Tag Archives: Qüdrət Əzizov

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QÜDRƏT ƏZİZOV

Стандартный

Qüdrət Bəhruz oğlu Əzizov (d. 19 iyun 1997BığırGöyçay rayonu – ö. 9 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəriVətən Müharibəsi şəhidi.

Qüdrət Əzizov 19 iyun 1997-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır.

2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, CəbrayılFüzuliQubadlıXocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada həlak olmuşdur.