Tag Archives: Qarabağda döyüşlər

«Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub» — Baş Prokurorluq

Стандартный

1602387231_GM

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

https://www.unikal.org/news/262235/ermenistanin-genceni-atese-tutmasi-neticesinde-5-nefer-helak-olub-bas-prokurorluq

«ELMAN MƏMMƏDOV XOCALIDA ALDIĞI AĞIR YARALARDAN VƏFAT EDİB»

Стандартный

Elman_Məmmədov

Hamımız bilirik ki, indiyəcən başqa ölkələrdə Xocalı qırğınına şübhə edənlər var. Bunun səbəbi təkcə daşı, dəmiri dələn erməni yalanları deyil. Bu şübhənin ən ciddi səbəblərindən biri millət vəkili Elman Məmmədovdur. Bəli, Xocalı şəhərinin sonuncu başçısı olmuş Elman Məmmədov.

Tutaq ki, ingilis jurnalisti erməniyə deyir ki, siz Xocalı əhalisini qırmısınız. O da katalikosun papağına and içir ki, bir nəfər də adam öldürməmişik. İnanmırsınız, baxın Elman Məmmədova. Şəhərin başçısı olub. Əgər ermənilər əhalini qırsaydılar, başçı birincilər sırasında ölərdi. Ancaq Elman Məmmədovun yumşaq yeri də cızılmayıb. İndi  də qıpqırmızıdır, eston cöngəsi kimidir.

Bu, ingilis jurnalistinin ağlına batır. Çünki alman faşistləri Britaniyaya girə bilsəydilər, tutduqları şəhərdə başçını hamıdan qabaq öldürərdilər. Xocalının başçısı top kimidirsə, bəlkə heç qırğın-zad da olmayıb…

Bu vələdəzzina Elman da çıxıb demir ki, ay ingilis, ay fransız, qırğın olub, ancaq mən orda olmamışam. Qaçmışam…

Bu adamı sonralar dama salmasaydılar da, gərək adam içinə çıxmağa qoymayaydılar. Rəsmi xəbər yayaydılar ki, “Elman Məmmədov Xocalı qırğınında aldığı ağır yaralardan ölüb”. Özünə də plastik əməliyyat edib çevirəydilərr arvada ki, heç kim tanımasın.

Eləməyiblər. Bu adam otuz ildir ki, xəzinədən bir ətək pul alır, yağ içində böyrək kimidir, deputatdır, yeyib-içməkdən kərgədana dönüb.  İndi bu adam utanmaz-utanmaz hər gün qəzetlərə “açıqlama” verir, Qarabağda gedən döyüşləri şərh edir…

Mənim Bakıda bir tanışım var. Mənə telefonla deyir ki, Mirzə, o açıqlamaların qəzetə çıxarılmayan yerləri var. Məsələn, jurnalist Elman Məmmədovdan soruşub ki. Xocalı alınsa, ora qayıdacaqsınızmı? Elman Məmmədov əlini qulağınaın dalına qoyb oxuyub:

“Yox, Bakıya ciddi alışmışam mən,
Bir də qayıtsam ora – oğraşam mən…”

Mirzə ƏLİL

08. 10. 2020, Samara

QURBAN MƏMMƏDOV: «SEVGİ SEVƏN MƏRD OLAR…»

Стандартный

qurban_mmmc999dov-2

Azərbaycan ordusunun işğalçılara qarşı mübarizəsi öz bəhrəsini verməkdədir. Bir vaxt yunanlarda Erosun oxu bir insanda başqa bir insana eşq oyadırdı, indi Qarabağda atılan toplar və başqa silah növlərindən açılan atəşlər zamanımızın ən böyük, ən çılğın eşqini oyadıb: Qurban Məmmədov İlham Əliyevi sevib! Qurban Məmmədov İlham Əliyevi sevən kimi  görüb Heydər Əliyevi də sevir, heydərizmi də sevir. Londondakı Azərbaycan diasporu qarşısında Qurban Məmmədov artıq iki məruzə edib: “Marksizim və Heydərizm”, “Leninizm və Heydərizm”. Qurban Məmmədov başqa ölkələrə də gedib heydərizmi təbliğ etmək fikrindədir, ancaq Britaniyanı tərk etməyə qorxur, çünki İlham Əliyev onu İnterpolla axtarışa verib. Bəli, bu eşq faciəli eşqdir, çünki Qurban Məmmədov İlham Əliyevi dəlicəsinə sevir, ancaq İlham Əliyevin ağlı başındadır, necə deyərlər, pulu da lazımı yerlərdə, Qurban Məmmədovu da sevmir. Ancaq Qurban Məmmədov İlham Əliyevin ürəyinə yol tapmaq üçün illərlə gözləməyə, hətta Afriikaya gedib heydərizmi təbliğ etməyə hazırdır. Ancaq bilir ki, İlham Əliyevin əli uzundur, Afrikadakı adamyeyənlərlə də Moskvada diplomatiya akademiyasında bir yerdə oxuyub, hamısı ilə dostdur, kimi istəsə, ya tutub verəcəklər, ya da bişirib yeyəcəklər…

Nə gizlədək, Qurban Məmmədov eşq odu ilə yansa da, adamyeyənlərin tonqalında yanmağa ürək eləmir…

Ancaq ümidini  də itirmir. İndi Mehriban Əliyevanı da sevməyə başlayıb. Gündən-günə məhəbbəti artır. Mehriban xanımın babası Mir Cəlalın “Bir gəncin manifestini” oxuyur. Hətta kitabı xarici dilə tərcümə də eləmək istəyir. Ancaq təəssüf ki, Qurban Məmmədov xarici dilləri bilmir, ancaq daxili dil bilir…

Kor ərəb burda demişdi: “Məhəbbət, ah, məhəbbət…”

Şekspir isə demişdi: dünyada bu eşq əhvalatından qəmli hekayə yoxdur…

Mirzə ƏLİL

03. 10. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: SİNAN MƏMMƏDOV

Стандартный

Sinan_Məmmədov

Sinan Məhəmməd oğlu Məmmədov 27 sentyabr 2020-ci ildə Azərbaycan ərazisinin işğaldan azad edilməsi uğrunda başlanan döyüşlərdə həlak olub. BakuNEW saytının məlumatına görə, Sinan ailənin yeganə oğlu imiş.

Allah rəhmət eləsin!

BURBON MƏMMƏDOV: AZERDURDOM TV EFİRDƏDİR!

Стандартный

qurban_məmmədov

Burbon MƏMMƏDOV:  Salam, mənim əziz həmvətənlərim! Azerdurdom TV efirdədir. Eşq olsun Rəcəb Teyib Ərdoğana! İlham Əliyevə ar olsun! Deyəsən, bizə Rusiyanın Kislovodsk şəəhərindən zəng edən var. Buyurun, Əhməd bəy!

ƏHMƏD: Burbon bəy, mən bir az içkiliyəm, proşu proşeniya. Ancaq mən Azərbaycana gedib canımı qurban verməyə hazıram. Zakir Həsənov yol pulumu versin, gedirəm.

Burbon MƏMMƏDOV: O boynunu qucaqlayan arvad kimdir? Rusdur?

ƏHMƏD: Yox, Burbon bəy, urus bizim düşmənimizdir. Bu arvad mordovkadır. Anam-bacım olsun, çox şirin arvaddır.

Burbon MƏMMƏDOV: O da səninlə gedir cəbhəyə?

ƏHMƏD: Niyə getmir, Burbon bəy. Gülə-gülə gedəcək. Orda mənim yaramı sarıyacaq dana. Burbon bəy, vururam sənin sağlığına!

Burbon Məmmədov: Vur, qadan alım! Eşq olsun! Görürsünüzmü, mənim əziz həmvətənlərim, mordovka türk oğluna qoşulub Qarabağa gedir. Eşq olsun. Daha bir zəngimiz var. Samaradandır. Buyurun, Afa bəy!

AFA: Burbon bəy, Samarada yaşayan azərbaycanlılar Azerdurdom ailəsini salamlayırlar! Bizim də ürəyimiz Qarabağda döyüşən əsgərlərin yanındadır.

Burbon MƏMMƏDOV: Bəs sənin yanındakı kimdir? Dizinin üstündə oturub. Bu da mordovkadır?

AFA: Burbon bəy, bu, xalis türk arvadıdır. Çuvaşkadır. Mənim satıcımdır. Məni hər yerdə dəstəkləyir.

Burbon MƏMMƏDOV: Yaxşı dəstəkləyir, görürəm əli hardadır… Eşq olsun! Əziz həmvətənlərim, Moskvadan zəng var, daimi izləyicimizdən. Buyurun, Qafar bəy!

QAFAR: Burbon bəy, mən Azerdurdom ailəsini Pud sitidən salamlayıram. Burda biz hamımız Azərbaycan ordusunu dəstəkləyirik.

Burbon MƏMMƏDOV: Eşq olsun! Bizi də dəstəkləyin! Azerdurdom ailəsi Qarabağ uğrunda Azərbaycan ordusundan da fəal vuruşur. Sizin malıiyyə dəstəyinizə ehtiyacımız var. Qafar bəy, görürəm tək deyilsiniz, yeyib-içirsiniz. O yekəburun kişi gözümə şirin gəlir. Kimdir o? Bayaqdan onunla qızğınlıqla öpüşürsünüz.

QAFAR: Burbon bəy, bu bizim erməni dostumuz Xaçaturdur. Sizdən yaxşı olmasın, yaxşı oğlandır. Bayaqdan neçə dəfə bizə qoşulub Azərbaycan ordusunun sağlığına içib. Biz də iki dəfə erməni ordusunun sağlığına içmişik. Əlahəzrət İlham Əliyein dediyi kimi, gərək tolerant olaq.

Burbon MƏMMƏDOV: Eşq olsun! Xaçatura salamlar! Əziz Həmvətənlər! Bizə Moskvadan zəng var. Rusiyanın paytaxtından bizə Hacı Seyidağa qoşulur. Seyid! Cəddin ordumuza kömək olsun. Buyur, sözünü de!

Hacı: Qurban bəy, ağzım söz tutmur, stress keçirirəm, gözümün yaşını saxlaya bilmirəm.

Burbon Məmmədov: Seyid, hamımız ağlayırıq, biz indi sevinc yaşları axıdırıq.

HACI: Qurban bəy, mən sevincdən ağlamıram, dərddən ağlayıram.

Burbon MƏMMƏDOV: Niyə, ay Seyid, ordumuzun qələbəsinə sevinmirsən?

HACI: Qurban bəy, mən ordu hayında deyiləm. Padruqam məni qoyub qaçıb.

Burbon MƏMMƏDOV: Nə padruqa, a kişi? Biz nə haydayıq, sən nə haydasan? Hara qaçıb?

HACI: Müharibə başlayan kimi nə yolnansa sərhədi keçib, gedib vuruşmağa. Məni buraxmırlar. Qurban bəy, məni sərhəddən keçir, mən o arvadsız qala bilmərəm..

Burbon MƏMMƏDOV: Mən səni necə keçirim a kişi? Mən İlham Əliyyevlə qanlı-bıçaqlıyam. O mənim evimi dağıdıb, bilmirsən? Sənə öz cəddinə and verirəm, İlham Əliyevi mənə söydürmə!

HACI: Qurban bəy, burda Əliyelik bir iş yoxdur. Mənim padruqam Ermənistana qaçıb.

Burbon MƏMMƏDOV: Ermənistan nədir, a kişi? Azərbaycanlı arvad gedib ermənilərin tərəfində vuruşsun?

HACI: Sən məni düz başa düşmədin, Qurban bəy. Mənim padruqam ermənidir…

Burbon MƏMMƏDOV: Mən doğrudan da başa düşmədim. Sən gedirsən Ermənistana arvadın dalınca?

HACI: Gedirəm, Qurban bəy. Mən Kərəm kimi yanıram…

Burbon MƏMMƏDOV: Seyid, sənin yanan yerini mən… Hörmətli izləyicilər, uşaqları ekrandan uzaqlaşdırın, mənim bu Hacıya beş-altı kəlmə yaxşı sözüm var…

Mirzə ƏLİL

29. 09. 2020, Samara

«SATDILAR, YEDİLƏR…» QARABAĞIN SATILMAQLIĞI

Стандартный

İlham_Əliyev

Əlahəzrət İlham Əliyev Qarabağı həmişə sülh yolu ilə qaytarmaq istəyirdi. Əvvəllər Sarqsyanla, sonra da Paşinyanla görüşəndə gülümsünüb deyirdi:

— Kirvə, bizim Qarabağı qaytarın, pliz!

Kirvələr də deyirdilər:

— Əlahəzrət İlham bəy, erməni xalqı Qarabağı pulla alıb. Qoy Xalq cəbhəsi, Müsavat erməni xalqının pulunu qaytarsın, erməni xalqı da Qarabağdan çıxıb getsin ayrı yerə.

Əlhahəzrət İlham müəllim də çağırır antimilli ünsürlər Əli Kərimlini, İsa Qəmbəri. Deyir ki, siz Qarabağı ermənilərə satmısınız, indi o pulu verin mənə, mən onu qaytarım ermənilərə, ermənilər də Qarabağdan çıxsınlar. Özü də antimilli ünsürlərlə əlahəzrət çox hörmətlə danışır. Deyir : «Pliz!» Yəni «pojalusta!»

Əli Kərimli və İsa Qəmbər boyunlarına alırlar ki, doğrudan da Qarabağı satıblar, ancaq pulun yarısını xərcləyiblər, yarısını da veriblər Qurban Məmmədova ki, tutulsalar, onlara vəkllik eləsin. Əlahəzrət İlham müəllim deyir ki, neynək, yarısını özüm düzəldərəm, nəvələrimdən istəyərəm. Əmr verir ki, gedib Qurban Məmmədovun evini axtarsınlar. Bir dəstə adam balta, külüng götürüb gəlir Qurban Məmmədovun evinə, bütün beş mərtəbəini nə qədər dağıdırlarsa da, pulu tapmırlar. Məlum olur ki, Qurban Məmmədov Qarabağın pulunun yarısını Londina qaçanda, ayıb olmasın, gündəyməz yerinə doldurub aparıb…

Əlahəzrət İlham müəllim görür ki, ermənilərin pulunu qaytara bilməyəcək, çünki Əlahəzrət İlham müəllim kasıb adamdır, gözü maaşa baxır, onun da çoxunu verir Məhərrəm Əliyev kimi naxçıvanlı kasıb-kusuba…

Ona görə də Əlahəzrət İlham müəllim məcbur olur Qarabağı müharibə yolu ilə alsın. Çünki böyük Azərbaycan mütəfəkkiri Mir Cəlal Paşayev deyib ki, pulun yoxdursa, müharubə elə. Ulu öndər Heydər Əlyev isə deyib ki… Yadımdan çıxdı nə deyib… Hə, yadıma düşdü. Deyib “sevgi sevən mərd olar…”

Yəni Qarabağ müharibəsi belə başlandı. Əli Kərimli və İsa Qəmbər buna günahkardırlar. Antimilli ünsür Qurban Mənmmədov da həmçinin.

Əlimi “Bir gəncin maniufesti”nə basıb and içirəm…

Mirzə ƏLİL

28. 09. 2020, Samara

%d такие блоггеры, как: