Tag Archives: Qurban Hacıyev Balakən

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QURBAN HACIYEV

Стандартный

Qurban_Hacıyev

Qurban Əsəbəli oğlu Hacıyev (19 aprel 1997MahamalarBalakən rayonu — 30 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Qurban Hacıyev 1997-ci il aprelin 19-da Balakən rayonunun Mahamalar kəndində anadan olub.

2003-2014-cü illərdə N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbində təhsil alıb.

Qurban Hacıyev 2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Qurban Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Qurban Hacıyev sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı həlak olub. Balakən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.