Tag Archives: Qəşəm Nəcəfzadə

VİLAYƏT EYVAZOVLA QƏŞƏM NƏCƏFZADƏNİN TELEFON SÖHBƏTİ

Стандартный

Qəşəm_Nəcəfzadə

Allo! Qəşəm Nəcəfzadədir?

— Bəli, mən görkəmli şair Qəşəməm. Zəng hardandır?

— Vilayətdən.

— Nə vilayət, a kişi. Məni dolayrsan? Azərbaycanda vilayət var? Bir vilayət vardı, onu da,türkün məsəli, ermənilər zad elədilər. Bəlkə sən Türkmənistandan zəng vurursan?

-Şair, mən o vilayətlərdən deyiləm!

— Rəhmətliyin oğlu, indi cən mənimlə Məşədi İbadı oynayacaqsan? «Yox, mən o məcnunlardan deyiləm…» Qoçaq, bəs sən hansı vilayətlərdənsən?

— Qəşəm şair, mənim  Vilayət mənim adımdır. Özüm də general-polkovnikəm.

— Vallah, sən məni yenə dolayırsan. Sən generalsan ya polkovnik?

— Mən general-polkovnikəm. Yəni genaralın kvadratı, kubu. Yəni ən yuxarı rütbədəytəm. Bunu ancaq naxçıvanlılara verirlər. Özüm də nazirəm. Nazir Vilayət Eyvazov!

— Cənab nazir! Acizanə üzr istəyirəm. Cənab nazir! Divandan dik qalxıb durmuşam ayaq üstdə. Bir əlim də qulağımın dibində, sizə “çest” verirəm!

— Qəşəm şair, azad! Otur! Səninlə söhbətim var.

— Cənab nazir! Mən söhbətə hazıram! Mən həbsə də hazıram! Mən şəxsən hesab edirəm ki, hər bir vətəndaş həbsə hazır olmalıdır, bu, ziyarət kimi bir yşeydir, öndərimiz demişkən, dövlətçiliyimizə xidmət edir.

— Sağ ol, şair! Mən sizdən oğlunuz haqqqında soruşmaq istəyirəm.

— Cənab, nazir, mənim oğlum yoxdur. Mən heç evlənməmişəm.

— Necə evlənməmisən, Qəşəm?

— Cənab nazir, əlahəzrət prezidentimiz toyları qadağan edib. Mən  daha prezidentin qadağasını öozub toy çaldıra bilmərəm ki…

— Şair Qəşəm, axı sən çoxdan evlisən. Mənim qabağımda sənəd var. Burda yazılıb ki, sənin arvadın var.

— Arvad? Düzdür, arvad var, ancaq çoxdankı arvaddır. Mən fikirləşirdim ki, o heç sayılmır…

— İki oğlun da var. Böyüyü Kəramət…

— Cənab nazir, yadıma düşdü. Var, düzdür. Kəramət oğlumdur. Sizə qurbandır. Kəramət oğlumu sizə də, əlahəzrət prezidentimizə qurban da kəsərəm, ancaq ləyaqəti yoxdur… Həm də heç tuta bilmirəm, əl vermir, qırışmal burcudur…

— Qəşəm şair, indi Kəramət bizdədir…

— Sizdədir? Cənab nazir, Kəraməti qonaq çağırmısınız?

— Hə, elə bir şeydir.

— Allah sizdən razi olsun, cənab nazir, sizə generallıqdan, polkovniiklikdən başqa mayorluq da versin. Sizdən xahişim var: Kəraməti çox içməyə qoymayın, qoy ürəyi nə istəyir, yesin, ancaq işməsin. İçən kimi qatıqlayacaq. Yenə əlahəzrətdən ev istəyəcək.

— Kəramətin davası ev davasıdır?

— Ay nazir, ay başınıza dolanım, bəs nədir? Bəs deyirdiniz əqidə davası eləyir? Əqidə hardaydı, ay başınıza dönüm…  Ev istəyir. Pul istəyir.

— Verərik. Daha nə istəyir?

— Deyir Cəlil Məmmədquıluzadənin heykəlini götürüb yerinə onun heykəlini qayırıb qoysunlar.

— Buna da baxarıq. Cəlil Məmmədquluzadə naxçıvanlı da olsa, naxçıvanlılara çox qaralar yaxıb. Ondan narazılıq çoxdur.

— Yaxıb da sözdür, cənab nazir, hamımızın anasını, türkün məsəli, zad eləyib. Özü də evi ola-ola, pulu ola-ola. Bizim Kəramətə ev verəsən, yemək-içməyinin, kefinin pulunu verəsən, yazmağı da tərgidər.

— Verərik, Qəşəm şair.

— Qurbanam sizə, cənab nazir. Qurbanam əlahəzrət prezidentimizə. Vallah, Kəramət əlimə düşə, qurban kəsərəm prezidentimizə. Allah sizə leytenantlıq da versin…

Mirzə ƏLİL

21. 08. 2020, Samara

KƏRAMƏT BÖYÜKÇÖL SİYAVUŞ NOVRUZOVUN RUHUNDAN VƏ İNTELLEKTİNDƏN DOĞULUB

Стандартный

Kəramət_Böyükçöl

Kəramət Böyükçöl adlı gənc yazıçının tutulduğunu eşidib ağladım.

Bilmirəm qocalıqdandır ya ürəyimin yumşaqlığından, həbs xəbəri eşidən kimi ağlayıram. Naziri tuturlar – ağlayıram, demokratı tuturlar – ağlayıram…

Nə gizlədim, hətta serial qatillər tutulanda da, Azərbaycan jurnalistlətinin yzdığı kimi desəm, “göz yaşlarıma hakim ola bilmirəm…”

Dünənəcən Kəramət Böyükçöl adlı insan tanımırdım. Və təbii ki, yazıçı olduğunu da bilmirdim. Tutulandan sonra bildim ki, bu Kəramət Cəlil Məmmədquluzadədən də böyük yazıçıdır. Bunu biləndə Cəlil Məmmədquluzadəni yadıma salıb ağladım…

Sonra İnterneti eşib bu böyük çöldən çıxmış yazıçının bəzi çıxışlarını oxudum, bəzi çıxışlarına baxdım.

Biz azərbaycanlılarda xasiyyətdir: təzə gördüyümüz adamı tanıdığımız adamlardan kiməsə oxşadırıq. Məsələn, azərbaycanlı arvad Fransa prezidentini televizorda görür, əlini əlinə vurub deyir ki, Ətağa cəddi, bu kişi bizim böyük qızın qayınatasına oxşayır…

Bəzən azərbaycanlılar təzə gördükləri adamı heyvanlara oxşadırlar. “Lap meymuna oxşayır”. “Başı mal başıdır”. “Ağzı naqqa balığının ağzına oxşayır” və s.

Bir sözlə, çox gözəl xalqıq!

İndi mən də baxıraM Kəramət Böyükçölün simasına, danışığına qulaq asıram, fikirləşirəm ki, bu cavan mənə kimisə xatırladır. Dədəsi Qəşəmə oxşamır. Bütün yazıçıarın atası Anara da oxşamır. Otaqda xeyi var-gəl edəndən sonra birdən Siyavuş Novruzun gözıl siması gözümün qabağına gəldi, gözəl səsi qulaqlarımda cingildədi və dərhal başa düşdüm ki, Kəramət Böyükçöl elə bil Siyavuşun burnundan düşüb. Onun da sinəsinə çoxlu orden və medal taxsan, əlinə, türkün məsəli, deputat vəsiqəsi versən, elə bilərsən ki, Siyavuşun burnundan düşüb.

Bu oxşarlıq ilk növbədə imtellektual oxşarlıqdır. Çünki hər ikisi ağıl dəryasıdır, hər ikisi dühadır və bu dühalar qrammatik qaydalara sığmırlar, sintaktik normalar onlar üçün əsarətdir. Hər ikisi Azərbaycan dilini sözün əsil mənasında mələdir. Çünki bu adamlarda elə səs zənginliyi var ki, beş-on sözlə keçinirlər, ona görə də söz ehtiyatı yaradıb beyinlərinə ağırlıq salmırlar. Götürək fili. Gör nə boyda heyvandır, ancaq bir kəlmə söz işlətmir. Kəramətdə də fil böyüklüyü var, mübdtəda və xəbərə tüpürür, ikinci dərəcəli üzvləri isə sadəcə olaraq işədir…

Biləndə ki, Kəramət Bakı universitetində müəllimdir, özümdən getdim və yarım saatdan sonra ayılıb göz yaşlarına qərq oldum. Yox, mən universitetin halına ağlamadım, öz halıma ağladım ki, cavan deyiləm, tələbəlik vaxtım keçib, Kəramət kimi dünya dahisinin şagirdi olmaq səadətindən mərhumam…

Ah, acı tale!

Ah, mənim Kəramət kimi, Siyavuş kimi dühalar yetrən millətim!

Mən bilmirəm Kəramət professor tələbələrə nə dərsi deyir. Mənə elə gəlir ki, o, riyaziyyatda kəllədir. Deyirdi ki, min kitab satıb, biri on manata, on min qazanıb, hər üç ayda bir kitab yazacaq, doqquz ayda otuz min qazanacaq…

Belə çətin hesabı aparan insanda nə qədər intellekt olmalıdır! Yəqin başının çəkisi otuz kilodan az olmaz. Heç Sabirabadda bu ağırlıqda qarpız yetişdirə bilmirlər!

Mən Kəramətin yazdıqlarını oxumamışam. Mən köhnə adamam, azsavadlı adamam, mən belə dərin təfəkkürlü, qlobal baxışlı və universal təhsilli, ensiklopedik bilikli yazıçını başa düşmərəm. Ancaq mənə elə gəlir ki, o nəinki Cəlil Məmmədquuzadədən, o hətta Dostoyevskidən də böyük yazıçıdır.

Və fikirləşirəm ki, bəlkə heç Böyükçöl həbs olunmayıb, onu həbs adıyla prezidentin nəvələrinə tərbiyəçi-müəllim aparıblar?

Necə ki, Dostoyevski imperator uşaqlarına tərbiyəçi-müəllim təyin olunmuşdu…

Vallah, Böyükçöl layiqdir!

Ah, mənim xoşbəxt millətim! Sən belə dahi oğulları necə əkirsən, necə doğursan! Əhsən!

Yenə ağlayıram. Azərbaycan jurnalistləri demişkən “göz yaşlarıma hakim ola bilmirəm!.

Sevincdən!

Mİrzə ƏLİL

19.08. 2020, Samara