Tag Archives: Qurban Məmmədli

QURBAN MƏMMƏDLİ, İNGİLİSİN ÇÖRƏYİ BURNUNDAN GƏLSİN!

Стандартный

Mirzə Cəlilin sözü olmasın, mən çox həyasız, utanmaz adamlar görmüşəm, ancaq Qurban Məmədli kimisini görməmişəm. Bu adam deyir ki, dörd ildir Londonda yaşayır, hər ay Britaniya hökumətindən vəsait alır və bu vəsait ona boğazınacan bəs edir.  Və britaniyalıların çörəyini yeyən, bu çörəyi ailəsinə yedirdən bu danabaşlı utanıb-qızarmadan xristianları, qərb dünyasını, qərb dəyərlərini təhqir edir və iddia edir ki, çörəyini yediyi qərbin fikri-zikri  müsəlman toplumunu məhv etməkdir. Sitat:

“Müsəlmanlığın ən vacib atributlarından biri hicabdır. Bu da beynəlxalq güclərin işidir, onlar müsəlman toplusunu dağıtmağa çalışırlar. İslam dünyasına qarı səlib yürüşü gedir”.

Britaniyalıların çörəyi burnundan gəlsin!

Belə möminsənsə, qərbi belə düşmən görürsənsə, Londonda nə ölümün var? Get otur Əfqanıstanda, İranda, Pakistanda, onların müsəlman çörəyini ye, ordan xristianları kefin istəyən qədər söy.

Bir vaxt fransızları sinələrində ilan bəslədilər. On beş il Xomeyni oturdu Parisin orta göbəyində, başına dəstə yığdı, getdi İranı qoydu xaraba. Əlbəttə ki, on beş il ona və onun başındakı minlərlə başıpozuq farsa çörək vermiş fransızlara da tüpürdü.

İndi də bu danabaşlı xomeynilik eşqinə düşüb.

 İngilsin çörəyi gözündən gəlsin!

Mirzə ƏLİL

18.02. 2022, Samara

ƏFSANƏVİ KƏŞFİYYATÇI ELMAR ALLAHVERDİYEVİN YEREVAN ƏMƏLİYYATI

Стандартный

                     Şukşin, Allah sənə rəhmət eləsin!

XURAL TV studiyasında Əvəz Zeynallı və Elmar Allahverdiyev

— Sayın dinleyicilər, bu gün qonağımız əfsanəvi kəşfiyyatçı Elmar Allahverdiyevdir. Elmar paşa bu gün bizə sensasion bir olay danışmağa kararlıdır. Elmar paşa, xoş gördük sizi.

— Sağ olasan, Əvəz məllim. Dədə, bu iş belə olufdu. Bir dəfə əlahəzrət prezidentimiz, Ali baş komandan çağırdı məni yanına. Dedi ki, Elmar, saa bir tapşırığım var. Dedi bu Paşinyan oğrac Şuşada yallı gedəndən mənim iştahım küsüb, yeyif-içə bilmirəm, arvadla tez-tez dalaşıram. Sən gərək gedib onu öldürəsən. Eliyə bilsən, sənə medal verəjəm, beş min manat da dollar.

Dedim cənab prezident, mənim bu canım saa qurbandır. Tapşırığını yerinə yetirməsəm mən heç kişi dəyiləm. Bunu diyəndə prezident məni qujaxlyıb öpdü.

Ordan məni apardılar baş qərargaha. Dedilər ki, səni Bayrakdarla atajıyıx Yerevana. Sənə də kağız-kuğuz verəjiyik ki, guya sən akademik Aqanbeqyansan, Moskvadan Putinin tapşırığıyla gəlmisən Paşinyanla görüşməyə.

— Elmar paşa, men çaşqınlıq haletiunde bulunuram. Məgər akademik Aqanbeqyan çoxdan ölmədimi?

— Əvəz bəy, ölən ata Aqanbeqyandır. Oğlu var, o da akademikdir. Mənə dedilər ki, mən Aqanbeqyana elə oxşuyıram ki, elə bil əkiz qardaşıyam.

— Beləmi, efendim? Pek iyi, devam edin.

— Bəli, məni Bayrakdara qoyub uçurtdular, Yerevan yaxınlığında paraşutla tullandım. Əyin-başımı, qəssumumu, qalstuxumu səliqəyə salıb getdim birbaş Paşinyanın sarayının qabağına. Kağızları portfeldən çıxarıf göstərdim, hamısı qabağımda farağat durdu. Dedilər Paşinyan Yerevanda yoxdur, yenə Qarabağa gedib, bu gejəni qal oteldə, sabah gələjək.

Məni apardılar Yerevanın beşulduz otelinə. Hamı əlimə-ayağıma keçir, hamı qulluğumda, dolma gətirirlər, lavaş gətirirlər, konyak gətirirlər. Sonra iki xanım da gətirdilər ki, deyirsən hər ikisi Kardaşyandır.

— Paşam, bəlkə o xanımlar elə Kardaşyan bacılarıymış?

— Ola bilər. Mənnən ingiliscə danışırdılar. Mən də işlərni görüb buraxdım.

— Eləmi, paşam?

— Bə nəə? İşlərini görməsəydim, başa düşərdilər mən Aqanbeqyan deyiləm, əfsanəvi Azərbaycan kəşfiyyatçısıyam.

Nə başını ağrıdım, dədə, savax olcax məni apardılar Paşinyanın yanına, saldılar onun kabinetinə, bizi tək qoydular. Çünki Putunun adından yazılmıışdı biz gərək təkbətək söhbət eliyək. Paşinyan məni qujaxlamax, öpüb-yalamax…Dedim, kirvə, otur yerində söhbətimizi eliyək. Oturan kimi pistoleti çıxartdım…

— Paşam, pistoleti nece keçirdin saraya?

— Dədə, mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Pistolet mənim dalımdaydı.

— Dal cinbinizdemi?

— Yox, dalımda. Yəni soxmuşdum dalıma… Ayıb olmasın…

— Anladın sizi, paşam. İyi, iyi, pek iyi!

— Hə, dədə, pistoleti çıxarıb tuşladım bu oğraca. Birini atdım, yıxılmadı, ikisini atdım, üçünü atdım… Hamısını atdım, dədə. Anjax bu oğrac yıxılmır.

— Elemi, paşam? Ben bunu anlamıyorum! Kafama girmiyor!

—  Dədə, niyə anlamıyorsun? Sən demə pistoletə boş güllələri qoyublar Bakıda.

— Kim qoyub, efendim? Belə bir işmi olar?

— Dədə, xainlər eliyif bunu, xainler. Baş qərargahda xain olub, pistoletimə boş güllələri doldurub… İstədim bu oğracı əllərimlə boğam. Əlimi bu murdara bulamaq istəmədim. Tüfürüb çıxdım ordan…

— Paşam, ordan necə çıxa bildiniz? Mən heyrətdə bulunuram!

— Dədə, niyə bulunursan? Mən əfsanəvi kəşfiyyatçı deyiləmmi? Ancaq necə çıxmağım sirrdir. Hərbi sirr. Cənab prezidentimizə söz vermişəm ki, Yerevanı almayınca bu sirri heç kimə aşmıyım.

— Prezident beş min manat dolları verdimi?

— Çox verdi, dədə. On min verdi. Ancaq indiyəjən xajalat çəkirəm ki, o oğrajı öldürə bilmədim.

— Elmar paşa, pistoletinə boş güllə qoyanı tapdılarmı?

— Axtarırlar, Əvəz bəy. Tafajaxlar. Onun üzünə tüfürməsəm kişi deyiləm, cinsi azlığam, Əvəz bəy…

Mirzə Əlil

14.01. 2022

RUS İMPERİYASI OLMASAYDI, HACI RAMİN BƏLKƏ BAKI HAMAMINDA KİSƏ ÇƏKƏRDİ…

Стандартный

“Allah bu Rusiyanı mehvi-nabud eləsün, ne isteyir bu türklerden!” – bunu “Həci” Ramin Buzovnalı deyir.

Bu ad meyxanaçıya daha çox yaraşır. Ya da tamadaya. Ancaq “Həci” Ramin siyasi veriliş aparır. Yanında da başqa bir “həci” oturub. Həci Abid. İkisi də tat ləhcəsiylə danışır. Onlara elə gəlir ki, Bakı ləhcəsiylə danışırlar. Ancaq Bakı ləhcəsini tat, dağlı danışığı, ləhcəsi yaradıb. Tat ləhcəsinin təsiri olmasaydı, bakılılar da şamaxılılar kimi danışardılar, salyanlılar kimi danışardılar.

Bir izləyici Həci Ramindən soruşdu ki, “bağışlayın, siz tatsınız?”. Həci Ramin dəvə kimi qızdı? “Köpək oğlu köpək, it oğlu it!”

Mən məəttəl qaldım. Məgər Həciyə söyüş söymək caizdir? Mən üzümü tuturamYouTube-un cümə mollası  Şeyx Sərdar Cəlaloğluna və soruşuram: “Ya şeyx, Həciyə söyüş söymək caizdir?”

Şeyx Sərdar Cəlaloğlu ağıl dəryasıdır, yəqin sualıma cavab verər, məni məəttəl qoymaz.

Buzovnalı Həci deyir ki, bu Rusiya türkləri yaman günə qoyub.

Da neujeli?

Şeyx Sərdarın Qardaşı Qurban Məmmədli öz kanalında bir dəstə qaragüruhçunu başına toplayıb mövhumat yayır. Paşa Həsənlini eşitmisiniz? Bu adaın ağzına gərək tikiş atıla ki, cəfəngiyyat danışıb ona qulaq verən sadəlövh zəvzəklərin xarab başını daha da xarab eləməsin.

Bunlar deyirlər ki, Rusiya türkləri yaman günə qoyub.

Rusiya mərkəzi Asiyaya glməsəydi, orda türk dövlətləri olardı? Lenin milli siyasəti olmasaydı, Özbəkistan olardımı? Olmazdı. Buxara xanlığı olardı, Səmərqənd olardı. Özü də əhalinin əksriyyəti tacik.

Özbəkistan olmazdı.

Qazaxıstan dövlətini Lenin milli siyasəti yaratmayıbmı? Qazaxıstan adlı dövlət haçan olub? Qazaxlar harda olublar, kim olublar?

Qırğız dövləti necə? Belə dövlət olub?

Baxın, türkmənlər ruslarsız necə dövlət qururlar. Bu, dövlət deyil, dəlixanadır.

İranda iyirmi milyondan çox azərbaycanlı var. Azərbaycan dövləti yoxdur. On doqquzuncu əsrin iyirminci illərindəki Rusiya-İran müharibələrində Rusiya yox, İran qalib gəlsəydi, indiyəcən Azərbaycan dövləti olmazdı.

Mərkəzi Asiyada Rusiyasız bəlkə də Türküstan adlı bir feodal dövləti olard. Əfqanıstan kimi. Nə özbək, nə qırğız mədəniyyəti, akademiyası, ədəbiyyatı, kinosu olardı. Çalıb-oxumaq da qadağan olardı.

Əfqanıstanda milyonlarla  özbəyin, türkmənin dövləti yoxdur. İki min il qabağın tayfa adətlərini İslam adlandırıb insanları hər cür ərdi azadlıqlardan, ləyaqətdən mərhum eləmiş qəddar bir cəmiyyətdə yaşayırlar. Üst-başlarını kir basmış, göbəklərinə qədər saqqal uzatmış avtomatlı kişilər, başlarına kisə keçirilmiş qadınlar, dar ağacları, edamları… Ruslarsız Orta Asiyada da bu olardı. Ayrı şey olmazdı.

Çində on üç milyon uyqur var, ancaq uyqur dövləti yoxdur. Bir milyon uyquru Çin hökuməti «əmək düşrgələri»ndə tərbiyə edir…

Çingiz Aytmatov sovet imperiyasının yazıçısıdır. Eləcə də Muxtar Auezov.

Buzovnalı Həcilər və Qurban Məmmədlinin başına yığdığı qaragüruhçular göz yaşı axıdırlar ki, Rusiya türkləri bir-birindən ayırırb çoxlu millətlər yaradıb.

Belədirsə, Rusiyaya sağ ol deyin. Siz deyirsiniz  biz min beş yüz il, min il qabaqkı kimi tayfa halında qalaydıq? Xalqlar, millətlər və milli şüur, milli identiklik yaranmasaydı nə Vaqif olardı, nə Axundov, nə Üzeyir Hacıbəyov. Ancaq «biz azərbaycanlı deyilik, biz türkük» deyib mələyən demaqoqların millət olmağa, millət səviyyəsiə qalxmağa, abad dövlət qurmağa  dalları çatışmır, ona görə osmanlının dalına girməyə fürsət axtarırlar.

Bir tərəfdən yapışırsan fars şairi Niuzamnin ətəyindən, deyirsən mənimdir, digər tərəfdən deyirsən biz gərək tayfa halında qalaydıq. Tayfa halında olan insanlarn içindən Nizami çıxa bilməzdi! Yerш gəlmişkən, Nazamini “rəsmən” Azərbaycana Stalin verib. Sovet hakimiyyətiniə qədər kim Nizamini tanıyırdı? Kim fars dilini bilirdi ki, onu oxuya. Bu gün Nizamini Rəsul Rzanın, Süleyman Rüstəmin yöndəmsiz tərcüməsində oxuyanlar deyirlər ki, bu bizim şairimizdir. Yalançının lap…

Sən nə bilirsən Nizami nə yazıb. Əvvəl otur fars dilini öyrən…

Bizim mədəniyyətdə, elmdə bütün nailiyyətlətimiz, inkişafımız Rusiya imperiyası ilə bağlıdır. Bunu danmaq heyvanlıqdır. Yəni ki, faktı danmaq olmaz. Azərbaycanın Rusiyasız hansı vəziyyətdə ola biləcəyini görmək çox asandır: qanrılıb İran Azərbaycanına baxın. Orda buzovnalı həcilər You Tube-da oturub saatlarla məzələnmirlər. Orda belə həciləri avtomobil kranından asırlar.

Qazaxların dövlət ola bilmədiyinə, sivil xalq ola bilmədiyinə ancaq təəssüf etmək olar. Bu, ruslatın günahı deyil. Çünki qazaxlar hələ milllət olmayblar, bunun üçün tələb olunan inkişaf yolunu keçməyiblrər, içərilərində çoxlu cahilik və vəhşilik var. Onlar övlət qurmaq üçün on illlərlə, əsrlərlə çalışmayıblar, qan tökməyiblər, dövləti n hazırını bolşeviklərdən alıblar.

Arağı bir az çox içən qazaxları görmüsünüz?

Mən görmüşəm. Qorxulu tamaşadır…

Səhv etmirəmsə, 2006-cı ildə Şevçenko (Aktrau) şəhərində iğtişaşlar olanda qazax qardaşlar (!) azərbaycanlları qovmurdularmı? Bizim soydaşlarımız onda canlarını götürüb qaçırdılar…

1989-cu ildə özbəklər mehseti türklərinə qarşı soyqırım törətdilər. Uşaqları, qocaları diri-diri yandırır, hamilə qadınların qarnını cırırdılar… İndi «sadə» özbəyi qurdalayın, silkələyin, görəcəksiniz ki, «sadə» özbək törətdikləri soyqırımdan peşman deyil, əksinə, razıdır ki, «mehseti türkləri probllemini», Hitler deyən kimi, birdəfəlik həll edə biliblər…

1990-сı ildə Üzgen və Oşda qırğzlarla özbəklər arasında baş verən qırğında təkcə qırğızladan 1200-ə yaxın adam öldürülüb. Qeyri-rəsmi məlumatlara görə davalarda 10 minə qədər insan qırılıb.

2010-cu ildə Oşda və Cəlilabadda özbəklərlə qırğızların davasında 500-dən çox adam öldürülüb.

Son otuz ildə qırğızlarla özbəklər dönə-dönə bir-birlərini qırıblar. Onlar hətta Rusiyada da vaxtaşırı davalaşırlar. Bunları rus eləmir, rus, əksinə, yüz minlərlə özbəyə, qırğıza iş verir, onlar burda milyardlarla pul qazanırlar. Bunlar bu xalqların primitivliyindən, tayfa instiktləri ilə yaşamaqlarından, qanun tanımadıqlarından irəli gəlir.

Mərkəzi Asiyanın türk dövlətləri  otuz il ərzində Azərbaycanı işğal etmiş Ermənistanla bir hərbi blokda olublar indi də ordadırlar. Yəni bizim düşmənimizlə müttəfiqdirlər. Onlarla nə qardaşlıq?

Qazax xalqının sərvətinui kim oğurlayır, mənimsəyir? Ruslar ya qazaxlar?

Rusiyada qazax, özbək, azərbaycanlı milyarderlər var. Özbəkistanda rus milyarderi var? Qazaxıstanda var? Azərbaycanda var?

İndiki Rusiya ilə, Putin Rusiyası ilə münasibətlər başqa, Rusiya imperiyasının Cənubi Qafqazda, Mərkəzi Asiyada rolu başqa. Putin rejimi Rusiyanın özü üçün də ziyanlı və təhlükəlidir. Bütövlükdə Rusiya imperiyasının rolu isə müsbətdir. Azərbaycan bir vaxt Rusiya imperiyasının tərkibinə keçməsəydi, Həci Raminlər, Həci Abidlər Bakı hamamlarında kisə çəkərdilər… Sərdar Cəlaloğlu isə yəqin Naxçıvanda qoyun otarardı…

Mirzə ƏLİL

08. 01. 2022, Samara, RF

XATİRƏ CƏBRAYILOVA: ALVERÇİ? KİMYAÇI? FSB AGENTİ?

Стандартный

Kozma Prutkovun 74-cü aforizmi deyir: “Единожды солгавши, кто тебе поверит?” Yəni bircə dəfə yalan danışandan sonra sənə kim inanar.

Qurban Məmmədli bütün şübhəsiz istedadlarına baxmayaraq bircə dəfə yox, çox yalan danışıb, çox manipulyasiyalar etsə də elə onun bədii istedadlarına görə, həmçinin mübarizəsində inadına, türmə çəkdiyinə, əyilmədiyinə görə ona inanmaq istəyirsən. Təəssüf ki, Qurban Məmmədli səndə ona qarşı az-çox inam yaranan anda ya yekə bir yalan danışır, ya gözünün qabağında üskük oynadır. Bu adama əlac yoxdur.

Yanvarın dördündə özünün YouTube kanalına Xatirə Sabir qızı Cəbrayılova adlı qəribə bir gənc qadını çıxarıb onun yaraım saatdan artıq çəkən çıxışını yayıb. Çıxış canlı deyildi. Ekrana xanım Cəbrayılovonın ya Tsereteli ya da Şilov tərəfindən çəkilən parad portreti qoyulmuşdu. Tamaşaçılar bu rəngkarlıq şedevrinə baxa-baxa xanım Cəbrayılovanın səs yazısını dinləyirdilər.

Bu çıxış tonuna, leksikasına görə Cəfər Cabbarlının “1905-ci ildə” pyesində erməni Eyvazın məhkəmədəki nitqinə bənzəyirdi. İttiham olunan bolşevik Eyvaz öz pafoslu monoloqunda çar prokurorlarına, çar hakiminə özü ağır ittihamlar irəli sürürdü. Hətta çar hakimiyyətini damğalayırdı: “Mən düşmənəm sizin insan əti yeyən ikibaşlı qartalınıza!” Eyvaz xəbərdarlıq edirdi ki, tezliklə bu rejimin sonu çatacaq, onu indi mühakimə edənlərin özləri qandallanacaqlar.

Xatirə Cəbrayılovanın da çıxışı təxminən bu ruhda idi. Ancaq onun ittihamı əsasən bir nəfərə — Məleykə Abbaszadəyə qarşı yönəlmişdi. Xatirə Cəbrayılovanın fikrincə bir vaxt onu ali məktəbə qəbul etməyən Məleykə Abbzadənn əsas amalı Azərbaycan gəncliyini kor etməkdir. Xatirə Cəbrayılova Məleykə Abbaszadəyə ultimatum verərək dedi ki, tezliklə Azərbaycana gəlib onu “вынесет из кабинета вперед ногами». Bunu rusca dedi bilindi ki, Cəbrayılova Moskvada dissertasiya müdafiə etsə də, rus dilini elə gözəl də bilmir. Dediyinin azərbaycanca tərcüməsi budur ki, o gəlib Məleykə xanımın ölüsünü kabinetdən çıxaracaq. Və öz dediyindən məlum olurdu ki, bunu FSB-nin köməyi ilə edəcək.

Başqa nə cür edə bilər?

Qurban Məmmədov öz opponentlərinin çoxunu, Azərbaycan ordusunun generallarını və zabitlərini Moskva ilə, FSB ilə əlaqədə ittiham edir. Ancaq onun efirdə az qala buir saat vaxt verdiyi bu azərbaycanlı qız çıxışının yarısını FSB-nin tərifinə həsr edib. Bu xanım utanmadan, abır-həya bilmədən iddia edir ki, “FSB sutkada 24 saat alimləri qoruyur”.

Mənim bu xanımın FSB agenti və informatoru olduğuna şübhəm yoxdur.

FSB alimləri qoruyur? Yalansa sənin…Rusiyada son illər nə qədər görkəmli alim FSB təqiblərinin qurbanı olub? Ali İqtisadiyyat məktəbi, “Vışka”, əslndə darmadağın edilib. Ordan qovulanlar arasında Çingiz Hüseynovun oğlu professor Həsən Hüseynov da var.

Nə qədər tələbə qondarma ittihamlar əsasında tutulub uzun müddətə türməyə salınıb!

FSB-yə deyilən bu təriflər, FSB-nin tərənnümü, əllbəttə, Xatirə Cəbrayılovanın bu orqanla əlaqəsini göstərir. Biokompozitlərlə işləyən Azərbaycan vətəndaşının FSB ilə hökmən əlaqəsi olmalıdır. Ancaq Qurban Məmmədli niyə bu güman edilən FSB agentini və informatorunu Azərbaycanın ən şərəfli qızı kimi təqdim edir? Bundan sonra Qurban Məmmədlinin özünü FSB adam sayanlar haqlı olmayacaqmı?

Bu Cəbrayılova çox qəribə arvaddır. Doğrudan da kimyadan dissertasiya müdafiə edib. Moskvada bir vaxt paltar, mebel satan fərdi sahibkar olduğu barədə də İnternetdə məlimat var. Bu disertasiyanın keyfiyyəti barədə yalnız mütəxəssislər fikir deyə bilərlər. (Google-da  çap olunmuş əsəri yoxdur, bircə patent göstərilir onun da beş müəllifi var, dördü Qubkin institutundan yerli adamlar, beşinci Cəbrayılovadır. Belə kollektiv «ixtiraları»ın qiyməti məlumdur, çox vaxt iş bir nəfərə məxssus olur, qalanlarə ya vəzifəsinə görə qoşulur, ya da «maya qoyur). Ancaq bu xanımın abır-həya bilmədən, özü də Qarabağda FSB hakimiyyətdə olduğu bir vaxt Rusiyanin bu bəd reputasiyalı xüsusi xidmət orqanına təriflər deməsi ona qarşı ikrah doğurur. Bu xanımın fonunda hətta Məleykə Abbaszadə kimi məmurlar da rəğbətli görünə bilərlər…

Qurban Məmmədlinin FSB agenti olduğu güman dedilən Xatirə Cəbrayılova ilə çıxardğı hoqqa göstərir ki, bu istedadlı insanın ciddi əxlaq problemləri var və onun ipinin üstünə odun yığmaq olmaz. İndi bu ipdə rus biokompozit tərkibinin olduğu da görünür…

Xatirə Cəbrayılovanın çıxışı ərzində ekranda hörmətli vəkil İlham Aslanoğlu statik vəziyyətdə oturub heyranlıqla FSB difirambına qulaq verirdi. Deyəsən bu cənab özünü necə FSB poxuna batırdığını hiss eləmirdi…

Mirzə ƏLİL

05.01. 2022, Samara

QURBAN MƏMMƏDLİ: HÜQUQŞÜNAS YA MANİPULYATOR?

Стандартный

Qurban Məmmədov neçə aydır ki, “Tərtər işi”ndə zərər çəkənlərin hüququnun müdafiəsi üçün çalışır və etiraf etmək lazımdır ki, sarsılmaz inadıyla ölkə rəhbərliyinin ağrılı qabarını elə ayaqlayıb ki, rejim fövqəladə gönüqalınlığına baxmayaraq reaksiya verməyə məcbur olub.

Təəssüf ki, bütövlükdə bu vacib işi görən adam özü lotu və bütün lotular kimi manipulyatordur. Manipulyasiyalar çoxçeşidlidir – aktoyr fəndləri, pafoslu monoloqlar, bəzən isteriyaya keçən monoloqlar, şəxsi bioqrafiyadan olan faktların dəyişdirilmiş şəkildə təqdimi, saxta rəqəmlər, saxta tarixlər… “Mən qırx il vəkil işləmişəm… Uğurlu vəkl olmuşam… Milyonlar qazanmışam… Qanunla…”

Sabirabadda iki-üç il vəkil olub. Sabirabadda nə məhkəmə, nə vəkil, nə qanun? Sabirabadı tanıyan var? Sabirbadda indi də məhkəmə yoxdur. Sovet vaxtı orda nə məhkəmə ola bilərdi? Vəkil – vasitəçi, dəllal idi. Hakiminkini ver, müstəntiqinkini ver, prokurorunkunu ver, işin düzəlsin. Sabirabadda nə hüquq?

“Din, qeyrət, namus, şərəf…” – Qurban Məmmədov özünü Fidel Kastroya oxşadaraq bu sözlərlə elə haqyıqır ki, deyirsən indi televizorun ekranı çatlayacaq.

Din, qeyrət, namus, şərəf – bunlar hüquq kateqoriyaları deyil. Qetrəti, namusu hərə bir cür başa düşür. Analarını bacılarını, arvadlarını bıçaqlayan, baltalayan kişilərin də qeyrət barədə öz təsəvvürləri var. Sonra bu “qeyrətli” kişiləri on-on beş il türmədə yıxıb- sürüyürlər,bu qeyrətli kişi on on-beş il ərzində yüzlərlə özü kimi qeyrətli kişinin gözü qabağında şalvarını aşağı çəkib bayıra çıxmağa məcburdur…

Qurban Məmmədov tez tez “mən hüquqşünasam” deyir. Diplomu var, ortabab biliyi də. Ortabab, bundan artıq yox. Ancaq Azərbaycan hequqşünaslarının çoxunun bu səviyyədə də biliyi yoxdur. Təfəkkür baxımından, düşüncə tərzi baxımından isə Qurban Məmmədov hüquqçu yox, manipulyatordur. Onun düşüncə tərzi qanundan çox rusların “po ponyatiyam” deyilən şeyə yaxındır. O yerdə ki, qanun, hüquq norması ona sərf eləmir, Qurban Məmmədov dərhal “din, qeyrət, namus” deyib fəryad qoparır.

Mən burda Qurban Məmmədovun qadınlara münasibətinə toxunmaq istəyirəm.

Qurban Məmmədov siyasi mübarizdir. Bütün siyasi mübarizlərin ailəsi yanında olur. Arvadları, qıızları. Siz Qurban Məmmədoun yanında onun ailə üzvlərindən kimisə gömüsünüz? Onu hətta qadının dünyaya gətirməyi də şübhə doğurur. “Mən Cəlal müəllimin oğluyam”. Sanki Qurban bəyi Cəlal müəllim həm əkib, həm də bətnində gəzdirib və dünyaya gətirib.

Qadına münasibətdə Qurban Məmmədov təməlçi islamçıdır. Quran doğrudan da qadını kişidən aşağı sayır. Beləliklə Qurban Məmmədov seçməlidir: sən ya hüquqçusan ya da dinçi. Lətifədə olduğu kimi: “Müsəlmansan, çaxır niyə içirsən, xristiansan, xaça nirə …çırsan”.  Çünki islamla anqlo-sakson hüquq sistemi, insan haqları üzrə İkinci dünya müharibəsindən yaranmış sistemli baxış uyğun gəlmir. Quran ərə arabir arvadını kötəkləməyi tövsiyə edir. Bu, hüquq anlayışına və normalarına ziddir. Yəni Qurban Məmmədli düşüncə tərzü ilə hətta mötədil müsəlman da deyil, o daha çox talibana, xomeyni şiizminə yaxımdır. Qurban Məmmədli üçün ictimai fəallığı olan, öz şəxsiyyət müstəqilliyinin müdafiəsinə qalxan qadın yüngül əxlaqlı qadınır.

Qurban Məmmədov Cəmil Həsəlinin dövlət tərəfindən aqressiyaya məruz qalmış qızını çəkinmədən minlərlə adamın qarşısında “fahişə” adlandırır. Elə buna görə bu “hüquqşünası” gərək Britaniya hökuməti iyirmi dörd saat ərzində ölkədən qovaydı – Bakıya da yox, Naxçıvana…

Efirindəki qadınlar Qurban Məmmədov üçün alətdir – Validə ana, Rəvanə, Gülnarə Hüseynova. Gülnarə Hüseynovaya verilən işgncədən guya dəhşətə gəlmiş bu adam bu gəlinin loyallığından şübhələnsə, onu da “fahişə” adlandırar. Buna şübhəniz olmasın. Qardaşı Sərdar kimi Qurban da bütün Azərbaycan qadınlarını iki yerə bölür: fahişələr və fahişə olmayanlar. Geyim, danışıq, hərəkət, düşüncə tərzini bəyənmədiyi hər qadına “fahişə” deyən bu insana hüquqçu demək olarmı?

Validə ana, Rəvanə, Gülnarə və başqa qadınlar Qurban üçün alətdirlər. Qurban Məmmədovun Bakıda yəqin ki çoxlu qadın qohumları qalır. Niyə onların birini Validə anaya qoşmur? Başqa qadınlara komanda verir:  “Ora gedin, bura gedin, onunla görtüşün, bununla görüşün…”  Öz arvadı, qızı hardadır? Biləsuvarlı zəərçəkmiş əsgərin anasını çox yondəmsiz, heyvərə söhbətə tutan, “sizə qonaq gəlirik”, hinduşka qızart” deyib qadını çaşdıran, pərt edən bu Qurban niyə öz evinin qapısını açmır? Öz qapısı elə bağldır ki, onun ailəsində qadınların olmağı şübhə doğurur, sanki o da atası kimi öz uşaqlarını özü dünyaya gətirib…

Çox təəssüf ki, “Tərtər işi” kimi fövqəladə vacib işdə rejimi tərpətmək, ondan reaksiyaya nail molmaq üçün gedən mübarizədə Qurban Məmmədovdan effektlisi yoxdur. Qalanları ondan savadsızdır, ondan səriştəsizdir ya da elə onun kimi həlləm-qəlləmdir. İndiki halda Qurban Məmmədovun gördüyü işin müsbət tərəflərin görməkə bərabər bu tip adamların, yəni Qurban və Sərdar Cəlaloğlu kimi adamların necə təhlükli olduğunu da görməliyik. Bu tip adamlar hakimiyyətdə Əliyevçilikdən də təhlükəlidir. Bunlar özlərini demokrat adlandırırlar, ancaq qadın hüquqlarını, gender bərabərliyini tanımırlar. Ölkə əhalisinin yarıdan çoxunun hüququnu tanımayan insanlara necə demokrat demək olar?

Mirzə ƏLİL

P.S. Əgər Qurban Məmmədov doğrudan da «əsl müsəlman»dırsa, niyə gedib otuurub Londonda, biritaniya vergiverənlərinin çörəyini yeyir? Niyə bu cənab gedib çoxsaylı İslam dövlətlərinin birindən sığınacaq almayıb? Məsələn, Naxçıvanın iki addımlığında olan İrandan…

31. 12. 2021, Samara

QURBAN MƏMMƏDOVDAN AÇIQLAMA: «MƏN ARVADIMA, QIZIMA, GƏLİNİMƏ DƏ O SÖZÜ DEYİRƏM…»

Стандартный

Qurban Məmmədov 2

“Salam, mənim əziz və dəyərli xalqım! Mənə müxtəlif insanlar müraciət edib soruşurlar ki, niyə mən Cəmil Həsənlinin günahsiz, üstəlik şəxsi həyatına qarşı dövlət tərəfindən vəhşi müdaxilə edilmiş qızını “fahişə” adlandırmışam. Mənim çox dəyərli xalqım! Cavab verirəm: Ağzım öyrəşib! Mən, Qurban Məmmədli, hələlik Qurban Məmmədov Cəlal oğlu, Cəlal müəllimin oğlu, bütün dünya azərbaycanlılarıa bəyan edirəm ki, mən arvadımı da, qızımı da, gəlinimi də “fahişə” adlandırıram. Gündə əlli-altımış dəfə! Hərdən qardaşım Sərdar Cəlaloğlunu da “fahişə” adlandırıram. Ağzıma yiyəlik eləyə bilmirəm. Sözümün sonunda xahiş edirəm ki, ailə haqlarını ödəməyi unutmayasınız. Yoxsa yeməkdən qalıb Naxçıvanın arıq eşşəklərinə dönərəm”.