Tag Archives: qara-qara qarışqalar

15 DEKABR — RAMİZ RÖVŞƏNİN 70 YAŞI TAMAM OLUR

Стандартный

RAMİZ RÖVŞƏN

Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, «Mozalan» satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da,Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.

 

 

                       Ramiz RÖVŞƏN

Qara-qara qarışqalar 
Kəpənəyi neylədiniz
Toplasdınız top oldunuz
Qanad qanad qopardınız
Daşıdınız apardınız
Kəpənəyi neylədiniz?
…Ayrıldı gün işığından
Sıyrıldı göy qurşağından
Qulağım batdı tutuldu
Güllərin qışqırığından
Kəpənəyi neylədiniz?

Dərdi düşər ağızlara
Haraylar çağırar sizi
Nə yedirər doyuzdurar
Nə qışdan cıxarar sizi
Kəpənəyi neylədiniz ?