Tag Archives: Qərib cinlər diyarında

13 MAY — ŞAİR HİKMƏT ZİYANIN DOĞUM GÜNÜ

Стандартный
13 MAY — ŞAİR HİKMƏT ZİYANIN DOĞUM GÜNÜ

Əfəndiyev Hikmət Ziya oğlu (13 may 1929 — 2 avqust 1995) – Azərbaycan şairi, tərcüməçi

.Hikmət Ziya 1929-cu il mayın 13-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1947-1952). «Azərbaycan pioneri» qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1952-1969), «Göyərçin» jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri (1969-1984), məsul katib vəzifələrində işləmişdir (1984).

Ədəbi yaradıcılığa 1952-ci ildə «Azərbaycan pioneri» qəzetində çap edilən «Qeqola» adlı ilk şeiri ilə başlamışdır. Sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. İlk satirik şeirləri, eyni zamanda «Atamın hədiyyəsi» (1957), «Bahar gözəldir, ya qış?» (1959), «Milçək ürəyi» (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur. «Sınaq», «Ekiz qardaşlar» pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına («Nənəmin nağılı», «İkilərin sərgüzəştləri», «Solğun çiçəklər») və şeirlərinə musiqi bəstələnmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur.

1995-ci il avqustun 2-də Bakıda vəfat etmişdir.