Tag Archives: Petropavlovsk — Sabirabad

17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Стандартный
17 APREL -SSRİ XALQ ARTİSTİ LÜTFİYAR İMANOVUN DOĞUM GÜNÜ

Lütfiyar İmanov (17 aprel 1929, Petropavlovka — 21 yanvar 2008, Bakı) — Azərbaycan opera müğənnisi.(dramatik tenor),Bakı Musiqi Akademiyasında müəllim-professoru.

Lütfiyar İmanov  Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən -1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakultəsini bitirmişdir. 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. «Karmen», «Faust», «Otello», «Trubador», «Aida», «Riqoletto» və s. klassik opera əsərlərində rollar oynayıb. 21 yanvar 2008-ci ildə Bakı şəhərində rəhmətə getmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.