Tag Archives: qəzəllər

FÜZULİ: «BİR YERDƏYƏM ƏSİR Kİ, TORPAĞ QAN İÇƏR…»

Стандартный

MƏHƏMMƏD FÜZULİ 1494-1556

Tökdükcə qanımı oxun, ol asitan içər,
Bir yerdəyəm əsir ki, toprağ qan içər.
Əhli-zəmanə qanına çox təşnədir zəmin,
Qanın kimin tökərsə fələk, ol zəman içər.
Mey içmədən açılmaz imiş babi-məğfirət,
Sövgəndlər bu babdə piri-müğan içər.
Üqbadə Kövsər istəməsin rindi-meykədə,
Dünyadə bəs degilmi meyi-ərğəvan içər?
Qəmzən görünməyib gözə, qanlar içər müdam,
Zahid kimi ki, badəni eldən nihan içər.
Meydən əgərçi tövbə verir el Füzuliyə,
Ey sərv, sən qədəh sunar olsan, rəvan içər.

SEYİD ƏZİM ŞİRVANİ: «MƏCNUN İLƏ BİR MƏKTƏBİ-EŞQ İÇRƏ OXURDUM…»

Стандартный
SEYİD  ƏZİM ŞİRVANİ: «MƏCNUN İLƏ BİR MƏKTƏBİ-EŞQ İÇRƏ OXURDUM…»

Seyid Əzim Şirvani 9 iyul 1835 — 1 iyun 1888) — XIX əsr Azərbaycan  şairi və maarifçisi.

 

Hər aşiqi-dilsuxtə bir meyldə qaldı,

Məcnuni-siyəhbəxt qəmi –Leyldə qaldı.

 

Məcnun ilə bir məktəbi-eşq içrə oxurdum,

Mən xətmi-kəmal etdim, 0, “Vəlleyl”də qaldı.

 

 

Sandım ki, tutan damənini vəslə yetər, mən,

Tutdum ətəyin eylə, əlim zeyldə qaldı.

 

 

 Hər kəs ki, çatıb vəslüvə rizvanə yetişdi,

Hicrində qalan çahə düşüb Veyldə qaldı.

 

 

Tufanə verib mərdümi-çeşmim bu cahanı,

Viranə könül kəşməkeşi-seyldə qaldı.

 

 

Sərxeyli-cünun Qeys ilə Fərhad idi saydım,

Seyyid, dəxi bizdən çıxıb, ol xeyldə qaldı.