Tag Archives: Qafqaz müsəlmanlarınnı qurultayı

15 APREL 1917 — BAKIDA QAFQAZ MÜSƏLMANLARININ BÖYÜK QURULTAYI AÇILIB

Стандартный
15 APREL 1917 — BAKIDA QAFQAZ MÜSƏLMANLARININ BÖYÜK QURULTAYI AÇILIB

1917-ci il aprel ayının əvvəllərində Bakıda, Qafqaz müsəlmanlarının böyük qurultayı çağrılmışdı. Qurultaya Azərbaycan, Şimali Qafqaz müsəlmanlarl ilə yanaşı Ermənistan və Gürcüstan yaşayan müsəlmanların da nümayəndələri gəlmişdi. Qurultayın gündəliyində Qafqaz müsəlmanlarının inqilabdan nə istədikləri müzakirə olunmalı və öz taktikaları təyin edilməli idi. Bitərəf qrup adı ilə qurultayda iştirak edən Əlimərdan bəy Topçubaşov qurultaya rəhbərlik edirdi. “Rusiya müsəlmanları ittifaqı” partiyasının lideri olan Ə.M.Topçubaşov bu qurultayda mənsub olduğu xalqın siyasi şüur yönündən inkişaf etdiyini görüncə çox sevinirdi.

Qurultay aşağıda qeyd olunan çox əhəmiyyətli siyasi tələbləri qərarlaşdıraraq öz işini bitirdi:

Qafqaz müsəlmanları qurultayı, milli, siyasi məqsədlər haqqında məsələni müzakirə edərək müsəlman millətlərinin mənafeyini ən çox təmin edən, Rusiya şəkli idarəsinin məhəlli federasiya qurulan xalq cümhuriyyəti olunduğunu qərara alır.

İslam dinindən olan bütün millətlərin dini də mədəni əlaqələrini nəzərə alaraq Qafqaz müsəlman qurultayı bütün Rusiya müsəlmanlarından ötrü qanunverici səlahiyyətə malik ümumi bir idarə qurulmasını lazım bilir.

Qurultayda bu iki maddəlik qərarın böyük çoxluqda səs toplamasında Müsavat, Türk Adəmi mərkəziyyət partiyalarının, bitərəf qrupların birgə səylərinin böyük rolu olmuşdur

http://rasulzade.org/ideology/5_26.html

Qafqaz müsəlmanlarının I Qurultayı 1917-ci ilin aprelində Bakıdakı İsmailiyyə binasında öz işinə başladı. Qurultayın işində Azərbaycanın bütün bölgələrindən, Dağıstan, Basarkeçər, Borçalıdan gələn nümayəndələr iştirak edirdi. Qurultay iştirakçıları iki məzhəb arasında mövcud olan ixtilaflara etiraz əlaməti olaraq günorta namazı vaxtı nümayişkaranə şəkildə İsmailiyyədən Təzəpir məscidinə yollandılar. Din xadimləri, eləcə də hər iki məzhəbdən olan yüzlərlə dindar dəstəmaz alaraq məsciddə birgə namaz qıldılar. Vaxtı ilə çarizm tərəfindən qızışdırılan sünni-şiə ixtilafına son qoymaq üçün namazdan sonra şeyxülislamla müfti qucaqlaşıb bir-birini öpdülər və and içdilər ki, bu ədavəti aradan qaldırmağa çalışacaqlar. Qurultayda sünni və şiə məzhəblərinə parçalanmaya son qoymaq haqqında qərar qəbul olundu. Bakıda həmin dövrdə nəşr olunan qəzetlərdə Təzəpirin axundu Ağa Əlizadənin qurultayın təşkili ilə bağlı fəaliyyətinə xüsusi yer ayrılmışdır.

http://www.qafqazislam.org/az/page/29-8-seyxulislam-axund-aga-aliz