Tag Archives: Pirəbbə kəndi

22 İYUN 1994 — XƏLİL RZANIN VƏFATI

Стандартный

XƏLİL RZA

Xəlil Rza (d. 21 oktyabr, 1932, Pirəbbə, Salyan rayonu (kənd indi Neftçala rayonuna daxildir), Azərbaycan SSR — ö. 22 iyun, 1994, Bakı, Azərbaycan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın Xalq şairi (1992). “İstiqlal” ordeni ilə təltif olunub.

XƏLİL RZA

 İGİDLƏR, DAHİLƏR

Baxıram… gəbristan qəbirlə dolu,

Nəsillər yanında nəsillər yatır.

Birləşir köhnənin, təzənin yolu,

Əsrlər üstündə əsrlər yatır.

Fikirlər içində çırpınır könlüm,
Gedən yer üzünə bir daha gəlmir.

Həyatdan hamını qoparır ölüm,

Yalnız dahilərə toxuna bilmir.

Nəsimi, alnında qanlı bir qürur,

Baxır kainata öz dan yerindən.

On dördüncü əsr yıxılır, durur,
Tututr o dahinin ətəklərindən.

Baxıram, qəbristan qəbirlə dolu,

Neçəsi bəzənib mərmərlə, zərlə.

Daşlar parçalanıb, sınıb, ovulub,

Ciyərlər dağlayan hönkürtülərlə.

Çiçəklər düzülüb, güllər səpilib,
Üstünə, başına, həndəvərinə.

Dodaqla öpülüb,  gözlə öpülüb,

Ağaclar göyərib həsrət yerinə.

Ancaq yenə batıb məzarlar yasa,

Heç birinin səsi, sədası gəlmir.

Ölən öz-özünü yaşatmayırsa,

Onu heç bir qüvvə yaşada bilmir.

Məzarlar – torpağın dərdi, qübarı,

Keçər aylar, illər…unudularmış.

Fəqət sən yad elə yaradanları,

Məzarlar torpağa şöhrət olurmuş.

Mamırlı, yosunlu məzarlar nə çox,

Fəqət yepyenidir Sabir, Nizami.

Dahilər torpağa ölü kimi yox,

Bəlkə basdırılır xəzinə kimi.

Sən qorxma ölümün kor qüvətindən,

Mayakdır qarşıda Spartak, Babək.

Tarix ölməzləri yetirənlərin,

Göstərdiyi yolla gedib… gedəcək.

 1973

Реклама