Tag Archives: polis zorakılığı

«QRANTQAYIRAN» FAZİL MUSTAFANIN QAYINANASINI ZAD ELƏYƏ BİLƏRMİ? YOX!

Стандартный

Fazil_Mustafa

Nə qədər dost-tanışa tapşırıram ki, mənə aylb videolar göndərməyin, yenə göndərirlər. Vallah,yaşım kiçib, belə şeylərə baxanda qanın lazımi yerə vurmaq əvəzinə vurur ayrı yerə, məyus olursan…

O gün yenə bir dostdan video gəldi. Lənət şeytana deyib açdım. Gördüm polislər bir nəfəri lüt-madarzat, salyanlılar demişkən, ətcəbala sürüyə-sürüyə  aparırlar. Elə bildim yenə bu o ayıb kinolardandır, polis rolunda olanlar artistdirlər, lüt kişi də artistdir,  aparıb o yanda, türkün məsəli, zad eləyəcəklər. Videonu bağlayıb dosta zəng vurub danladım ki, niyə özünə qoyulmursan, mən axı sənə tapşırmışdım. Dost dedi ki, Mirzə, bu sən deyən kinolardan deyil, bu, Yasamalda olmuş hadisədir, polislər vətəndaşı evindən lüt çıxarıb aparırlar…

İndi millət vəkili Fazil Mustafa deyir ki, polis dövlətin vacib adamıdır, ona görə belə şeyləri eləməyə haqqı var.

Yalançının lap…

Haqqı yoxdur!

Dövlətdə vacib adamlar çoxdur: həkim, müəllim, proqramçı, çörəkçi, fermer…

Santextik, yəni qratnqayıran, vacib adamdır? Vacib adamdır! Sabah Fazil Mustafanın evində borular tutulsa, gərək şalvarına işəyə…

Mənim bir tələbə yoldaşım vardı. Bir az artistlərlə oturub-durmuşdu, onların xeyli söhbətini, özü də onların öz səsiylə çox məzəli danışırdı. Deyirdi ki, xalqımızın ən sevimli artistlərindən birinə, bəlkə də o vaxtlar ən çox seviləninə onunla bir teatrda işləyənlər çoxlu məzhəkə qoşublar və onun səsiylə danışırlar. Birini də o mənə danışmışdı. Guya bu hadisə həmin sevimli aktyorun başına gəlib.

“Bu yaxınlarda nəvəm oldu. Əvvəl çox sevindim. Sonra diqqətlə baxdım uşağa, gördüm ki, bu uşaq heç atasına oxşamır. Mən babasıyam, mənə də oxşamır. Bəs onda kimə oxşayır? Oturub çox fikirləşdim. Yadıma düşdü ki, doqquz ay bundan qabaq qrantımız xarab olmuşdu, bir qrantqayıran çağırmışdıq. Bu qrantqayıran gələndə də evdə gəlindən başqa heç kim olmaz.. Bu zalım oğlu gələr həm qrantı qayırar, həm də…

Uşağa diqqətlə baxıb gördüm ki, həmin qrantqayırana oxşayır…”

Bu lətifədən hansı əxlaqi nəticə çıxır? Santexnik səlahiyyətlər çərçivəsini aşıb! O, «qrantı» qayırıb getməliydi!

Polisin də səlahiyyətlər çərçivəsi var. Bu çərçivədən çıxmağa onun ixtiyarı yoxdur.

Eləcə də həkim.

Deyək ki, Fazil Mustafanın qayınanası naxoşlayıb. Üstünə, türkün məsəli, həkim gəlir. Həkim arvada baxır, türkün məsəli, diaqnozunu qoyur, dava-dərmanını yazır. Ancaq çıxıb getmək əvəzinə Fazil Mustafanın qayınanasını zad eləyir.

Fazil Mustafanın qayınanasını zad eləməyə həkimin ixtiyarı vardımı?

Yox! Həkim Fazi Mustafanın da, başqa millət vəkillərinin də anasını ya qayınaanasını zad eləyə bilməz. Çünki bu olacaq səlahiyyəti aşmaq!

Bəli, polis lazımdır. Polis olmasa, millət bir-birinin ətini yeyər. Ancaq polis səlahiyyətini aşıb vətəndaşın özünü ya yaxın adamlarını zad eləyəndə olur cinayətkar, bandit.

Bəlkə də həkim Fazil Mustafanın qayınanasını zad eləsə, Fazil Mustafa bunu vecinə almaz, bəlkə həkimə «sağ ol» da deyər. Ancaq millətdə hamı Fazil Mustafa kimi dönə-dönə cild dəyişən, hər şeyini mandata qurban verməyə hazır olan kəməqidəli demaqoq deyil. Millətdə  ləyaqəti hər şeydən qiymətli bilən insanlar çoxdur.

Və məsləhət görərdim ki, millət vəkilləri öz övladlarına diqqətlə baxsınlar. Onların yazdıqları…yox, yazdıqları yox, imzaladığı  qanunlar ölkəni elə hala salıb ki, onların öz evlərində görməli olduqları işi polislər və «qrantqayıranlar» da görə bilər…

 

Mirzə ƏLİL

11.06. 2020, Samara

 

ГОСПОДИН ФАЗИЛЬ МУСТАФА, А ВЫ НЕ БОИТЕСЬ, ЧТО РОССИЙСКИЕ СПЕЦСЛУЖБЫ НАДЕРУТ ВАМ ЗАДНИЦУ?

ГОСПОДИН ФАЗИЛЬ МУСТАФА, А ВЫ НЕ БОИТЕСЬ, ЧТО РОССИЙСКИЕ СПЕЦСЛУЖБЫ НАДЕРУТ ВАМ ЗАДНИЦУ?

FAZIL.jpg

Депутат азербайджанского парламента Фазиль Мустафа дал интервью сайту haqqin.az, в котором он предложил, в духе небезызвестного Адольфа Шикльгрубера,  «окончательное решение» вопроса с диаспорой. (Зачем нам такая диаспора? ЗАДАЕТСЯ ВОПРОСОМ ДЕПУТАТ. https://haqqin.az/news/104917)

«Слабая, если не сказать никакая, реакция азербайджанской диаспоры на гибель мирных граждан в селе Алханлы показала удручающую ситуацию в азербайджанских зарубежных обществах. По его мнению, надо покончить с существующей диаспорой и заменить ее новой».

Вот прямо так и говорит депутат благородного нахчыванского происхождения.

Read the rest of this entry