Tag Archives: ordunun itkiləri

AZƏRBAYCANIN FACİƏVİ ŞƏHİDLİYİNİN RƏMZİNİ DAHİ PİKASSO YARADIB…

Стандартный
AZƏRBAYCANIN FACİƏVİ ŞƏHİDLİYİNİN RƏMZİNİ DAHİ PİKASSO YARADIB…

KASIBLARIN SÜFRƏSİ

Azərbaycanı müdafiə nazirliyi itkilərin natamam siyahısını elan edib, eyni zamanda şəhidlərin yaxud şəhidliyin rəmzini də Da Vinçi fırçasıyla yaradıb. Rəsm sənətinin bilicisi deyiləm, başa düşmədim ki, bu rəmz quşdur ya çiçək. Ya da quşçiçəkdir.
Deyək ki, Quşçiçəkdir.

İndi hər lotu-potu bu quşçiçəyi yaxasına taxır, alnına yapışdırır…

Qonşumuz Qismət kişi istəkli nəvəsi Ağamoğlanı itirib. Mənim keçmiş şagirdim, indi Bakıda yaşayan K. telefonla mənə deyirdi ki, kəndə gedibmiş. Dedi «Qismət dayıyla görüşdüm, danışa bilmirdi, elə ağlayırdı…»

Bu Quşçiçəkdən Qismət dayıya nə təsəlli?

Bu Quşçiçək Azərbaycanda kasıblığın, haqsızlığın, ədalətsizliyin rəmzidir.

Ömrü boyu kolxozçu və sovxoz fəhləsi olmuş Qismət kişi haçan ədalət görüb?

Briqadirlərin, şöbə müdiirlərinin, partkomların, təhkimçilərin, milis, məhkəmə, raykom işçilərinin, prokurorların həyatı kolxozçunun, sovxoz fəhləsinin həyatından həmişə fərqlənib. Onların özləri, arvadları, uşaqları hər yerin yuxarı başında olublar. İndi də vəzifəlilər və pulluların yeri yuxarı başdadır. Hər yerin yuxarı başında.

Şəhidlik zirvəsi – kasıblar üçün uydurulmuş yuxarı başdır. Kasıblıq zirvəsi mənim ana dilində oxuduğum, eşitdiyim ən abırsız, ən şərəfsiz, ən vicdansız ifadədir. Hansı məqalədə, hansı postda bu ifadə rast gəlsə, onu işlədənin ünvanına rusca yağlı bir «tvoyu mat…» deyirəm. Yəni » sənin ananı…»

Hansı vəzifəli, pullu övladını o zirvədə görmək istədi? Haçan?

Mən Qismət kişini tanıyıram. Ölən gününəcən ağlayacaq…

Siz Ağamoğlan kimi məsum, sütül nəvəsini itirmiş səksən yaşlı zəhmətkeşin yaxasına Quşçiçək taxmaq istəyirsiniz?

Azərbaycan şəhidliyinin, faciəvi Azərbaycan şəhidliyinin rəmzini dahi Pikasso 1904-cü ildə yaradıb. Əsər “Kasıbların süfrəsi” adlanır…

Duvarda təkcə dəfndən çəkilmiş şəkil çatışmır…

Mirzə  ƏLİL

03. 12. 2020, Samara

Unikal.Az-a: ŞƏHİDLƏRİN XATİRƏSİNİ AĞALAR VƏLİYEV KİMİ MAYGÜLÜLƏRƏ TƏHQİR ETDİRMƏYİN!

Стандартный

Ağalar Vəliyev

Azərbaycan ordusunun verdiyi itkilərin sayı yəqin ki, üç min və bəlkə daha çox olar, hər ölənə dörd yaralı saysaq, yaralıların sayı 12 mindən çox olar. Hər şəhid və yaralının orta hesabla üç-dörd ailəyə aidliyini və bu ailə üzvlərinin təxmini sayını nəzərə alsaq, on minəlrlə insanın yas içində olduğunu görərik. Sosial şəbəkələrdə şəhidləri ölüm xəbərindən sarsılıb ölən analar, nənələr, atalar barədə xəbərlər yayılır. Ölkə rəbərliyindən, ölkə ictimaiyyətindən maksimal ciddilik tələb olunan vaxtda yenə dövlət mətbuatı öz səhifələrində on illərlə xalqı, xəzinəni qarət edən, varlanan, harınlanan adamları reklam edir. Müharibədə heç bir yaxın adamı iştirak etməyən, yəqin ki, situasiyadan istifadə edib sərvətini daha da artıran bu şarlatanlar, lotular sağa-sola “açlqlama” verir, döyüşlərin gedişini şərh edirlər.

“Ordumuz döyüş meydanlarında bir sıra innovativ texnologiyaları məharətlə tətbiq etməklə, taktiki və strateji əməliyyatları düzgün əlaqələndirməklə dünya hərb tarixinə yeniliklər bəxş edir”.

Bir şey başa düşdünüz?

Bunu ən korrupsioner deputatlardan olan Ağalar Vəliyev deyib. Bu Ağalar Vəliyevi üstünə iki əsgər gətirəsən, yıxalar yerə, avtomatı dirəyələr bunun murdar ağzına və soruşalar: “Adam kimi danış, maygülü, nə demək istəyirsən?”

Bu Aqrartikinti bossu illərlə altını dolduranda indi cəbhədə can verən əsgərlər kənddə bir-iki hektar torpaqda qan-tər axıdıblar, yonca, taxıl yetiriblər, belə oğraşların zəbt elədikləri örüşlərin yanından oğurluqca heyvan aparıb otarıblar, dabanları əsgər çəkməsi geyməmişdən yara olub. İndi bu oğraş müharibənin gedişini şərh edir.

Bu nə deməkdir?

Bu o deməkdir ki, müharibənin necə bitməyindən asılı olmayaraq heç nə dəyişməyəcək. Azərbaycan dövləti yenə Paşa Holdin+ kimi yaşayacaq, heç kimin seçmədiyi şarlatan ə şortu deputatlar xalqı zəli kimi soracaqlar, erməniləri iti qovan kimi qovmuş qəhrəman əsgər isə bələdiyyə üzvlüyünə də buraxılmayacaq.

Unikal-az-a dövlət xəzinəsindən nə qədər pul gedir?

Bəzi şəhid evlərinin şəkillərini sosiaı şəbəkələr qoyurlar  — bu gün ölkənin şərəfi uğrunda həyatını verən gənclərin bəziləri az ömrü ərzində heç əməlli-başlı evdə də yaşamayıb.

Ağalar Vəliyev kimi qalstuklu oğraşların bu günlərdə reklam edilməsi şəhidlərini xatirəsinə təhqir deyilmi??

Unikal.az-da işləyən şərəfsizlər: Azərbaycan əsgərinin gücünü görürsünüz. Onun yumruğu bir gün sizin də çənənizə çırpıla bilər!

Özünüzü abırlı aparın!

Mirzə ƏLİL

  1. 11. 2020. Samara

ŞƏHİDLƏRİN ŞƏKİLLƏRİNİ QADAĞAN EDİRLƏR Kİ, SONRA ŞEYPUR-TƏBİL ÇALDIRIB XATİRƏLƏRİNİ YELƏ VERSİNLƏR…

Стандартный

Nizami Aydəmirov

Qubalı yetim şəhid Nizami Aydəmirov

Vikepediyada yerləşdirilmiş məqalədən görünür ki, son müharibə başlanana qədər Azərbaycanın tərkibində 66 rayon olub.

Hər rayonun bir başçısı – 66 nəfər.

Hər başçının ən azı üç müavini – bu eləyir 198. Başçılarla birgə — 264

Ən azı beş şöbə midiri və ya departament rəisi – bu eləyir 330. Hamısı bir yerdə — 594

Rayon məhkəməsinin işçiləri: hüquq vəzifəli olanların minimumu sayı 10 nəfər. Bu eləyir 660. Hamısı bir heydə — 1254

Minimum 10 nəfər hüquq vəzifəli prokurorluq işçisi: bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 1914

Fövqəladə hallar nazirliyinin rayon şöbəsinin rəhbər işçiləri minimum 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 2574

Polis idarəsinin rayon rəhbərliyi: ən azı 10 nəfər. Bu eləyir 660 nəfər. Hamısı bir yerdə: 3234

Rayonlarda böyük kənd və qəsəbələrin icra başçıları. Minimum 20 nəfər. Bu eləyir 1320 nəfər. Hamısı bir yerdə  4554.

Rayonlarda banklar var, biznes var, yəni xeyli imtiyazlı adam var.

Bu halda təəccüblü deylmi ki, rayon şəhidləri müstəsna olaraq kasıb kənd ailələrindndir? Kasıbların, yetimlərin qanıyla qazanılan qələbəni ölkə  qan kimi qusmazmı?

Bu necə ordudur? Niyə qubalı atasız-anasız yetim Nizami Aydəmirov müharibənin ilk günlərində ölməliydi? Nizami Aydəmirov həyatınnı kimə borcluydu? Vətənə? Arif Paşayevə? Kəmaləddin Heydərva?

Azərbaycanda respublika tabeli 11 şəhər var. Ən böyüyü Bakıdır. Əhalisi 2,3 milyondur. Yəni Bakınıın əhalisi ən böyük rayonlardan olan Ağcabədinin əhalisindən 20 dəfə çoxdur. Ona görə də Ağcabədidən ya Şamaxıdan cəbhədə həlak olan, ağır yaralanan əsgərlərin sayını Bakıdan öləənlərin və yaralanların sayı ilə müqayisə etmək vacibdir.

Müharibə şəraitində əhalinin 10 faizini potensial silahlandarmaq imkanı var. Belə çıxır ki, paytaxt ən azı 200 min  silahlı əsgər verə bilər. Bu halda niyə müharibənin ilk və ən ağır günlərində az təlim gürmüş kənd uşaqları qırılıblar?

Mən 100-ə yaxın şəhidin şəklini sosial şəbəkələrdən götürüb bloqumda payşamışam. Onlardan üçü atasız-anasız yetimdir! 10 milyon əhalisi olan ölkə 3 milyondan az əhalisi olan ölkə ilə döyüşür və uşaq evindən çıxmış yetimləri  qabağa verir!

Azərbaycanda neçə nazirlik var?

Hər nazirin neçə müavini var?

Hər nazirlikdə neçə baş idarə, departament var?

Milli Məclisin neçə deputatı var?

«Parlamentin» aparatında nə qədər adam işləyir?

Azərbaycanda nə qədər “parket” generalı var?

Məhərrəm Əliyevin kimləri vuruşur?

Plastiik kütlə generalı Vaqif Axundiovun kimləri vuruşuir?

Paşayevlərdən vuruşan var?

İtkiləri kimdən gizlədirsizinz? Ermənilərdən ya Azərbaycan xalqından?

Üç bacının yeganə qardaşını ölümə göndərəndə nə fikirləşirsniz? Siz nəsli kəsirsiziniz! Siz yaşayacaqsınız, doğub-töryəcəksniz, onlar – yox!

Qubalı yetim Nizami Aydəmirovun ölümünü kimdən gizlədirsiniz?

Niyə Azərbaycan ordusunun əsasən kasıb fəhlə-kəndli balalaırının həyatı bahasına döyşdüyü məsələsi həmişə üstüörtülü qalmayacaq. Xalq ermnilərə qarşı qalxdısa, öz içindən olan müstəbidlərə, qaniçənlərə qarşı da qalxacaq.

Siz 18-19 yaşlı rayon uşaqlarını labüd ölümə göndərir,  onların xatirəsini yad etməyi də qadağan edirsiniz. Gözləyirsiniz ki, müharibə qurtarsın, şeypur, təbil çaldırıb minlərin xatirəsini yelə verəsiniz!

Bunu edə bilməyəcəksiniz!

18 yaşlı kasıbın, yetimin həyatına qıyanlar gec-tez qan qusacaqlar!

Xeyrulla Xəyal

01. 11. 2020, Samara

CƏNAB DƏRGAHLI! ÖLƏNLƏRİ İTKİ SAYMIRSINIZ? BƏLKƏ ONLARI HEÇ ADAM SAYMIRSINIZ?

Стандартный

Vaqif Dərgahlı

Hörmətli cənab Dərgahlı!

Hər gün, bəzən gün ərzində bir neçə dəfə erməni tərəf Azərbaycan tərəfinin  nə qədər saydasa itki verdiyini bildirir. Siz də deyirsiniz ki, yalandır, o qədər deyil.

Bəs nə qədərdir?

Ermənilər öz ölənlərinin siyahısını müntəzəm yayırlar və həlak olanlar haqqında bütün məlumatı göstərirlər. Bizdə şəhidlərin adları ordan-burdan çıxır. Elə bil ki, şəhid deyillər, cinayətkardırlar, bank yarmağa gedəndə öldürülüblər.

Şəhidlik haqqında dastanlar qoşursunuz, şəhidliyi zirvə adlandırırsınız, ancaq şəhidlər yarıxəlvət dəfn olunurlar, onların haqında məlumat yaymağa qoymurlar. Bu nə deməkdir?

Necə yəni itki yoxdur? Siz ölənləri itki saymırsınız? Bəlkə siz ölənləri heç adam saymırsınız?!

Mənim belə deməyə haqqım var. Çünki neçə ildir Zakir Həsənov cəbhədə «qəhrəmanlıqla həlak olanları» üçüncü dərəcəli medalla təltif edir. Halbuki «Şərəf», «Şöhrət» ordenləri şərəfsiz, namussuz adamlara səxavətlə paylanır.

Erməni tərəf öz döyüşçülərinin adlarını nəinki gizlətmir, onlara fəxri adlar da verir. Bunlar müharibədə vacibdir. Sizin üçünsə sizin özünüzdən vacib heç kim yoxdur. Biz hətta ekranlarda, şəbəkələrdə Məhərrəm Əliyev adında anlaşılmazlığı da görürük, şəhidələri yox.

Siz özünüz övlad itirmisiniz?

Salyanlı Əli Tağıyevin faciəsindən xəbəriniz var? Bir həftədən sonra məlum olub ki, iki şəhid dəyişik  salınıb, özgə qəbirlərdə basdırılıblar…

Xalqın uşaqları ali baş komandan ya onun xanımı üçün yox, Vətən üçün döyüşür. Vətən öz qəhrəmanlarını tanımalıdır.

Vicdanınız olsun!

Ölkədə bayram deyil, müharibədir! Sütül uşaqlar, gənc atalar ölürlər. Bakıda fişəng atırlar. Kefdir. Siz istəyirsiniz ki, Bakının kefi pozulmasın?

Cənab Dərgahlı, niyə Astaradan, Lerikdən, Salyandan itkilərin sayı belə çoxdur? Əgər bütün rayonlar belə itkilər verirsə, Bakısız, Gəncəsiz itkilərin sayı 500-dən çox olmalıdır.

Yoxsa elə salyanlılar, astaralılar, biləsuvarlılar ölürlər?

Siz ordunu hansı prinsiplər əsasında qurmusunuz? Niyə ölmək ancaq müəyyən təbəqələrin və müəyyən regionlardan olanların boynuna düşür? Gec-tez, müharibənin nəticəsindən asılı olmayaraq, bu sualları sizə verəcəklər!

Şəhidlərə hörmət edin! Qəhrəmanların adlarını xalqa çatdırın! Dəfnlərini göstərin! Bakılılar da bilsinlər ki, vətən müharibəsidir.

Və, zəhmət olmasa, özünüzə əziyyət verib  şəxsi heyətdəki bu qanlı, amansız disproporsiya barəsində  fikirləşin. Müharibə hamnındır ya kasıbların?

Xalq şəhidlərinin adlarını bilmək istəyir! Zalımlar! Elan edin ki, heç olmasa, “Allah rəhmət eləsin!” deyə bilək…

Xeyrulla Xəyal

06. 10. 2020, Samara