Tag Archives: Polad Həşimov

İFA EDİR AYBƏNİZ HƏŞİMOVA… MİLLİ QHRƏMANIN QIZI…

Стандартный

“Cənab przident, mən tibb universitetinin tələbəsi Aybəniz Həşomovayam, həm də Milli Qəhrəman Polad Həşimovun qızıyam…”

Necə yəni “həm də”?

“Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqətə görə sizə təşəkkürümü bildirirəm. Sualım yoxdur”.

Vəssalam. Bu qız əmindir ki, milli qəhrəmanın qızıdırsa, bütün şəhid ailələrinin adından danışa bilər.

Şəhid ailələri on yeddi yaşlı bu qızı haçan harda özlərinə vəkil elədilər?

Bu qız hardan bilir ki minlərlə şəhid ailələrinin hamısı “diqqət və qayğıdan” razıdır və fürsət axtarır ki, prezidentə təşəkkür eləsin.

Bu qız, şübhəsiz ki, İnternetdən istifadə edir, sosial şəbəkələrdə gedən söhbətlərdən xəbərsiz deyil, çoxlu veteranın, əlilin ciddi problemlərlə üzləşdiyi barədə məlumatı olar. Bilməmiş olmaz ki, çoxlu şəhid ailəsi ağır vəziyyətdə yaşayır. Sən indi özün hər qapıdan atanın adı ilə şuppultu ilə keçirsənsə, həyatından, aldığın imtiyazlardan razıdsansa, özünə görə təşəkkür elə. Bir də ki, şəhid ailələri, əlillər, veteranlar niyə daim rəhbərliyə təəkkür eləməlidirər? Bəlkə rəhbərlik onlar hər gün, hər saat təşəkkür eləməlidir? Bəlkə rəhbərliyə müharibədən yayınan, döyüşlər gedənbə Bakıda, xarici paytaxtalarda, kurortlarda kef çəkənlər prezidentə təşəkkür eləməlidirələr? Gündə əlli dəfə! Çünki prezident, Polad Həşimovun anasının və bacısının dediyi kimi, varlıları mügharibəyə göndərmir, kasıbları göndərir. “Varlı şəhid vermir, şəhdi kasıb verir”, — bunu Polad Həşimovun bacısı deyirdi…

Və indi nənəsi öz imtiyazlı həyatından xumarlanmış, başı gicəllənmiş nəvəsini kötəkləsə, onun xeyrinə olar. Hara getdiyini, nə deyəcəyəni qabaqcadan fikirləşər. Yoxsa birinci kursu qurtaraacan atasının reputasiyasını məhv edər. Hər gün cürbəcür tədbirlərdən eşidərik: “İni də prezidentə təşəkkür… İfa edir Aybəniz Həşimova…”

Mirzə ƏLİL

03. 02. 2022, Samara

Реклама

MƏMMƏD ARAZ MAMIRA DÖNMƏDİ, AQİL ABBASI PARLAMENTİZMİN DİVARINA YAXIB GETDİ…

Стандартный

Aqil_Abbas

Məmməd Araz bir vaxt vətənin daşında mamır olmaq istəyirdi. Yəqin sonra özü də başa düşdü ki, onun mamırından kimə nə xeyir olacaq. Ona görə də kürəkəni Aqil Abbası Azərbaycan parlaentizmnin suvağı təzə çəkilmiş divarına pox kimi yapışdırıb getdi.

Vətəni Ağdamı ermənilərə peşkəş eləyib Bakıda heç Zeynalabdin Tağıyevin də çəkmədiyi kefləri çəkən bu arsız və abırsız adam hər dəfə ağzını açanda sifəti şillə istəyir. Soğan məsələsi yadınızdadır?

İndi yenə “açıqlanıb”. Prezident “işqal”ı bitirib “təxribat”a keçəndən nə qədər biqeyrət və əqidəsiz adam varsa, hamısı “təxribat” sözünü tutuquşu kimi təkrar eidir.

“(Prezident) Tovuz təxribatı və digər məsələlərə dair fikrini bildirib. İndi baş verənlərə gəldikdə hesab edirəm ki, bu, Ermənistan tərəfinin açıq təxribatıdır. Bizi təxribata çəkmək istəyirlər ki, onları vuraq, sərhədi keçək və s”.

Üç cümlədə üç “təxribat”. Bu soğanbaş deputat inanır ki, “təbliğat” sözünü nə qədər çox işlətsə, deputatlıq ömrü o qədər çox uzanar.

Əgər ermənilər istəyirlər ki, sərhədi keçəsiniz, niyə keçmirsiniz? Gəlib evinizin içində generalınızı öldürürlər, niyə cavab vermirsiniz?

Sonda soğanbaş deputat ümidini İsrailin dəstəyinə bağlayır…

İsrailin əhalisi 3-4 milyon olanda əhalisinin ümumi sayı 100 milyon olan ərəb ölkələrini qabğına qatıb qovurdu.

Əhalisi 10 milyon olan Azərbaycan 3 milyon adamı olan Ermənistanın əlində əsir-yesirdir.

Səbəbi nədir?

Səbəbi çoxdur. Biri budur ki, Azərbaycan xalqı bu şərəfsiz, və haram pula harınlamış deputatların nazını çəkməklə məşğuldur.

Məmməd Araz rahat yata bilər. Mamıra dönsəydi, kimin ondan xəbəri olacaqdı? Parlamentizim divarına pox kimi yapışdırdığı deputat Aqil Abbasın qoxusu bütün Azərbaycana yayılır…

Mirzə ƏLİL

22.09. 2020, Samara

HİKMƏT HACIYEVİ TƏCİLİ ATASIYLA GÖRÜŞDÜRÜN!

Стандартный

trend_hikmet_haciyev_300620_5

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev altı aydır ki, atasını görmür. Ata ayrılığı çox ağır dərddir. Mərhum şeyx Seyid Şərafətdin Səlyani demişdi ki, bir insan əgər atasını altı ay görməz, onun əqli başından kənar olar.

Yəni ağlı başından çıxar.

Biz demirik ki, Hikmət Hacıyevin ağlı başından çıxıb. Ancaq görünür ki, bu istiqamətdə proseslər gedir. Baxın görün Hacıyev nə deyir:

 “Ermənistan rəhbərliyi Tovuz hadisələrini guya özləri üçün dırnaqarası qələbə kimi təqdim etməyə çalışır”.

Necə yəni “dırnaqarası?  Necə yəni “guya”? Əgər bir qotur kapitan iki dılğır əsgərlə öz ərazimizdə bizim polad generalımızı, polkovnikimizi, mayorumuzu öldürürsə, bu, qələbə deyilmi? Bəs qələbə necə olur?

Görün sonra Hacıyev nə deyir:

Azərbaycanın Ermənistanla dövlət sərhədi boyunca hər hansı hərbi məqsədi yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin məqsədi sərhədlərin toxunulmazlığının, müdafiəsinin, sərhəd yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsidir.

Necə yəni hərbi məqsədi yoxdur? Sərhədin toxunulmazlığı məqsəd deyilmi? Niyə sərhəd belə pis qorunur? Üç dılğır erməni sərhədi keçib bütün regional rəhbərliyi məhv edəndə, ordu niyə cavab vermədi? Fələstinlilərin bir sınq-salxaq raketi İsrail ərazisində bir yəhudinin bir yerini cızsa, İsrail aviasiyanı qaldırır, fələstinlilərin mövqelərini darmadağın edir, bəzən onlarla insanı qırır. Hanı Azərbaycan ordusunun cavabı? Demaqoqiya cavab deyil! Demaqoqiya avam, sadəlövh adamların gözünə kül üfürməkdir!

Cənab Hacıyev, yəqin belə cəfəngiyyatı başınız pozulduğunuza görə danışırsıbnız. Təcili Gəncəyə gedin. Ya da atanızı Bakıya gətizdirin. Bəlkə ağlınız yerinə gələr və bilərsiniz ki, Paşinyan Şuşadadır və qələbə barədə dedikləri tamamiə doğrudur.

Mirzə  ƏLİL

29.08. 2020, Samara

QƏNİRƏ PAŞAYEVA TÜRMƏ NAZİRİ OLMAQ İSTƏYİR…

Стандартный

 

2

Millət vəkili Qənirə Paşayeva tələb edib ki, Azərbaycan hakimiyyətini sosial şəbəkələrdə tənqid edənlər hamısı təcili türməyə salınsınlar, müddətlərini də göstərib: iki ül, üç il, beş il…

Vaxtlı və zəruri tələbdir. Azərbaycanda ayrıca türmə nazirliyi yaratmaq və Qənirə Paşayevanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri vəzifəsindən azad edib türmə naziri qoymaq lazımdır. Çünki Azərbaycanda mədəniyyətin olmağına böyük şübhə var, ancaq türmələrin olduğuna heç kimdə şübhə ola bilməz, xüsusən, Qənirə Paşayevanın dediyi kimi, “müdrik və qədirbilən xalqımızda”.

Narahat edən bircə şey var: Qənirə Paşayeva Azərbaycanı inkişaf etmiş Avropa ölkələriylə müqayisə edir… Qənirə Paşayevaya elə gəlir ki, əgər yüksək deputat  — leqal və qyeri-leqal – qazanclarıyla bahalı Avropalı paltarları geyirsə və üz-gözünü avropalılar kimi makiyaj edirsə, olur avropalı. Şəxsən mən Qənirə Paşayevda bir avropalılıq görmürəm. O mənə sovet vaxtı Salyan bazarında yer pulu yığan arvadları xatırladır. Avropanın adını yerli-yersiz çəkib bu “müqəddəs daşlı” kontinenti təhqir eləməyin. “Bu ovçular sən maralnan mən maraldan nə istəyir…” Avropanın bəzi inkişaf etmiş ölkələrində türmələr boşdur, bir neçə ölkədə hətta türmə binasını icarəyə götürüb məsciə çevirirlər…

Bu arvad gərək bizim dövrdə Tovuzda yox, keçən əsrin əvvəllərində Almaniyada, İtaliyada doğulaydı, orda daha böyük karyera uğurları qazanardı… Ancaq  harınlamış və qaynar qanlı bu arvadın Azərbaycanda da irəliləmə imkanları az deyil… «Mersedes», «Toyota» deyil ki, Azərbaycan yarada bilməsin, türmə tikib içini doldurmağa nə var ki…

Türmə naziri…

 

Mirzə ƏLİL

07.08.2020, Samara

BƏHRAM BAĞIRZADƏ TOVUZ QUŞUNA DÖNDÜ…

Стандартный

2

Tovuz döyüşlərində erməni snayperinin atdığı koronovirusla ağır yaralanmış Bəhram Bağırzadə sağalıb və hərbi hospitalı “ura, ura” sədaları altında tərk edib. Tovuz qəhrəmanı Bəhram indi özü də Tovuz quşuna dönüb, çünki onun hospitalda yatdığı hər gün prezident ona orden, Mehriban xanım isə medal verib.

Məlum olub ki, Bəhram Bağırzadəyə yunan filosofu Sokrat özü tez-tez dəyməyə gəlirmiş. Çünki Sokrat da müharibələr qəhrəmanıdır və döyüşlərdə dönə-dönə şücaət göstərib. Sokrat Bəhrama deyib ki, Bəhram, üç peşə Tanrıdandır: müəllim, həkim, hakim. Bəhram deyib ki, Sokrat müəllim, mənim hakimlərə işim düşməyib, ancaq Azərbaycanda hakimlərə işi düşənlər yaxşı bilirlər ki, bu peşə doğrudan da Tanrıdandır. Kimə nə qədər iş lazımdır, verirlər…

Bəhram Bağırzadə hospitalı Mehriban xanımın bağışladığı qırmızı başmaqlarda tərk edib. Çünki qırmızı ayaqqabı düşmən gözü çıxarandır. Şübhəsiz, ermənilər Bəhramın şəklini görən kimi şalvarlarını isladacaqlar. İndidən kirvələr Çinə nota veriblər ki, sizdən aldığımız koronoirus niyə belə zəif oldu, niyə Azərbaycanın Çarli Çaplinini, Azərbycanın Levitanını öldürmədi…
Deylənlərə görə, prezidentin fərmanıyla Bəhram Bağırzadənin hospitaldan çıxdığı gün milli bayram elan olunacaq və “Qırmızı başmaqlar” hərbi ordeni təsis ediləcək. Şayiə var ki, həmin orden artıq təsis olunub və bir nəçə görkəmli insan, o cümlədən Siyavuş Novruzov, onu alıb döşlərinə taxıb…

Belə-belə işlər…

Azərbaycanda tolerantlığın və multikulturalizmin olmadığı vaxtlar bunun dalıycan deyərdilər: “Qırılsın keşişlər”.

Ah, getsin o günlər, gəlməsin…

Mirzə ƏLİL

27.07. 2020, Samara

ERMƏNİ BİZİ MƏLƏDİR, BİZ AMERİKALINI, AVROPALINI İŞƏDİRİK. GÜLMƏKDƏN…

Стандартный

2

Azərbaycanlıların dünyanın müxtəlif ölkələrində keçirdiyi aksiyalar mənə səyyar sirk tamaşalarını xatırladır. Bircə şeyi başa düşmürəm: niyə mənim həmvətənlərim onlara tamaşa edənərdən pul yığmırlar. Axı Puşkin özü deyib ki, sənət satılmır, ancaq tamaşaya bilet satmaq olar və lazımdır da.

Mən yüz faiz arxayınam ki, məsələn, kanadalılar məsələnin nə yerdə olduğunu başa düşsələr, gülməkdən qəşş edəcəklər ə daha “Günəş sirki”nə gedən olmayacaq, elə bizim millətdən xahiş edəcəklər ki, küçəbəküçə gəzib onlara kef versinlər.

Özünüz baxın: azərbaycanlılar böyürə-böyürə düşüblər Los Ancelesin, Vankuverin, Prahanın, Belinin küçələrinə ki, dədəm vay, ermənilər bizi mələdir. Ancaq o şəhərlərin ölkələri bilsələr ki, Azərbaycanın əhalisi Ermənistanın əhalisindən üç yarıım dəfə çoxdur, qəhqəhə çəkəcəklər. Biləndə ki, Stokholm tədqiqat institutunun (SİPRL) məlumatına görə 2009-cu ildən 2018-ci illər arasında Azərbaycanın hərbi xərcləri 24 milyard dollar, Ermənistanın hərbi xərcləri 4 milyard dollar təşkil edib, gülməkdən yıxılacaqlar. Biləndə ki, “2016-cı ildə İlham Əliyev deyib  Azərbaycan İsraildən 4,85 milyar dollarlıq silah alıb.İsrailin silah ixracının 17 faizi Azərbaycanın payına düşür”. – qəşş edəcəklər…

Hələ onlar bizim generalları görməyiblər! Yoğun boyunlarından gündəyməzlərinə qədər orden və medal asmış generalları! Əslində gərək dünya şəhərlərinin küşələrində aksiyaları o generallar keçirəydilər, o generallar yoğun qarınlarını tuta-tuta, orden-medallarının cingiltisi şəhəri başına götürə-götürə küçəbəküçə qaçaydılar!

Ah, pandemiyadan yorulmuş amerikalılar, kanadalılar, avropalılar necə də məzələnərdilər…

Hələ onlara silahların siyahısını göstərin, gülməkdən şortlarına işəyərlər:

 

Tanklar: Az-314-750; Erm.: 100-166

Zirehli maşınlar. Az.: 1100-1500; Erm.: 140-636

Artil.: Az.: 240-469: Erm.: 150-240

Döyüş vertolyotları. Az.: 18-84;  Erm.: 15

 

Belə-belə işlər…

Təəssüf ki, başqa ölkələrdə “xalq artisti”, “Əməkdar artist”, “xalq şairi” kimi adlar yoxdur. Yoxsa bizim çoxlu həmətənimiz indi Kanadanın, Amerikanın, Çexiyaın, Almaniyanın xalq artisti, əməkdar artisti olardı…

Ermənilər nə qədər ki, bizi mələdiblər, biz də amerikalıları, avropalıları işədəcəyik…

Gülməkdən…

 

Mirzə ƏLİL

26.07.2020, Samara

FAZİL MUSTAFA SABAH DEYƏCƏK Kİ, «GİRİRƏM ÇIXDIĞIM YERƏ…»

Стандартный

Fazil_Mustafa

Xəbər başlıqlarında Fazil Mustafanın “İstefa verəcəyəm!” dediyini görüb məəttəl qaldım. Xəbəri oxumamış fikirləşdim ki, yəqin bu adamın zatında iş var, yəni xalis naxçıvanlı deyil, heç bəlkə xalis azərbaycanlı da deyil. Çünki xalis naxçıvanlı və xalis azərbaycanlı heç vaxt istefa verməz, azərbaycanlını vəzifədən ancaq götünə təpik vurub çıxarırlar. Fikirləşdim ki, Fazil Mustafanın nəslinə yəqin ingilis, fransız müdaxiləsi olub, kim bilir, bəlkə Müsyö Jordan kimisinin birisi gəlib Naxçıvanda eşqbazlıq da edib. Və beləliklə Fazil Mustafanın damarlaından xeyli miqdarda fransız qanı axır və özünü vaxtaşırı avropaıl kimi aparır, hətta deputatlıqdan istefaya da gedir…

Şekspir demişkən, ah, mənim aldanışım necə də dəhşətlidir!

Xəbəri oxuyub başıma ikiəlli qapaz vurdum: Fazil Mustafa deputatlıqdan getmir, Fazil Mustafa Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən gedir…

Cəhənnəmə get, gora get…

Azərbaycanda bilən vardı ki, belə bi qrup var?

Azərbaycanda bilən var ki, Azərbaycanla İordaniya diplomatik münasibətlər qurub?

Azərbaycanda İordaniya adlı dövlətin olduğunu bilən neçə adam tapılar?

Yox, burda müsyö Jordanlıq bir iş yoxdur, Fazil Mustafanın qanı tərtəmizdir, yəni xalis naxçıvanlı qanıdır. Və bu naxçıvanlı,Əliağa Vavid demişkən, bütün Azəribaycanımzı dolayıb orta barmağına…

Qrupdan çıxır…

Cəhənnəmə çıxırsan, gora çıxırsan…

Bu söhbət mənə bir lətifəni xatırlatdı. Əslində olmuş əhvalatdır. İt oynatmaqlığıyla tanınan bir oğlanın anasıyla da zarafatı vardı. Hərdən-hərdən deyərdi: “Ana, daha mən bu yaşamaqdan bezdim. Bezdim bu dünyadan. İzn ver, girim çıxdığım yerə”. Anası da gülüb deyərdi: “Dədən eşidər, biabır olarıq”.

Təki Fazil Mustafa kimi insanlar qayıdıb girəydilər çıxdığı yerə…

Cəbhədə general ölür, polkovnik ölür, bu cüvəllağı naxçıvanlı da deyir «qrupdan çıxaram…»

Nə qədər ki belə deputatlar, belə nazirlər çıxdıqları yerə qayıtmayıblar, Azərbaycan milləti elə indiki yerində qalacaq. O yerin azərbaycanca adı yadımdan çıxıb, rusca ona “jopa” deyirlər…

 

Mirzə ƏLİL

25. 07. 2020, Samara

BİZƏ, TÜRKÜN MƏSƏLİ, KARDAŞYAN KİMİ DALLI-QABAQLI ARVAD LAZIMDIR…

Стандартный

Collage 2020-07-21 13_34_37

“Çətin vəziyyətə düşən erməni lobbisi Kim Kardaşyanın xidmətinə müraciət etməli oldu”.

İnanmaq çətindir, ancaq bunu doğrudan da prezidentin köməkçisi HikmƏt Hacıyev deyib…

Çətin vəziyyətdə kimdir? On üç hərbçini, o cümlədən generalı, polkovniki, mayoru itirən Azərbaycan ya dörd itki vermiş Ermənistan?

Doğrudanmı bizə bu zərbələri vuran Kim Kardaşyandır? Bu arvad  sarsıdıcı zərbələrini, türkün məsəli, dalıyla vurur ya qabağıyla? Və bu arvadın qabağına çıxarmağa bizdə arvad yoxdurmu? Zeynəb Xanlarova yaramırmı? Bəlkə Elmira Axundova? Mən onun cavan vaxtını görmüşdüm, dal-qabaq məsələsində Kim Kardaşyandan geri qalmazdı…

Bəlkə Milli Məclisin sədrini çıxarasınız Kardaşyanın, türkün məsəli, qabağına? İndi axı bizim, ayıb olmasın, spikerimiz də arvaddır…

Mən belə başa düşürəm ki, daha Azərbaycanda orduya ümid qalmayıb. Qarşıda əsas məsələ bizə dalıyla, qabaqğıyla zərbələr endirən Kardaşyan kimi arvad tapmaqdır…

Bəlkə müsabiqə keçirmək lazımdır?

Səfərbərlik elan edin — o qədər arvad yazılar ki…

O ki qaldı prezidentin köməkçisinə… Mən belə başa düşürəm ki, Hikmət Hacıyevin əsas vəzifəsi təlxəklikdir. Yəni məzəli sözlər danışıb prezidentin kefini açmaq. Ancaq hörmtli olmaq üçün təlxək demirlər, deyirlər köməkçi…

Yəni Molla Nəsrəddin qarğaya bildirçin deyən kimi. Deyirdi “adını siz qoymamısıız ki…”

 

Mirzə ƏLİL

21.07. 2020, Samara

TALE HEYDƏROVA MAMANIN ÖYÜDÜ: «ATINI DA TUMARLA…»

Стандартный

3

«Bu aksiya artıracaq biznesinin sayını,

Azərbaycan ordusundan alacaqsan payını.

Görün gelandevagendə erməniyə uzaqdan,

Kasıb  kəndçi uşaqları, əzizim, sənə qurban!»

Mirzə ƏLİL

17.07. 2020, Samara

 

 

GENERAL POLAD HƏŞİMOV

Стандартный

1

General-mayor Polad Həşimov kimdir?

«Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi».

Bu sözləri jurnalist Seymur Kazımov Tovuz istiqamətində gedən döyüşlərində həlak olmuş general-mayor Polad Həşimov haqqında deyir.

Polad Həşimov illər əvvəl N saylı hərbi hissədə jurnalist Seymur Kazımovun qərargah rəisi olub.

Jurnalist general-mayoru «çox dəyərli vətəndaş və zabit» olaraq yad edir.

Onun vəfatını «cəmiyyət üçün böyük itki» adlandırır.

Qohumları Polad Həşimovu çox yaxşı insan kimi xatırlayır, onun barəsində «sonuncu loxmasını bölən, sadə insan» deyirlər.

Polad Həşimov kim idi?
1975-ci ildə Sumqayıtda doğulmuş Polad Həşimov əslən Qəbələnin Vəndam kəndindəndir.

Elə aldığımız məlumata görə onun nəşi də bu saatlarda o kəndə aparılır.

Polad Həşimov Sumqayıtda məktəbi bitirib. Sonra Heydər Əliyev adına ali məktəbdə təhsil alınb və təhsilini Türkiyədə davam etdirib.

Onun 3 övladı var, iki oğlu, bir qızı. Qızı onun böyük övladıdır və hələ də orta məktəbi bitirməyib.

O, Murov və Daşkəsən kimi bir neçə döyüş bölgəsində xidmət edib.

Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib, bunu qohumları deyir.

Bu saatlarda Sumqayıtda onun evinin önünə yüzlərlə vətəndaş toplaşıb və onun nəşini gözləyir.

Yerli media yazır ki Polad Həşimov ikinci fəxri xiyabanda dəfn ediləcək.

Əsgərin yanında olan general-mayor
«Cəsur, mərd zabit idi, həm əsgərlər, həm də zabitlər arasında kifayət qədər hörməti var idi. Hər zaman əsgərin yanında idi», Seymur Kazımov Polad Həşimov haqqında danışır.

«O, hər dəfə deyirdi ki, əsgər zabitərinə görə hər zaman ölümə gedir, çünki əsgərlər öndə olurlar və əmr verilən kimi irəli atılırlar. Biz bu gün gördük ki, onun özü ön sırada getdi və şəhid oldu,»- Seymur Kazımov deyir.

Jurnalist deyir ki, general-mayorun ölümü onun üçün çox ağırdır.

«Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı,» jurnalist deyir.

Seymur Kazımov 2 dəfə general-mayorun cəzasına da məruz qaldığını xatırlayır.

«…bir dəfə yayın istisində stadionu 10 dairə qaçırtdı mənə, özü də otağının pəncərəsindən seyr edirdi. İkinci dəfə də, hərbi andı 100 dəfə əzbər dedirtdi. Nə deyim, xəta məndə idi, cəzamı çəkməliydim», o deyir.

«2006-cı ilin yay ayı idi, mənim də hərb xidməti başa vurmağıma günlər qalırdı, axşam yoxlanışında kazarmanın yanından keçəndə nə üçün yatmadığımı soruşdu, mən də futbola baxmaq istədiyimi bildirdim. Apardı məni otağına, birlikdə futbola baxdıq, doğrusu, hansı oyun idi, yadımda qalmayıb.

Hərbi xidməti başa vurduğum gün qərargaha getdim ki, sağollaşam. Bayırda gözləməyimi tapşırdı. 10 dəqiqədən sonra əlində xidməti xasiyyətnamə ilə gəldi və mənə uzatdı. Gözucu baxdım, təşəkkür etdim. İstədim əlini sıxam, amma bacarmadım, zabit zəhmi gözlərində idi. Hərbi salam verdim, o da jestimə qarşılıq verdi. Əsgər və zabit kimi sağollaşdıq. Bir daha görüşmədik».

Amma Seymur Kazımov 2018-ci ilin mart ayıda komandirinin adına olan təpəyə baş çəkə bilib.

«Talış yükəkliklərində 7 döyüş postu var. Biri «Polad postu» adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər», o deyir.

Sosial medianın gündəmində Azərbaycan — Ermənistan sərhədinin Tovuz istiqamətində üç gündür ki, gedən döyüşlərində həlak olanlardır.

Bir çoxları general-mayor Polad Həşimov haqqında öz xatirələrini bölüşüblər.

Onun vətənə sonsuz sevgi bəslədiyini, döyüşlərdə qəhrəmanlıq etdiyini, öz evini bir şəhid ailəsinə verdiyini yazanlar var.

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə 11 şəhid verdiyini bildirir.

Onlar general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev oğlu, mayor Namiq Əhmədov oğlu, mayor Anar Novruzov oğlu, gizir İlqar Zeynallı oğlu, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirovdur.

https://www.bbc.com/azeri/azerbaijan-53409502

 

2013-C İLDƏ POLKOVNİK-LEYTENANT POLAD HƏŞİMOV MAYOR RÜTBƏSİNƏ ENDİRİLİB

Öldürülən əsgərə görə iki nəfər həbs edildi

Yayım tarixi :
11/1/2013
Baş leytenant Veysəl Ağayev və gizir Müqəddəs Qurbanov həbs ediliblər
Azərbaycan Ordusunun Daşkəsən rayonunda yerləşən “N”� saylı hərbi hissəsində xidmət edən əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı daha iki nəfər barəsində tədbir görülüb.
Read the rest of this entry