Tag Archives: prezident tortu

BORİS CONSON ƏVƏZ ZEYNALLINI TƏBRİK EDİB

Стандартный

Azərbaycanda böyük jurnalist və dahi nasir Əvəz Zeynallınn anadan olmasının 52-ci ildönümü ilə bağlı ümumxalq şənlikləri davam edir. Bu mühüm hadisə ilə əlaqədar  İlham Əliyev covidlə bağlı bütün məhdudiyyətləri müvəqqəti götürüb. Millət Bakının meydanlarına, parklarına axışır, üstünə “Əvəz Zeynallı – 52” yazılmış milyonlarla şara qaz vurub göyə uçurdur. Şarların üç yüz minə qədəri Əvəz Zeynallının ana vətəni Ermənistan ərazisinə düşüb. İndi ermənilər bu şarlarıın hər birini qara bazarda 1000 drama satırlar.

Bakı şəhərinin rəhbəri Eldar Əzizov təklif edib ki, Əvəz Zeynallının şəninə 52 metr uzunluğunda tort bişirtdirsin. Söz verib ki, yumurta tədarükü ilə şəxsən məşğul olsun və hətta özünün toxunulmaz fondundakı yumurtaları da versin. Əvəz Zeynallı Eldar Əzizova təşəkkür edib deyib ki, o, müxalifətçi olsa da, möhtərəm prezidentə, müzəffər komandana böyük sayqı ilə yanaşır və onun tortlarının qabağına tort çıxarmaq istəmir. Buna görə qərara gəliblər ki, Əvəz Zeynallıya töhfə kimi onun əsərlərinin 52-ci cildi buraxılsın. Bu cild çox gözəl nəşr olunub, hər nüsxənin çantası var, hər çanta da təkərlidir. Kitab pultla idarə olunur, yəni əziyyət çəkib oxumaq lzım deyil, bu möcüzə kitab elə öz-özünə oxunur.

Əvəz Zeynallıya dünyanın bütün görkəmli yazıçıları təbriklər göndərirlər. Böyük Amerika yazıçısı Heminquey cənab Zenallıya şəxsən məkub yazıb. Məktubda deyir ki, “…insanı məhv etmək olar, ancaq yenmək olmaz”.

Yeri gəlmiişkən, Əvəz Zeynallı görkəmli türkçü Cahandar Bayoğlu ilə birgə tədqiqatları nıticəsində aşkar ediblər ki, Heminquey türk mənşəlidir, əsl soyadı “Həminbuey”dir.

Böyük Britaniyanın baş naziri və keçmiş jurnalist Boris Conson “Azerfreedom” kanalı vasitəsilə canlı yayımda həmkarı və köhnə dostu Əvəz Zeynallını təbrik edib və onu Oksford tələbələri qarşısında çıxışlar üçün Londona dəvət edib. Hazırda səfərin texniki tərəfləri müzakirə olunur. Şahzadə Çarlz Əvəz Zeynallıya təbrikini Qurban Məmmədovunn efirində səsləndirib.

Yeri gəlmişkən, Əvəz Zeynallı külliyatının (“kül” sözündən deyil, “küll” ərəb sözündəndir) 52-ci cildi çıxandan sonra türk dünyasının yazıçıları arasında ikinci yerə çıxıb. Hələlik birinci yerdə Türkmənistan rəhbəri, Arxadağ Qurbanquludur. Qurbanqulunun külliyatı hələləlik 152-cilddən ibarətdir.

Azərbaycanda şənliklərin qızğın vaxtıdır. İlham Əliyev öz fərmanıyla 2022-ci ili “Əvəz Zeynallı  ili “elan edib və yumurtanın qiyməyini aşağı salıb.

Birinci xanım bu münasibətlə Facebool-da paylaşım edib.

Mirzə ƏLİL

20.12. 2012

Samara

ƏLİYEV PAŞİNYANA: DOLMA İŞİNƏ İNDİ PUTİN BAXIR…

Стандартный

dolma paş

PAŞİNYAN: Allo! İlham məllim, mən çox üzr istəyirəm ki, sizi narahat edirəm…

ƏLİYEV: Mən sənin üzrünü qəbul edə də bilərəm, etməyə də bilərəm, çünki mən təzə format yaratmışam. Nida işarəsi!

PAŞİNYAN: Əlbəttə, İlham məllimi, min faiz haqlısınız. Sizdən bir xahişimiz var. Kəlbəcərdən çıxmağa bizə bir az möhlət verin. Çatdırmırıq…

ƏLİYEV: Evləri yandırıb qurtara bilmirsiniz? Mən sizə benzin verərəm.

PAŞİBYAN: İlham məllim, siz bizə benzini necə verərsiniz? Siz hələ Kəlbəcərə girməmisiniz? Benzini yoldaş Muradov kirvədən alırıq, benzin çoxdur. Biz istəyirik ki, elə burda ikən sizin doğum gününüzü qeyd edək. Bu, mənim xalqımın arzusudur.

ƏLİYEV: Mənim doğum günümü öz xalqım qeyd edəcək. 60 metrlik tort hazırlanır.Yumurta tədarükünü artıq zəfərlə başa çatdırmışıq…

PAŞİNYAN: Çox gözəl. Biz də istəyirik bir ton dolma bişirib 60 metrlik ipə düzək.

ƏLİYEV: Mənə erməni dolması lazım deyil. Nida işarəsi!

PAŞİNYAN: İlham məllim, biz üeməni dolması bişirməyəcəyik, biz Azərbaycan dolması bişirəcəyik. Vallah, o qədər dadlı olacaq ki, dörd-beşini yeyəndən sonra özünüz ermənilərdən xahiş edəcəksiniz ki, ermənilər Kəlbəcərdən getməsinlər…

ƏLİYEV: Mən gərək bunu müzakirə edəm…

PAŞİNYAN: Mehriban xanımla? O etiraz eləməz…

ƏLİYEV: Yox, Mehriban xanımla yox… Vladimir Vladimiroviçlə. Dolma işinə indi Putin baxır…

Mirzə ƏLİL

15. 11. 2020, Samara