Tag Archives: Qənimət Zahid

ƏLİ KƏRİMLİYƏ: ŞƏHİD ANALARINDAN NAĞIL UYDURMAQDANSA, BƏLKƏ QIRIŞMAL OĞLUNU CƏBHƏYƏ GÖNDƏRƏSƏN?

Стандартный

aZADLIQ QƏZETİ

“Azadlıq qəzeti” vətənpərvərlikdə İlham Əliiyevi və onun bütün ətrafını keçmək istəyir. Əli Kərimli “müzəffər ordudan” elə postlar yazır ki, marşal Stalini yada salır. Bir kiçik fərqlə: marşal Stalinin oğlu müharibənin ilk günlərindən döyüşən cəbhədə idi…

Dünən “Azadlıq” öz Teleqram kanalına istinadla çox əcayib bir məlumat verib. “Şəhid Anası Silahlı Qüvvələrə Yardım Fonduna 7000 manat pul köçürdü.
ANA belə deyir: «Səbrim çatmır, istəyirəm oğlumun şəhid olduğu yer daha tez azad edilsin!”. Və bank qəbzinin şəkli posta əlavə olunub. Əlbəttə, qəbzdə ad oxunmur, qaralanıb.  Yəni bilmək olmur ki, şəhid kimdir, şəhid anası kimdir. Doğrudan da belə şəhid varsa, “Azadlıq” onun adını niyə gizlədir? Anasının adını niyə gizlədir? Bəlkə ana gizli milyonçudur? Məgər gizli milyonçuların oğulları şəhid olurlar?

«Azadlıq» özünü peşəkar qəzet sayır, ancaq bu material jurnalistika deyil, bazar söhbətidir. Ana deyir? Hansı ana? Kimə deyir? Ana yası qoyub banka qaçdı? Qəbzin şəklini də çəkib göndərdi Qənimət Zahidə?

Deyək ki, belə şəhid var və belə şəhid anası da var. Özünüz fikirləşin: oğlunun meyiti üstünə gələn ana onun yasını ləyaqətələ saxlamaq əvəzinə sandıqdan 7 000 pul çıxarır, taksi çağırtdırıb gedir banka ki, bu pulu köçürün orduya, tezliklə İrəvanı alsın…

Bu arvad doğrudan da belə eləyibsə, bəlkə dəli olub?

Mənə belə gəlir ki, əhvalat qondarmadır və “Azadlıq” da bunu yaxşı bilir. Pul, əlbəttə. köçürülüb, ancaq köçürən şəhid anası deyil. O qədər şəhid ailələri var ki, ləyaqətli ehsan vermyə imkanları yoxdur, evləri başına uçur. Köməyi niyə onlara göstərməyəydilər?

Hakimiyyətin yeişini yerimək istəyən müxalifət öz yerişini də itirib və atdığı hər addım gülüş doğurur. Sanki müxalifət, Əli Kərimli İlham Əliyevin xanımının rolunu oynamaq istəyirlər.

Ancaq İlham Əliyevin xanımı öz rolunu pis-yaxşı özü oynayır…Əsgərlərin canına dua eləyir, uca tanrı ilə danışır…

Əli Kərimliyə qalır əsgər atası olmaq. Qırışmal oğlunu çağırıb yollasın cəbhəyə, onda müzəffər ordudan danışmağa haqqı da olar.

Yoxsa 7000 manatlıq şəhid anaları haqqında nağıllar üç quruşluq komediyaya bənzəyir…

Mirzə ƏLİL

02. 11. 2020, Samara

ŞƏHİD ŞƏKİLLƏRİYLƏ ALVER

Стандартный

Qənimət ZAHİD

“Azadlıq” qəzeti gedən döyüşlərdə həlak olan əsgər və zabitlərin şəkillərini öz FB səhifəsində yerləşdirir və yaxşı eləyir. Şəklin altında şəhid haqqında qısa məlumat var ki, bu da yaxşıdır. Şəklin sağ qırağına isə “Azadlıq qəzeti” yazılıb ki, bu, heyvanlıqdır. Yəni, bu yazı “trade mark”, “əmtəə nişanı” kimi bir şeydir və şəklin Azadlıq qəzetinə məxsus olduğunu göstərir.

Ancaq şəkil “Azadlıq” qəzetinə məxsus deyil. Şəkli «Azadlıq» çəkməyib. Şəklin qırağına onu çəkən fotoqrafın ya da fotoqrafın işlədiyi şirkətin, mətbuat orqanının adı yazıla bilərdi, hərçənd şəhidin şəklində bu da yersizdir və hətta heyvanlıqdır. “Azadlıq” qəzeti şəklin başqaları tərəfindən mənimsəniləcəyindən, oğurlanacağından ehtiyat edir? Şəhidin şəkilini kimsə götürüb paylaşacaqsa, bu, savab deyilmi? Bu şəkildən kim mənfəət əldə edəcək? “Azadlıq” qəzeti özü bu şəkli hansı şəbəkədənsə götürüb, yəni özü “oğurlayıb”, şəklin qırağına adını yazmaqla oğurluğu boynuna götürür.

«Azadlıq» qəzei yalnız özü çəkdiyi şəkillərə öz adını yaza bilər. Məsələn, Qənimət Zahid şəhid olsa və onun redaksİyada çəkilmiş şəkli qalarsa, bu şəkli qəzetin adıyla çap eləmək olar. Mİrzə Əlil tərəfdən etiraz yoxdur…

2016-cı ildə Haqqın.az, APA, ANS, Meydan TV şəhid şəkillərinin düz sinəsinə öz adlarını yazırdılar. Mən onların hamısına söyüş göndərirdim və yazırdım ki, “əzizləriniz ölsün”. Bu, bu bizim kəndin ənənəvi qarğışıdır və yaxşı ənənələri qorumağı özümə borc bilirəm. Bilmirəm, mənim qarğışım onlara çatdı ya çatmadı, ancaq sonralar şəhid şəkilləriylə bir az abırlı davrandılar.

«Azadlıq» qəzetini çıxaranlar hava udub dolanmırlar, çörək yeyirlər, bu çörəyin pulunu kimdənsə, hardansa alırlar. Əyinlərinə yaxşı kostyum geyib efirə çıxırlar. Özləri isə özlərinə məxsus olmayan şəhid şəkillərinin onların adı, yəni reklamı  olmadan yayılmasından ehtiyat edirlər…

Ayıb olsun…

Mirzə ƏLİL

30.09.2020