Tag Archives: qara yanvar

«MEYDAN GÜNDƏLİYİ». 14 MART 1990

Стандартный
«MEYDAN GÜNDƏLİYİ». 14 MART 1990

  14 mart 1990 .Əlyazmalar İnstitutu. Əbülfəz bəylə görüş

Saat 14.14.Elmi katib Aydın Xəlilov sözü Bəyə verəndən sonra şəhidlər bir dəqiqəlik sükutla yad edildi.Əbülfəz bəy: Təxminən yanvarın 4-5-ində MK-da rəhbərliklə toqquşmağa başladıq. Çoxları deyirki, bu işlərdə Vəzirovun günahı var. Read the rest of this entry

Реклама

20 YANVAR ŞƏHİDLƏRİ: MÜZƏFFƏR HƏSƏ NOV

Стандартный

Müzəffər_Həsənov.png

Müzəffər Həsənov (azərb. Həsənov Müzəffər Qəzənfər oğlu) — 20 yanvar şəhidi

1939-cu il fevralın 5-də anadan olub. Tikinti-quraşdırma trestinin avtobazasında sürücü işləmişdir. Dörd övladı qaldı: Zahid, Gülafər, Cavid, Gülnarə. 19-u gecə böyük oğlu Zahid evə gec gəlib. Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 4 FEVRAL 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 4 FEVRAL 1990

4 fevral 1990.

“AZADLIQ” radiosu İsmayıl Şıxlının 24 yanvarda Azərbaycan KP MK plenumundakı nitqi verildi. O deyib ki, mən müharibə iştirakçısıyam. Müharibəyə dair çoxlu kitablar oxumuşam, ancaq ordunun dinc əhaliyə qarşı törətdiyi belə vəhşiliyi heç yerdə görməmişəm. Read the rest of this entry

Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

Стандартный
Ə.TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 26 YANVAR 1990

26 yanvar 1990. “AZADLIQ” radiosu25 yanvarda Ukraynanın Lvov şəhərində 10 min nəfərlik nümayiş olub. Bakıdan qoşunların geri çıxarılmasını tələb ediblər. Ukraynalı əsgərləri geri çağırıblar.  Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 25 YANVAR 1990

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 25 YANVAR 1990

25 yanvar 1990. Bu gün “Səhər” və “Bakinski raboçi” qəzetləri çıxıb — qara rəngdə, qara çərçivədə, şəhidlərinfotoları ilə. Ayın 17-sindən bəri çıxan ilk qəzet-lərdir. “Kommunist”i çıxarmağa qoymurlar. Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİYİ». 23 YANVAR 1990

Стандартный

adalet_tahirzade

23 yanvar 1990. Bu gün qırğından sonra “Azadlıq” redaksiyasında ilk dəfə yenidən yı-ğışdıq. Nəcəfin üzünü tük basmışdı, gözləri yumulurdu (yuxusuzluqdan). Fransa və Macarıstandan gələn müxbirlər xeylivaxtımızı aldılar. Onlara meyitlərin fotolarını verdik. Sonra onları Semaşko xəstəxanası-na yolladıqki, xəstələri çəksinlər. Bir neçə saatdan qayıdıb gəldilər, onları Tiflisə göndərdik.Redaksiyaya gələndə Əlişir Nəvai küçəsində (Çapayev küçəsinin yaxınlığında) güllə ilə dəlik-deşik edilərək xəlbirə döndərilmiş94-10 AQS nömrəli avtobusu (39-uncu marşrutda işləyən) gördüm. Qabaq şüşəsində 103 güllə yerivardı, bütünlükdə isə 151 güllə deşiyi saydım. (Şüşələrin çoxu ovxalanıb töküldüyü üçün, təbii ki,onlara dəymiş yüzlərcə güllənin izləri də onlarla birgə silinib). Read the rest of this entry

Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

Стандартный
Ə. TAHİRZADƏ. «MEYDAN GÜNDƏLİY». 19-20 1990 YANVAR (GECƏ)

19-20 yanvar 1990.(Gecə) Gündüz redaksiyada qəzetin28 növbəti nömrəsi üzərində işləyirdik. Artıq bir çox materiallarımızhazır idi. “Kommunist” nəşriyyatı tətil etsə də “Azadlığ”ı buraxmağa fəhlələr söz vermişdilər. Oradacan-başla bizi gözləyirdilər.Dünən də (bir neçə dəfə) şəhərdə fövqəladə vəziyyət elan olunduğu haqqında yalan məlumatalmışdıq. Bu gün də belə xəbərlər eşidəndə inan-madıq.Nəcəf dedi ki, mən postları yoxlamağa gedəcəyəm, siz isə yorğunsunuz, evə gedin. Rauf29ağırayaq arvadına baş çəkmək üçün ertədən bizi tərk etmişdi. Mən və Arif30 dedik ki, postlara başçəkməyə biz də gedirik. Şahinə31 zəng vurdular ki, maşını götürüb gəlsin.Son vaxtlar istirahətsiz olaraq (şənbə və bazar günləri də) o qədər işləmişdik ki, yuxuya o qədərhəsrət qalmışdıq ki, lap keyləşmişdik. Ona görə Nəcəf bir-iki yazını redaktə üçün mənə verəndəzarafatla ona dedim ki, Nəcəf bəy, qəzetdənsə post daha vacibdir. Yazı qalsın sonraya, indi isəpostlara gedək. Read the rest of this entry