Tag Archives: qarabağ döyüşləri

İLHAM ƏLİYEV YENƏ DEDİ «OCAQQULUNUN AXSAQ QATIRI…»

Стандартный

İlham_Əliyev 2

Böyük istedadla doğulmuş, ilk gəncliyində qüdrətli şeirlər yazmış Cəfər Cabbarlı, təəssüf ki, bolşeviklərin felinə düşmüş, sol ekstremistə çevrilmişdir. Bu, sovet mövzusunda yazdığı pyeslərdə, o cümlədən “Almaz”da yaxşı görünür. Ancq bu əsrələrdə də kompozosiya, dil, dialoq məziyyətləri var. Bir vaxtlar, “Almaz”ın teatrlarda daim oynanıldığıı və teleiziya ilə göstərildiyi günlərdə, bu pyesdəki “Ocaqqulunun axsaq qatırı kimi ifadəsi” xalq dilinə keçmişdi. Dramda müxtəlif personajlar bu ifadə ilə Kərbalayı Ocaquluya sataşır, Ocaqqulunu cin atına mindirirdilər. «Qatırı axsaq olanın atasına lənət, cədd-əqrəbasına lənət, sonra da yalan deyənə!” – Ocaqqulu deyiridi.

Xalq cəbhəsi və Müsavat, onların bir ildən az çəkən idarəçiliyi də İlham Əliyev üçün Ocaqqulunun axsaq qatırına çevrilib, yeri gəldi-gəlmədi, bütün olan və olmayan günahları cəbhəçilərin boynuna yıxır. Ümid var idi ki, “vətən mühairbəsi”ndən sonra prezident özünü ələ alar, cəbhəçiləri təhqirdən çəkinər, çünki şəhidlər arasında Xalq Cəbhəsinin, Müsavatın da üzvləri var.

Yox, prezident özünü ələ almır, çəkinmir. Yenə Ocaqqulunun axsaq qatırı…

Yenə cəbhə-müsavat cütlüyü Qarabağı satıb…

Bəs Surət Hüseynovla çaşqa-loşqalıq eləyən kim idi? Əlikramı kim fitvaladı?

Rayonların çoxu kimin vaxtında getdi?

İlham Əliyevdə Azərbaycanın azad fikirli vətəndaşlarına nifrət erməniyə nifrətdən güclüdür. Buna mənim şübhəm yoxdur. Bu, ağır təəssüf doğuran faktdır və Azərbaycan xalqının ən azağı yaxın illərdəki həyatına bu faktın çox ciddi təsiri olacaq…

“Ocaqqulunun axsaq qatırı…”

“Qatırı axsaq olanın…”

İlham Əliyev əyninə marşal paltarı geyib, elə bilir ki, “Bayraktar”dır…

Yox, a kişi, sən “Bayraktar” deyilsən…

Özünü ələ al…

Mirzə  ƏLİL

17. 11. 200, Samara

ƏLİYEV PAŞİNYANA: DOLMA İŞİNƏ İNDİ PUTİN BAXIR…

Стандартный

dolma paş

PAŞİNYAN: Allo! İlham məllim, mən çox üzr istəyirəm ki, sizi narahat edirəm…

ƏLİYEV: Mən sənin üzrünü qəbul edə də bilərəm, etməyə də bilərəm, çünki mən təzə format yaratmışam. Nida işarəsi!

PAŞİNYAN: Əlbəttə, İlham məllimi, min faiz haqlısınız. Sizdən bir xahişimiz var. Kəlbəcərdən çıxmağa bizə bir az möhlət verin. Çatdırmırıq…

ƏLİYEV: Evləri yandırıb qurtara bilmirsiniz? Mən sizə benzin verərəm.

PAŞİBYAN: İlham məllim, siz bizə benzini necə verərsiniz? Siz hələ Kəlbəcərə girməmisiniz? Benzini yoldaş Muradov kirvədən alırıq, benzin çoxdur. Biz istəyirik ki, elə burda ikən sizin doğum gününüzü qeyd edək. Bu, mənim xalqımın arzusudur.

ƏLİYEV: Mənim doğum günümü öz xalqım qeyd edəcək. 60 metrlik tort hazırlanır.Yumurta tədarükünü artıq zəfərlə başa çatdırmışıq…

PAŞİNYAN: Çox gözəl. Biz də istəyirik bir ton dolma bişirib 60 metrlik ipə düzək.

ƏLİYEV: Mənə erməni dolması lazım deyil. Nida işarəsi!

PAŞİNYAN: İlham məllim, biz üeməni dolması bişirməyəcəyik, biz Azərbaycan dolması bişirəcəyik. Vallah, o qədər dadlı olacaq ki, dörd-beşini yeyəndən sonra özünüz ermənilərdən xahiş edəcəksiniz ki, ermənilər Kəlbəcərdən getməsinlər…

ƏLİYEV: Mən gərək bunu müzakirə edəm…

PAŞİNYAN: Mehriban xanımla? O etiraz eləməz…

ƏLİYEV: Yox, Mehriban xanımla yox… Vladimir Vladimiroviçlə. Dolma işinə indi Putin baxır…

Mirzə ƏLİL

15. 11. 2020, Samara

ƏNLİK-KİRŞAN YAXIB BELƏ İRİŞƏN ADAMDA FİKİR OLMAZ, REFLEKS, İNSTİNKT OLA BİLƏR…

Стандартный

Mənsum İbrahimov

Bu, Mənsum İbrahimovdur. Baxın bunun irişməyinə, ənlik-kirşanına. «Gecə xanımları»na bənzəyir?

Ömrü boyu ənlik-kirşan yaxıb irişə-irişə “aman-aman” deməklə pul qazanır. Hərbdən, savaşdan uzaqdır, ancaq bilir ki, Milli Qəhrəman adını kimə vermək lazımdır. Təklifini verib. Onun təklifini Qafqaz.info “fikir” adlandırır. Yəni fikrini deyib.

A kişi, nə fikir? Bu adamda ənlik-kirşan görünür, irişməyi bilinir, ancaq fikir görünmür. Bu adam haçan əlinə kitab alıb oxuyub ki, fikri də ola? Bu insanda ancaq feflekslər və instinktlər  ola bilər. Və vaxtında duyar ki, kimin harasına girmək lazımdır, kimin dalını, kimin qabağını yalamaq lazımdır…

Belə şərəfsizlərin gərək hərəsinə bir əsgər təhkim edəsən, avtomatı söykəyələr bunların ağzına, qoymayalar sarsaqlamağa…

Mirzə Əlil

14. 11. 2020, Samara

FƏHLƏ-KƏNDLİ ORDUSUNUN QƏLƏBƏSİNİ ALİ BAŞ TVİTKOM …OXA DÖNDƏRDİ…

Стандартный

2

Qarabağda indi baş verənləri öyrəndikcə görürsən ki, müharibənin nəticəsi nə qələbədir, nə də sülhdür. Bu, haçansa başlanacaq yeni müharibə ərəfəsində ermənilər üçün zəruri pauzadır, nəfəsdərmədir. Qarabağın paytaxtında ləzgi general və rus qoşunu, ermənilər Stepanakertə qayıdır və revanşdan danışırlar. Dünən deyirdilər ki, Ermənistanla təzə yol Şuşadan keçməyəcək, bu gün deyirlər ki, Şuşadan keçəcək. İndi şəhid olmuş, ağır yaralar və zədələr almış əsgərlərin övladlarının  və yaxınlarının yeni müharibənin iştirakçılarına və qurbanlarına çevriləcəyi ehtimalı böyükdür.

Fəhlə-kəndli ordusunun ağır məşəqqətlər və və fövqəladə şücaətlər hesabına və Türkiyənin böyük yardımıyla qazandığı qələbəni Ali Baş Tvitkom …poxa döndərdi…

Uzun illər ərzində Azərbaycanı dünyanın ən korrupsioner ölkələrindən birinə çevirmiş, əhalini ofisiantlarla, mal-qoyun oğrularıyla idarə edən adamdan ayrı nə gözləmək olardı?

Mirzə Əlil

14. 11. 2020, Samara

ŞƏHİDLƏRİMİZ: YARDIMLILI ZAHİD ZAİRLİ

Стандартный
ŞƏHİDLƏRİMİZ: YARDIMLILI ZAHİD ZAİRLİ

Zahid_Zairli

Yardımlı rayonunun Dəlləkli kəndindən  Zahid Zairli. Azərbaycan ərazisinin erməni işğalından azad ediməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: MİNGƏÇEVİRLİ YUSİF CƏFƏROV

Стандартный
ŞƏHİDLƏRİMİZ: MİNGƏÇEVİRLİ YUSİF CƏFƏROV

Yusif Cəfərov

Yusif Cəfərov — Mingəçevir Dövlət Universitetinin  məzunu. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda 27 sentyabr 2020-ci ildə başlanan döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

PEYSƏRLƏR: AQİL ABBASIN PEYSƏRİ

Стандартный

aqil_abbas 2

Məmməd Arazın qızını alıb deputatlıq zirvəsinə dırmaşmış və otuz ildir peysər, qarın, dal yağladıb yekəldən Aqil Abbas təklif edib ki, hərbçilər pensiyaya çıxandan sonra ictimai nəqliyyatdan pulsuz istifadə etsinlər.

Təsəvvür edirsiniz? Bu oğraşın vətəni Ağdamı qanı bahasına almış mayor ya polkovnik avtobusda utana-utana şoferə deyir: “Mənim pulumu veriblər”. Şofer də cin atına minir: “Kim verib sənin pulunu?” “Aqil Abbas verib, millət vəkili…” Şofer daha da cinlənir: “Mən o Aqil Abbasın lap var… Mən o millət vəkillərinin…”

Aqil Abbas, bu peysər, haçan ictimai nəqliyyatda gedib? Bu köpəkoğlunun maşını bir olmaz, bir neçə olar…

Peysər yağlananda belə olur. Peysər sahibi elə qudurur ki, onun kimi şərəfsizlərin yerinə sağlamlığını, həyatını verən insanlara dilənçi payı uzadır…

Mirzə ƏLİL

06. 11.2020, Samara

ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI ELNUR TALIBOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: LƏNKƏRANLI ELNUR TALIBOV

Elnur Talıbov

Lənkəranlı Elnur Talıbov. Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

ŞƏHİDLƏRİMİZ: ELVİN İSLAMOV

Стандартный
ŞƏHİDLƏRİMİZ: ELVİN İSLAMOV

Elvin İslamov

İslamov Elvin Elçin oğlu. Qarabağda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!

=====================================

P.S. Elvinin ölümü barədə məlumat verən FB istifadəçisi Илькин Акберов yazır:

Salam her vaxtiniz xeyir. Deməli belə bir mövzü var, istərdim işığlandırasız içimizdəki erməni şərəfsizlərini. 29.10.2020 dostumuz, məhlə uşağımız şəhid gəldi Yasamal rayonuna. Şəhid İslamov Elvin Elçin oğlu. Həmin günün axşamı anasının halı pistləşdi və Təcili Tibbi Yardım çağırdıq. Avtomobillərin hamısının məşğul olmağı səbəbiylə 2-3saat gözlədikdən sonra özəl klinikadan. “Mərkəzi Klinika”dan çağırdığ. Telfonu götürən operatora vəziyyəti başa saldığ. Nə bir baş sağlığı verdi, nə bir Allah rəhmət eləsin dedi. İlk sözü o oldu ki, bilirsizdə bizdə ödənişlidi 100azn-di. İstiyirsiz göndərək. Göndərdilər vaxtında gəldi qapıda şəhidin şəklində gördülər yenədə baş sağlığı vermədən ilk sözləri ödənişi kim eliyəcək oldu. Bizim imkanımız oldu verdik. Bir otağda 5nəfər qalan şəhid ailəsi ölməlididə onda 100azn skoruya verməyə pulu yoxdursa? erməni şərəfsizlərinnən bunların nə fərqi oldu ki? Çox xaiş eliyirəm bu məsələni işığ üzünə çıxardasınız. Hamı eşitsin bilsin tanısın bu içimizdəki erməniləri. (Müəllifin orfoqrafiyası saxlanılıb — Ocaq)

SALYANLI ŞƏHİDLƏR: XOCALI KƏNDİNDƏN AĞAMOĞLAN KƏRİMOV

Стандартный
SALYANLI ŞƏHİDLƏR: XOCALI KƏNDİNDƏN AĞAMOĞLAN KƏRİMOV

Ağamoğlan Kərimov

Salyan rayonunun Xocalı kəndindən Kərimov Ağamoğlan Yusif oğlu. Azərbaycan ərazisinin erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olub.

Allah rəhmət eləsin!