən. Vaxtını, yerini, sayını yoxlayırsan, düz gəlmir.

Məsələn, Qurban Məmmədov deyir ki, qırx il vəkil işləyib və ətək-ətək pul qazanıb.

Bu, yalandır. Qurban Məmmədovun Vikipediyadakı bioqrafiyasına baxırsan, görürsən ki, cəmi beş-altı il ağıllı-başlı vəkil işləyə bilərdi.  Bakıda cəmi üç il kollegiya üzvü olub. Universiteti bitirəndən sonra Sabirabadda hüquq məsəhətxanasında işləyib.

İndi Sabirabadı tanıyanlar desinlər: 1987-ci ildə Sabirabadda nə vəkillik?

Mən Əlibayramlıda oxumuşam, Sabirabadın qonşuluğunda. Mənimlə sabirabadlılar oxuyublar. Mən bilirəm ki, Sabirabadda sovet vaxtı hüquq-zad olmayıb. Hüquq olmayan yerdə nə vəkillik?

Deyək ki, bir qarpızəkən bir soğanəkəni bıçaqlayır. Bu işə nə vəkil? Bıçaqlayan adam vasitəçi, dəllal tutur ki, prokurorla, məhkəməylə danışsın. Ölüm işidisə, müddəti azaldırrlar, xəsarətdirsə, tamam azad eləyirlər. Zərərçəkən də adam tutur. Çünki zərərçəkəni də prokurior, müstənqiq şantaj edir, deyir “özünü də basarıq gedərsən, davanı elə sən salmısan”.

Bıçaqlanan da xeyli pul xərcləyir.

Burda vasitəçilik edən adam rəsmən vəkil olsa da, özünü vəkil saya bilərmi?

Qurban Məmmədov deyir ki, “mən götürdüyüm işlərin 90 faizini udmuşam”.

A kişi, özünü ələ al! Azərbaycanda haçan məhkəmə prossi olub ki, vəkil onu udsun? Əgər vəkil işlərin 90 faizini udurdusa, Azərbaycan ən demokratik dövlət imiş. Bəs onda niyə suyu bulandırırdın, aranı qarışdırırdın?

Yox, Qurban Məmmədov yalan deyir. Hərçənd məzəli danışır. Düzdür, uzunçuluq eləyir, çox baxmaq olmur. Belə adamlara mənim mərhum müəllimim  “Əngalı” deyərdi…

Azərbaycanın ən böyük problemlərindən biri müstəqil məhkəmə sisteminin olmamamğıdır. Sovet vaxtı yox idi. İndi də yoxdur. Kim deyirsə ki, belə proses aparıb, belə udub – yalan deyir.

Qurban Məmmədov, əlbəttə, yalan deyir.

Desin ki, vasitəçilik, dəllalıq eləmişəm, qazanmışam.

Demir. Çünki təbiətində naqislik var. Çox təəssüf ki, belədir. Ona görə təəssüf ki, Qurban Məmmədov heyvərə qardaşı Sərdardan fərqli olaraq istedadlı adamdır, sistemli hüquq bilikləri olması da, “hüquq duyğusu”, instinkti var, yaxşı natiqdir.

Ancaq Qurban Məmmədov eyni zamanda fırıldaqçıdır, üskükoynadandır. Manipulyatordur. Cilddəyişəndir. Çox ehtiyatla, bicliklə, burcuda-burcuda İlham Əliyevə çatdırmağa çalışır ki, “mən sənin adamınam, sən mənim adamımsan, bizim düşmənimiz Ramiz Mehdiyevdir”…

Hə, Qurban Məmmədov mənə həm də Salyan mollalarını xatırladır. Qulaq asdıqca elə bilirəm Salyanda yasda oturmuşam. Belə natiq mollaları çox görmüşəm. Molla Bayram danışa-danışa “Marlboro tüstülədirdi…

Bilmirəm, Qurban Məmmədov çəkirmi? Çəkirsə, nə çəkir…

Mirzə ƏLİL

09.09. 2020, Samara

QURBAN MƏMMƏDOV DEYİR BİR TƏRƏFİ NAXÇIVANLIDIR, ANCAQ DEMİR DALI YA QABAĞI…

Стандартный

Qurban Məmmədov

Möhtərəm axund Hacı Məhəmmədvəli Səlyani həmişə mənə deyərdi ki, Mirzə, bu dünyanın axırı gec-tez çatacaq. Mən də başımı yelləyirdim ki, guya inanıram. Ancaq əslində inanmırdım. Ancaq iki-üç gündür inanıram və möhtərəm axunda rəhmət oxuyuram.

Müsəlman qardaşlar, müsəlman bacılar! Dünyanın axırı çatıb! Naxçıvanlı naxçıvanlının ətini yeyir! Qiyamətdir!

Qurban Məmmədov Londondan Kəmaləddin Heydərova ultimatum irəli sürəndə mən sarsıldım, ağzımı qaşıqla açıb dilimin altına dərman qoymasaydılar, ölmüşdüm.

Kəmaləddin Heydərov! General, general-polkovnik, yəni generalın kvadratı, kubu, bəstəkar, Üzeyir bəyin yadigarı, Azərbaycanın Bethoveni, Verdisi…

Bir dəfə Kəmaləddin bəy dərin təvazö hissi ilə bədahətən deyib:

Böyük Üzeyrimizin yadigarı mən özüməm…

Qurban Məmmədov deyir ki, Kəmaləddin, sənə bir sutka vaxt verirəm, dediyimi eləməsən, şəhadətini oxu.

Vaveyla!

Gömrük dahisinin, ölkədə fövqəladə halları yaradanın həyatı təhlükə altındadır!

İlahi, sən Azərbaycana nə boyda qəzəb eləmisən ki, naxçıvanlı naxçıvanlının üstünə yeriyir?

Mən əminəm ki, əgər Kəmaləddin Heydərov Qurban Məmmədovun yayımına baxırmşsa, general şalvarını azca da olsa, isladıb. Genaral olmağına baxmayın, Kəmaləddin Heydərov bəstəkardır, qəlbi incədir, xox gələndə incə qəlbli insanlar bir qayda olaraq şalvarlarını isladırlar…

Mən əlahəzrət prezidenti Kəmaləddin Heydərovun müdafiəsinə çağırıram! Kəmaləddin Heydərov Azərbaycanın milli sərvətidir! Çünki milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyur.

Qiyamətdir!

Allah bu Qurban Məmmədova insaf versin! Yaxşı ki, dedi onun ancaq bir tərəfi naxçıvanlıdır!

Axund Məhəmmədvəli, hardasan!

Ancaq Qurban Məmmədov demədi ki, hansı tərəfi naxçıvanlıdır: dalımı, qabağımı… Yəqin sonra bunu da deyəcək…

Öz-özümə deyirəm ki, bu Qurban Məmmədov bəlkə hərbə-zorba gəlir? Molla Nəsrəddin kimi…

Bir dəfə Molla Nəsrəddin eşşəyini ağaca bağlayıb su başına çıxmışdı. Cavanlar söz qoyub eşşəyin çulunu gizlətdilər ki, görsünlər molla neyləyəcək. Molla su başından qayıb gördü eşşəyin çulu gedib. Qışqırıq qopartdı ki, tez çulu gətirib verin, yoxsa mən bilirəm neylərəm…

Cavanlar qorxuya düşüb çulu çıxarıb verdilər. Mollaın sakitləşdiyini görüb soruşdular:

— Molla, sən allah, de görək çulu verməsəydik, neyləyəcəkdim?

Molla gülüb deyir:

— Neyləyəcəkdim? Köhnə bir palazım var, onu kəsib çul qayıracaqdım…

İndi Qurban Məmmədov da belə… Lotudur, vallah. Ancaq adamı qorxudur…Vallah, özümə görə qorxmuram. Mən kiməm və nəyəm ki. Mən Kəmaləddin Heydərov üçün narahatam. Üzeyir bəyin yadigarı, gömrük dühası, fövqəladə hallar qayıran, milli sərvətləri altına yığıb göz-bəbəyi kimi qoruyan…

Mirzə ƏLİL

09. 09. 2020, Samara