Tag Archives: Qarabağın işğalı

MEHRİBAN XANIM, TORPAĞI ÖZÜNÜZ ÖPÜN. LAP GÖZÜNÜZƏ TƏPİN…

Стандартный

Mehriban_Əliyeva

“Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”

Bu cümləni guya Mehriban Əliyeva deyib. Yəni onun adından spiçrayterlər qondarıb yazıblar. Əslində bu sözü Anna Akopyan istehza ilə deyə bilərdi. Çünki bu arzu istehzaya bənzəyir. Elə bil ki. Mehriban Əliyeva hələlik sayı-hesabı bilinməyən itki verən azərbaycanlıları lağa qoyub.

Necə yəni “Qarabağ torpağını öpmək?”

Mehriban xanım haçan hansı torpağı öpüb? Meriban xanım yaxşı bilir ki, nəyi, haranı öpərlər.

Torpaq yaşamaq üçündür.

Mehriban xanımın ailəsindən olan adamlar torpağı alıb-satırlar da. Torpağın harda yaxşısı var, ələ keçirirlər.  İnanmıram ki, Paşayevlər ələ keçirdikləri müəssisələri, torpaqları öpürlər. Ələ keçirirlər və sənəd düzəldib qoyurlar ciblərinə.

Biz hamımız onların cibindəyik.

Bizə ancaq torpağı öpmək qalır.

Qismət olsa.

Hələləlik əsgər və zabitlərimiz qanlarına bələnirlər. Uğrunda öldükləri torpaq düşməndən alınsa, Paşayevlərin və onların qohum-qudalarının əlinə keçəcək.

Ata-anaları yarım hektar, bir hektar yerdə qan-tər içində çalışanları uşaqları indi Məhərrəm Əiyev kimi əldəqayırma harın generalların buyruğu altında canlarını verirlər…

Azərbaycanlılar Bakıda dənizə yaxın düşə bilmirlər. Paşayevər və onların qohum-qudaları dənizin qırağına elə hasarlar tikiblər ki, guya bu dərya onların dədə-babalarından qalıb.

Bakı həndəvərində əlli, altımış ildən bəri koma qaralayıb yaşayan insanlar şəhər qeydiyyatına düşə bilmirlər. Şəhər onu tikənlərə, quranlara, bəzəyənlərə məxsus deyil.

Bəlkə Mehriban xanımın gələcəkdə Qarabağa öpüş turları təşkil eləmək fikri var? Azərbaycanlıları növbə ilə Qarabağın yaxşı bir yerinə aparmaq, torpağı öpdürmək, sonra xarabalarına qaytarmaq…

Yəqin ki, Qarabağ torpağını, əgər bu torpaqlar alınsa, öpmək istəyənlər olacaq. Bəlkə də sütül balaları Qarabağda qanlarına bələnib ölmüş anaların ürəyindən bu keçər. Bu analrın içində Mehriban xanım və onun kimi xanımlar olmayacaq. Çünki “müqəddəs Qarabağ torpağı” uğrunda sadə azərbaycanlı arvadların balaları ölürlər…

Mehriban xanımın atası. əmisi oliqarxdır, atası, əmisi, bacısı akademikdir, bacısının uşaqları, öz uşaqları xırda yaşlarından böyük biznes  sahibidirlər. Və bütün bunlara hakimiyyətdən sui-istifadə nəticəsində yiyələniblər. İndi bu Mehriban xanım balaları erməni gülləsinə tuş gəlmiş analara Qarbağ torpağını öpməyi arzulayır…

Bəlkə özünüz gedib vuruşasınız? Özünüz alasınız və dodaq, yanaq, saç öpməkdən doymusunuzsa, ağzınızı söykəyin torpağa, ürəyiniz bulanana qədər öpün.

Milləti lağa qoyduğunuz bəsdir!

Millətin qanı həm də sizin ucbatınızdan axır!

O torpaqlar, o da siz! Hasara alın, tikanlı məftillə çəpərləyin, öpün, gözünüzə təpin…

Əlinizi millətdən çəkin!

Mirzə ƏLİL

30.09. 2020, Samara

Реклама

BABAOĞLU DEYİR Kİ, PREZİDENT BÜTÜN ELMLƏRİ BİLİR. YƏQİN ÖLÜ DİRİLTMƏK ELMİNDƏN BAŞQA…

Стандартный

“Azərbaycan” qəzetinin redaktoru Hikmət Baboğlunun bugünkü “açıqlanması”nı oxuyun, görörsiniz ki, bu cənab antimilli ünsürdür, ara qarışan kimi ölkəsini, millətini və hətta ailəsini də satar. Çünki ağbirçək vaxtında utanıb qızarmadan yalan danışan, abır-həya haqqında anlayış və təsəvvür sərhədlərində kənara çıxan yaltaqlıq edən insandan hər cür oğ… lənət şeytana… hər cür pis hərəkət gözləmək olar.

Millət, ayıq ol! İçində Hilmət Babaoğlu kimi ünsür var!

Hikmət Babaoğlu açıqlanmasını İlham Əliyevin ünvanına təriflərdən başlayır. Deyir ki, “ölkə başçımız bütün sahələr üzrə ensiklopedik biliklərə malikdir…”

Bunu oxuyanda yerimdən elə tullandım ki, boyumun balacalığına baxmayaraq başım tavana dəydi. Özümə gələndən sonra da hirsim soyumadı, başımı bu dəfə vurdum qapının tininə…

«Товарищ Сталин, ты большой ученый…»

Hər sahədə? Ensiklopedik biliklər?

Yalançının lap…

A kişi, nə dediyini başa düşürsən? Necə yəni “elmin hər sahəsində”? Aerodinamika? Optika? Nəzəri Mexanika? Qazın və mayenin mexanikası?Astrofizika? Nəzəri fizika?

Bəlkə qadın xıstəlikləri də?

Virusologiya? İxtiologiya?

A kişi, sabah-birgün ölüb gedəcəksən, niyə özünə hörmət qoymursan? Birdən sənin uşaqlarına, nəvələrinə səhrə yoldaşları dedilər: “Sizin atanız ya babanız çox binamus adamdır”. Hə? Deyərlər?

Sonra Babaoğlu keçir “erməni təxribatına”. Məmur, deputat  “erməni təxribatından” danışırsa, bilin ki, o, ermənilərin yox, kasıb kəndçi azərbaycalı yeniyetmələrin qanını soyuyub. Bu “təxribata” qarşı durmağa nə özü gedəcək, nə də balalarını göndərəcək.

“Azərbaycan” adında qəzet 1918-ci ildə yaranıb. O vaxtın  xadimlərini, jurnalistlərini yada salın. İndi  Azərbaycan “Yeni Azəraycana” çevrilib və görün nə günə qalıb. Jurnalist adını qarın otaranlar, yal mrağıyla gündəyməz yalayanlar daşıyırlar.

“Elmin bütün sahələrində ensiklopedik bilikləri olan” İlham Əliyev deyil, İnternetdir ki, onu da biz yaratmamışıq. Ölkə başçısından ensiklopedik biliklər tələb olunmur. Ölkə rəhbərindən siyasi iradə, tamahsızlığı, ictimai maraqları şəxisi marağından, ailə marağından üstün tutması, zamin olduğu qanuna özünün danışıqsız əməl etməyi və bu kimi xassələr tələb olunur. Bunlar, təəssüf ki, Azərbaycanın rəhbərində yoxdur. Ona görə də ətrafına Babaoğlu kimi əqidəsiz və qab dibi yalayan insanları yığılır ki, bu vacib xassəllərin olduğuna xalqı inandırsınlar…

Mirzə ƏLİL

20.09. 2020, Samara

«YANEYRƏM, A DAĞLAR!..» OXUYUR HİKMƏT HACIYEV

Стандартный

HİKMET_hACİYEV

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev hər gün açıqlama verir. Prezident  işə gələn kimi soruşur:

— Açıqlama vermisən?

— Vermişəm, əlahəzrət prezident. İkisini vermişəm.

— Get birini də ver. Nə qədər çox versən, o qədər yaxşıdır. Öyrəşikli olarsan.

Bu gün səhər tezdən Hikmət Hacıyev təzə açıqlama verib. Eşidib ki, Dağlıq Qarabağı Livan erməniləriylə doldururlar, şalvarını çəkə-çəkə qaçıb açıqlama verməyə. Deyib ki, Nürnberq belə, Cenervrə elə, cinayət məcəlləsinin filan maddəsi belə, filan maddəsi elə…

O qədər güldüm ki, yer axtardım açıqlama verməyə…

Nə Nürnberq, a kişi…

İkinci dünya müharibəsi 1939-da başlanıb, 45-də bitib. Cəmi altı ildən sonra.

Dağlıq Qarabağı ermənilər 1988-ci ildən ayırıblar. Otuz iki ildən çox keçir. Hesabı bilmirsən?

Nə məcəllə, nə maddə?

Bu, bilirsiniz nəyə bənzəyir? Quldur qaranlıq dalanda Kalaşnikov avtomatının lüləsini dayayıb sənin alnına, sən də ona deyirsən ki, məcəllə belə, maddə elə…

A kişi, güldürmə məni…

Elə ki, gördün açıqlama verməyin gəlir, öyrəşikli olmusan, gir bir xəlvət yerə, tullan prezident hovuzuna, suyun altında ver açıqlamanı. Heç kim eşitməsin.

Camaatı özünə güldürmə…

Mirzə ƏLİL

12. 09. 2020, Samara

TURAL GƏNCƏLİYEV MƏSƏLƏ QALDIRANDA OMBASI QIRILIB

Стандартный

Tural Gəncəliyev

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev AŞPA-da Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.

Bu, əlbəttə, çox ağır məsələdir və belə məsələni gərək köməkləşib qaldırasan. Bu zalım oğlu Gəncəliyev isə o qədər qoçaq və cəsur adamdır ki, məsələni tək qaldırıb. Və, təəsssüf ki, bədənində bir neçə qrıja (yırtıq) yaranıb, o cümlədən, qasıq yırtığı və onurğalar arasında iki yırtıq. İndi Gəncəliyev Avropada ambulator müalicə keçir və bir salyanlının dediyi kimi, özü üçün “kayflanır”.

Millət vəkilinin tezliklə sağalmasını arzulayırıq.

Tələqraf.com-a istinadla

Mirzə ƏLİL

08.09. 2020, Samara

YAQUBLU KİMİLƏRİN MÜSİBƏTİNİ GÖRƏN QARABAĞ ERMƏNİSİ AZƏRBAYCANA YAXIN DURARMI?

Стандартный

İlham Əliyev

Yaxşı yadımdadır, rəhmətlik Şeyx İzzətqulu Səlyani həmişə deyərdi ki, pulsuzluq qəbahət deyildir, təki güclü inamın olsun.

İş elə gətirib ki, mən həm pulsuzam, həm də heç nəyə inamım yoxdur. İnanmıram ki, Yer Günəşin başına fırlanır. İnanmıram ki, ildə üç yüz altmış beş ya üç yüz altış altı gün var, bilirəm ki, ya azdır, ya da çox, düzünü bizdən gizlədirlər. İnanmıram ki, çaylar dənizə axır, bilirəm ki, çay dənizə axmaz, dəniz çaya axar, necə ki, bu, Azərbaycanda sübut olundu.

İnanmadığım şeylər çoxdur. Sadalamaqla qurtarmaz. Lap vaciblərindən birini deyəcəyəm: mən Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıdacağına inanmıram. Salyanlılar demişkən, bir çıqqan da inanmıram. Buna inanmayan azərbaycanlıların sayı cəmi ikidir. Biri mənəm, ikicisi isə prezident İlham Əliyevdir.

Prezident İlham Əliyev boyda və çəkidə məndən çox-çox üstün olduğundan inamsızlığı da mənimkindən çoxdur. Yəni gecə arvadı İlham müəllimi yuxudan durğuzub soruşsa ki, İlhamçik, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıdacaq?”, İlham müəllim elə yuxulu-yuxulu, gözlərin açmadan deyər: “Ni v koyem sluçaye”. Yəni ki, arvad, başın xarab olub? Nə danışırsan? Hara qayıdır…

Elə inanmadığına görə İlham müəllim Azərbaycan vətəndaşlarına bu divanı tutur, başlarına bu müsibətləri gətirir.Götürək bu Tofiq Yaqublunu. Deyək ki, bu kişi lap doğrudan da qəza törədib və maşın sahibi ilə yaxalaşıb da. Buna düşsün cərimə ya on beş sutka həbs. Yoxsa 4 il üç ay türmə? Belə şeyləri görən Qarabağ ermənisi nə deyər? Deyər ki, mən Azərbaycanın tərkibinə qayıtsam, məndən maygülü, məndən oğraş adam yoxdur.

Əgər İlham müəllim Qarabağın qayıdacağına inansaydı, özünü yaxşı aparardı, yəni qanun-qayda sayardı, vətəndaşların başına bu oyunları gətirməzdi, ermənilərin də bəlkə rəğbətini qazanardı.

İnanmır!

Mən də inanmıram. Ancaq vətəndaşlarla bu rəftarın, hampazorluğun əleyhinəyəm. Mən etiraz edrəm. Mirzə Əlil etiraz edir!

Etiraz!

Mən zorla Azərbaycan şairi adlandırılan dahi həmvətənimiz Nizaminin adının hər hansı rayona verilməsinə etiraz edirəm! Tofiq Yaqublunu haqsız məhkum edəm məhkəmə Nizaminin yox, Hitlerin, Pinoçetin adını daşımalıdır! Nizamidən çirkin əllərinizi çəkin!

Ayıb olsun belə məhkəmələrə!

Ayıb olsun belə məhkəməli ölkəyə!

Azərbaycanda durumun dəyişəcəyinə inananlar var.

Mən buna inanmıram.

Oturumun dəyişəcəyinə inanıram. Yəni oturanlar artacaqlar.

Təəssüf ki, inandığım şey bircə budur…

Mirzə ƏLİL

03. 09. 2020, Samara

FƏZAİL AĞAMALI ALTINI DOLDURUB, KASIB UŞAQLARINI ÖLÜMƏ GÖNDƏRİR

Стандартный

fea

“Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq Rusiyanın hər hansı bir təpkisini, xahişini, təzyiqini nəzərə almadan sona qədər getməlidir”.

Bunu Fəzail Ağamalı deyib.  Fəzail Ağamalı, Dostoyevskinin ifadəsiylə desək, Azərbaycan həyatının ən rəzil, rüsvayçı zühurlarından biridir. Bu adam tamamilə qanunsuz və hampazorluqla qazandığı deputat səlahiyyətərindən istifadə edib altını dolduranlardandır. “Altını dolduran” deyəndə, əlbəttə, altını buladığını yox, sərvət yığdığını nəzərdə tuturam. “Azərbaycan ordusu sona qədər getməlidir” deyəndə bu şərəfsiz, şübhəsiz ki, özünü, yaxın adamlarını nəzərdə tutmur, çünki Fəzail Ağamalı nəinki Martuni və HadRut, hətta Şuşa və Ağdam uğrunda da ölmək istəmir, çünki öz altını doldurub, arvadının, uşaqlarının, nəvələrinin də altını doldurub, bu qədər varı yeməyə min il lazımdır və Şuşa uğrunda ölməklə bu məqsəd uyğun gəlmir.

Və əgər Fəzail Ağamalının, bu quldur yerazın Şuşadan ötrü ürəyi yanırsa, mən adımı dəyişib Mirzə Zəlil qoyaram. Möcüzə baş versə və rayonlardan qaytarılan olsa, Fəzail Ağamalı elə həmin gündən başlar orda ermənilərdənn qalanları talamağa.

Nəinki Fəzail Ağamalıda, bütün başqa oğru məmurlarda və deputatlarda bir qaram vətənpərvərliyin olduğuna inanmaq mümkün deyil. Vətənpərvər insan öz övladını kefə,  kasıbın uşağını ölümə göndərməz, xalqın malını, torpağını mənimsəməz. Bəlkə də xalq qalxıb Şuşanı alar, ancaq beə biqeyrət və oğru deputatlarsız və məmurlarsız.

Buna deyəsən ki, a vələdəzzina, sənə Martuni lazımdır? Niyə özün getmirsən, arvad-uşağın getmir, qohum-əqrəban getmir? Niyə sənin sərvətini artırmaq üçün lənkərənlı, salyanlı, lerikli, tərtərli, şamaxılı, qusarlı kasıbların uşaqları ölməlidirlər? Bəlkə Milli Məclisdə, Azərbaycanən bu ən pozğun guşəsində, öz övladlarınızdan ibarət bir taqım yaradıb göndərəsiniz Qarabağa?

Gərək ümidimizi üzməyək… Bəlkə elə gün gələcək ki, Fəzail Ağamalı və onun kimilər altlarını sözün tibbi-sanitariya mənasında dolduracaqlar…

Mirzə ƏLİL

01.09. 2020, Samara

FAZİL MUSTAFA HAÇAN QAN TÖKÜB, KİMİNİ ŞƏHİD VERİB?

Стандартный

fazil Mustafa

«Biz işğal altında olan torpaqlarımızı arzulayırıq, bunun üçün qan tökürük, şəhid veririk” – bunu növbəti qatıqlamasında Fazil Mustafa deyib.

”Biz?”

Bəlkə də Fazil Mustafa “torpaqlarımızı” arzulayır, bəlkə yuxusunda da görür. Ancaq Fazil Mustafanın vuruşduğundan, qan tökdüyündən kiminsə xəbəri var? Kimini şəhid verib?

Sonra “vəkil” Mustafa abidələrin yaxşı qorunmadığından danışır və bunun günahını Mədəniyyət nazirliyində görür. Çünki mədəniyyət nazirliyi indi gözdən düşüb, naziri çıxarıblar, bir-neçə işçi tutulub. Fazil Mustafada hünər yoxdur ki, nədəsə Daxili işlər nazirliyini, müdafiə nazirliyini,baş prokurorluğu,  prezident administrasiyasını günahlandırsın. Bilir ki, mələdərlər. Halbuki Bakıda qədim ağaclardan tutmuş iİçəri şəhərə qədər heç nəyi və heç yeri rəhbərliyin  razılığı olmadan xaraba qoya bilməzdilər.

Yox, bu qatıqlamaqda Fazil Mustafanın məqsədi abidələri qorumaq yox, başçıların, türkün məsəli, götünə girməkdir.

“İnsafən qeyd edək ki, Prezident səviyyəsində, birinci Vitse-prezident səviyyəsində abidələrin qorunmasına həssaslıq kifayət qədər yüksəkdir”.

Kifayət qədər! Yüksəkdir!

Əgər bu yaltaqlıq azərbaycanlıların təbii xassəsidirsə, onun xalqımızın qəhrəmanlıq keçmişi yoxdur və şanlı gələcəyi də ola bilməz!

Ümid edək ki, belələrinin zatında iş var və Azərbyacan xalqına aidlikləri şübhəlidir.

Əlimizdən ayrı nə gəlir…

Mirzə ƏLİL

18.08. 2020, Samara

YENİLƏMƏ:

“Yeni Sabah” qəzetinə verdiyi müsahibədə Fazil Mustafa deyir (15 sent. 2022):

«Mən erməni ilə ən yaxın səngərdə il yarım tağım komandiri kimi döyüş tapşırığı yerinə yetirəndə ağlıma gəlməzdi ki, bir gün hansısa sürü qarşıma dikilib utanmaz-utanmaz deyəcək ki, sən özün niyə Vətəni qorumursan?»» -.

İndi Vikipediyadakı məqaləyə baxın: Fazil Mustafa “1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb”.

İndi özünüz deyin: Bakıda aparatda şöbə müdiri işləyən bir adam eyni vaxtda cəbhədə döyüşə bilərdimi? Bu binamus adam ağ yalan demirmi?

Mirzə Əlil

15. 09. 2022, Samara

STİVEN SAKURUN İLHAM ƏLİYEVLƏ «ÇƏTİN SÖHBƏT»İ

Стандартный

1

Stiven Sakur yəqin dünyanın ən parlaq televiziya jurnalistlərindən biri ya birincisidir. Çox məlahətli bu insanın gözəl səsi və mükəmməl aktyorluq plastikası var və müsahibələrinin çoxunda studiyada yüksək keyfiyyətli dramatik tamaşa oynanılır. Mən onun Rusiya siyasətçiləriylə, İsrail trəhbərləriylə, ərəb liderləriylə, Afrika nazirləriylə müsahibələrini görmüşəm. “Hard talk” doğrudan da ağır, çətin söhbətdir, bəzən müsahibə verənlər studiyadan qaçmaq həddinə gəlirlər.

Mən Stiven Sakurun İlham Əliyevlə söhbətini təsəvvür etməyə çalışıram. Onun verə biləcəyi sualların siyahısını tuturam.

Niyə sizin parlamentə keçirilən seçkilər azad deyil və niyə onun qapısı müxalifətin üzünə bağlıdır? Müxaifə olmayan parlamenti demokratik institut saymaq olarmı?

— Niyə sizin arvadınız vitse-prezidentdir? Bu hansı demokratik normalara uyğundur? Bu, Azərbaycan xalqının hansı ənənəsinə uyğundur?

— Niyə bütün iri biznes ailənizin və sizin ailəyə yaxın adamların, nazirlərin, deputatların əlindədir? Nyə iqtisadiyyatın çox hissəsi kölgədədir və azad sahibkarlığın qarşısını niyə hakin rejimin yaratdığı inhisarçılıq alır?

— Niyə mətbuat azad deyil? Niyə özəl mətbuat orqanları reklamdan mərhumdur? Niyə müxalif siyasi qrupların mövqeyini işıqlandıran mətbuat orqanlarına həbslərlə, ağır cərimələrlə təzyiq göstərilr?

— Niyə bütün televiziya və radio hakim rejimin nəzarətindədir?

— Niyə ölkədə bu qədər dustaq var? Niyə gənc fəallar standart və standatrığı ilə də saxtalığı bilinən ittihamlarla həbs edilirlər?

-Niyə çoxsaylı bələdiyyə deputatlarından yalnız bir nəfər müstəqil namizəd olub və seçiləndən sonra onu da ağır təqibərə məruz qoyurlar?

-Nazirlərin, deputatların, dövlət qullquçuların ağlasığmaz sərvətləri hardandır?

— Xaricdə, o cümlədən Londonda sizin ailənizə məxsus əmlak hansı qazancla alınıb? Necə olur ki, sizin uşaqlarınız azyaşlı vaxtlarından iri bizneslərə sahib olurlar?

— Niyə Azəraycan vətəndaşları ölkədən gedirlər?

— Niyə bu qədər resursla Azərbaycan əhalisinin böyük əksəriyyəti kasıb yaşayır?

Təxminən bu sualların veriləcəyinə şübhə etmirəm. İlham Əliyevin necə cavab verəcəyini heç təsəvvür dıə etmək istəmirəm. Belə insanlar öz vətəndaıarının qınağından çəkinmədiyi kimi, özgə jurnalistlərin də suallarına burcutmaqla, irişməklə cavab verməyə hazırdırlar…

Məni Paşinyanla müsahibəyə Azərebaycan deputatlarının, jurnalistlərinin, politoloqların və bəzi başqa antimilli ünsürlərin reaksiyası maraqlandırır.

Sakur Paşinyana çətin suallar verib? Paşinyan narahatlıq keçirib? Gedin papağınızı atın göyə, atəşfəşanlıq edin, restoran bağlatdırın!

Kül sizin başınıza!

İndi Paşiunyan nə qayıracaq? Sizə işğaldakı torpaqlardan bir qarış qaytaracaq?

Bu deputatlar, politoloqlar, jurnalistlər, yəni antimilli ünsürlər gedib Ağdamın bizdə olan kəndlərinin birində dərindən gücənib erməni tərəfə… yaxşı, ədəbıi deyirəm: tüpürsələr, bəlkə də tüpürcəkləri gedib erməni əsgərinə çatar. Ay biqeyrətlər, bir hərəkətə gəlin, çətin sualları Paşinyana siz verməlisiniz. Çətin sualları Paşinyana yekəqarın generallar verməlidirlər. Topunuzun, tankınızın lüləsini uzadın, Paşinyanın qulağına çatdırın sualınız;.

Əgər sualınız varsa!

Stiven Sakur Britaniya jurnalistidir və öz işini yüksək peşəkarlıqla və artistizimlə görür. Siz isə daraşmısınız xalqın malına, doymadan yeyirsiniz və sual verməyə də qeyrətiiz çatmır.

Bizim antimilli ünsürələr Paşinyanın qolunda guya çox qiymətli saat görüblər.

Qoy Əliyev Paşinyandan bir balaca kənd ala bilsin, sonra qoluuna bir milyardlıq saaat bağlasın/

Yoxudursa, millət o saatın puluu yığıb bağışlayar. Paşinyanın biləyinə baxmayın, güzgü qabağında durub öz sifətinizə baxın. Diqqətlə baxın. Yaxşı baxsanız, bəlkə  özünüz də tüpürmək istərsiniz….

Mirzə ƏLİL
15. 08 2020 Samara

İŞQALDAN QURTARACAĞIQ. GEC-TEZ…

Стандартный

2

Nəhayət, Azərbaycan xalqı otuz ilin nigarançılığından qurtardı. Allah təzə nazir Ceyhun Bayramovun canını sağ , gəlirini çox eləsin. Amerikada Məmmədyarovdan da yaxşı evlər alsın. Halaldır!

Nəhayət, bildik ki, Azərbaycan ərazisi işğaldan nə vaxt qurtaracaq. Əlbəttə, biz həmişə bilirdik ki, qurtaracaq, ancaq vaxtını bilmirdik. Köhnə nazır heç vaxt konkret bir vaxt demirdi. Elə rusca deyirdi ki, qurtaracaq. Qalırdın içini yeyə-yeyə. Çox insan elə içini yeməkdən ölüb getdi…

İndi, nəhayət, Ceyhun Bayramov işğalın sonunun konkret vaxtını deyib. Açıq, gizlətmədən, qorxmadan deyib ki, “gec-tez”.

Allah ölənlərinə rəhmət eləsin, ay nazir! Bizi intizardan qurtardın! Vərəmləmişdik, çərləmişdik. Heç kim xalqa dəqiq bir vaxt demirdi. İndi bildik, ürəyimiz sakit oldu, indi daha rahat yeyib-içə bilərik.

Gec-tez!

Deyirlər ki, prezident Məmmədyarovu işdən çıxaranda nazir vızifəsinə on beş-iyirmi namizəd olub. İlham Əliyev hamısına bir sual verib: işqal nə vaxt qurtaracaq? Biri deyib beş ildən sonra, biri deyib əlli ildən sonra, biri deyib yüz ildən sonra. Ceyhun Bayramov deyib “gec-tez”

Prezident deyib “afərin”! «Səni qoyuram nazir!»

Ümumiyyətlə, bizim prezidentin kadr seçiminin analoqu yoxdur. Bir dəfə də səhv eləməyib. Çünki işə qoyanda sual verir.

Ceyhun Bayramovun cavabı nəinki prezidenti, hətta bütün Azərbaycan xalqını razı saldı.

İndi Mirzə Əlil oturub öz-özünə zümzümə də edir:

«Gec-tez tez… Tez-gec-gec… Ay balam…”

Mirzə ƏLİL

08. 08. 20, Samara

ERMƏNİ BİZİ MƏLƏDİR, BİZ AMERİKALINI, AVROPALINI İŞƏDİRİK. GÜLMƏKDƏN…

Стандартный

2

Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində keçirdiyi aksiyalar mənə səyyar sirk tamaşalarını xatırladır. Bircə şeyi başa düşmürəm: niyə mənim həmvətənlərim onlara tamaşa edənərdən pul yığmırlar. Axı Puşkin özü deyib ki, sənət satılmır, ancaq tamaşaya bilet satmaq olar və lazımdır da.

Mən yüz faiz arxayınam ki, məsələn, kanadalılar məsələnin nə yerdə olduğunu başa düşsələr, gülməkdən qəşş edəcəklər ə daha “Günəş sirki”nə gedən olmayacaq, elə bizim millətdən xahiş edəcəklər ki, küçəbəküçə gəzib onlara kef versinlər.

Özünüz baxın: azərbaycanlılar böyürə-böyürə düşüblər Los Ancelesin, Vankuverin, Prahanın, Belinin küçələrinə ki, dədəm vay, ermənilər bizi mələdir. Ancaq o şəhərlərin ölkələri bilsələr ki, Azərbaycanın əhalisi Ermənistanın əhalisindən üç yarıım dəfə çoxdur, qəhqəhə çəkəcəklər. Biləndə ki, Stokholm tədqiqat institutunun (SİPRL) məlumatına görə 2009-cu ildən 2018-ci illər arasında Azərbaycanın hərbi xərcləri 24 milyard dollar, Ermənistanın hərbi xərcləri 4 milyard dollar təşkil edib, gülməkdən yıxılacaqlar. Biləndə ki, “2016-cı ildə İlham Əliyev deyib  Azərbaycan İsraildən 4,85 milyar dollarlıq silah alıb.İsrailin silah ixracının 17 faizi Azərbaycanın payına düşür”. – qəşş edəcəklər…

Hələ onlar bizim generalları görməyiblər! Yoğun boyunlarından gündəyməzlərinə qədər orden və medal asmış generalları! Əslində gərək dünya şəhərlərinin küşələrində aksiyaları o generallar keçirəydilər, o generallar yoğun qarınlarını tuta-tuta, orden-medallarının cingiltisi şəhəri başına götürə-götürə küçəbəküçə qaçaydılar!

Ah, pandemiyadan yorulmuş amerikalılar, kanadalılar, avropalılar necə də məzələnərdilər…

Hələ onlara silahların siyahısını göstərin, gülməkdən şortlarına işəyərlər:

 

Tanklar: Az-314-750; Erm.: 100-166

Zirehli maşınlar. Az.: 1100-1500; Erm.: 140-636

Artil.: Az.: 240-469: Erm.: 150-240

Döyüş vertolyotları. Az.: 18-84;  Erm.: 15

 

Belə-belə işlər…

Təəssüf ki, başqa ölkələrdə “xalq artisti”, “Əməkdar artist”, “xalq şairi” kimi adlar yoxdur. Yoxsa bizim çoxlu həmətənimiz indi Kanadanın, Amerikanın, Çexiyaın, Almaniyanın xalq artisti, əməkdar artisti olardı…

Ermənilər nə qədər ki, bizi mələdiblər, biz də amerikalıları, avropalıları işədəcəyik…

Gülməkdən…

 

Mirzə ƏLİL

26.07.2020, Samara