
“Bu gün hamımızın ürəyi Ordumuzun yanındadır”.
Bunu Sahibə Qafarova deyib. Milli Məclisin sədri.
Sual: orduda kim səni tanıyır? Yəqin ki, heç kim. Səni əsgərlər, əsgərlərin valideynləri seçməyiblər. Səni heç kim seçməyib. Səni təyin ediblər. Deputat yerini də, spiker yerini də qanunsuz tutursan.
İşlədiyin yer – Slavyan universiti, lap əvvəlləri deyə bilmərəm, yetmişinci illərin əvvəllərindən, Xarici dillər institutundan ayrılandan ən pozğun yer olub. Bu institutda rus dili və ədəbiyyatı müəllimi diplomu alan müəllimlərin əksəriyyəti rus dilini düz-əməlli bilməyib. Ona görə 10-11 il ərzində həhtədə 2-6 saat rus dili dərsi keçən azərbaycanlı uşaqlar bu dildə ən sadə cümlə qurmağı da bacarmayıblar və Rusiyaya gedəndə başları aşağı olub. Necə olur ki, belə pozğun yerdə işləmiş adamI deputat və hətta spiker təyin edirlər?
Sənin ürəyin ordunun nəyinə lazımdır? Mal-heyvan ürəyi olsaydı, yeyilərdi. Bəs sənin ürəyin?
İki gün bundan qabağa qədər Salyana on meyit gətirmişdilər. Əldəqayırma general Vaqif Axundovun deputat təyin etdiyi Jalə Əhmədova o şəhidlərin yaxınlarına nə deyə bilər? Bu ekstravaqant və adekvatlığı şübhə doğuran Jalə sağ əsgərlərə nə deyə bilər? Əsgər ondan soruşa bilər: “Xalaşka, sən kimsən və necə deputat olmusan?”
Ümummilli Azərbaycan dəlisi Siyavuş Novruzov Rusiya azərbaycanlılarına vətənpərpərlik və ağıl öyrədir. Deyir ki, gərək tez-tez televiziyaya çıxalar.
Yaxşı, deyk ki, bz də içimizdən Siyavuş kimiləri deputat seçib çıxardıq Rusiya kanalına. Siyavuş kimi adamlara baxan ruslar Azərbaycan milləti haqqında nə düşünərlər?
Bu maygülülər özgə dövlətlərdə yaşayanlara, hətta o dövlətlərin özünə tövsiyə və hətta buyuruq da verirlər. Rusiya televiziyası? Bəs Azərbaycan televiziyası? Bizi öz millətimizin televiziyasına buraxarlar? Azərbaycan televiziyasında İsa Qəmbər haçan çıxış edib? Bəs Əli Kərimli? Xədicə İsmayıl? Öz vətəndaşlarıyla hərbi əsir kimi rəftar edən boynuyoğunlar!
Bu Siyavuş kimilər, Fəzail kimilər, Aqil Abbas kimilər gərək otuz ildən bəri xalq xəzinəsindən basıb yediklərini qanla qusalar. Bunlar hələ xalqa ağıl öyrədirlər, vətənpərpərlik dərsi keçirlər.
Azərbaycanda parlament yoxdur. Ağlı başında olna hər kəs bunu bilir. Millət vəkili adını daşıyan arvadlar və kişilər deputat yerini qanunsuz tuturlar, ermənilərin Zəngilanı ya Şuşan tutduqları kimi. Ona görə də gec-tez onlar da xoşluqla getməlidirlər. Hələlik nə qədər ki, oturublar, ağızlarına su alıb sussalar yaxşıdır. Çünki bu işğalçı deputatların hər bəyənatı vuruşan orduya təhqirdir.
Mirzə ƏLİL
02. 10. 2020, Samara
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.