Tag Archives: ombudsman Səbinə Əliyeva

OMBUDSMAN SƏBİNƏ ƏLİYEVA BELƏ CƏZALANDIRILDI

Стандартный

1

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirakına görə ombudsman Səbinə Əliyeva da cəzalandırılıb və məhərrəmlik nəzərə alınaraq ona 29 (iyirmi) şallaq cəzası kəsilib. Şallağı Milli Məclisin ən canısulu arvad deputatı, əməkdar ekzekutor Qənirə Paşayeva vurub. Hər şallaq dəyəndə ombudsman «Ya Hüseyn!» deyirmiş. 

Cəzanın icrasını əlahəzrət prezident öz sarayanıda canlı yayımla izləyib və aparıcı Azərbaycan jurnalistlərinin yazdığına görə, «göz yaşlarına hakim ola bilməyib».

Mirzə Əlil

23.08. 2020, Samara

FUAD QƏHRƏMANLI OMBUDSMAN SƏBİNƏ ƏLİYEVANI QƏBUL EDİB

Стандартный

Səbinə Əliyeva

Azərbaycan xalq cəbhəsi partiyasının həbsdə olan fəalı Fuad Qəhrəmanlı ombudsman Səbinə Əliyevanı qəbul edib. Səbinə xanım öz durumundan Qəhrəmanlıya şikayət edib. Deyib ki, əri Siyavuş Novruzovun başı xarab olub, yüzə yaxın orden və medalı yaxasına taxıb düşüb küçələrə. Siyavuş Novruzov iddia edir ki, Napoleon Moskvaya girəndə şəxsən fransız imperatoru ilə bir yerdə olub. İran şahını da Xomeyni iə köməkləşib o yıxıb.

Fuad Qəhrəmanlı deyib ki, Napoleon haqqında məlumatı yoxdur, ancaq Xomeyni haqqında Siyavuşun dediyi yalandır, çünki şahı yıxanda Xomeyninin yanında Tale Bağırzadə olub.

Ombudsman Fuad Qəhrəmanlının yanında xeyli ağlayıb. Fuad Qəhrəmanlı Səbinə Əliyevaya təsəlli verərək vəd edib ki, onun ağır durumu barədə məlumatı Xalq cəbhəsi partiyasının rəhbərliyinə və beynəlxalq təşkilatlara çatdıracaq. 

 

Mirzə Əlil

03.08.2020, Samara

SİYAVUŞ NOVRUZOV ANASININ QARNINDA İDMANLA MƏŞĞUL OLURMUŞ…

Стандартный

2

Sabit Rəhmanın “Toy” komediyasının qəhrəmanı Kərəmov idia edirdi ki, altı aylıq olanda atası ilə tarlada işləyirmiş.

Bu günün qəhrəmanı Siyavuş Novruzovun bioqrafiyasını yazanlar iddi edirlər ki, bu boynuyoğun deputat “10 yaşından professional idmanla məşğul olub”. Özü də bu cümlə Vikipediyanın bir məqaləsində iki dəfə təkrar olunur.

Oxuyan kimi istəyirsən deyəsən ki, yalançının lap…

Siyavuş Novruzov bir Allah qəzəbi ya da Azərbaycana üz vermiş təbii fəlakət kimi 1969-cu ildə doğulub. 1979-cu ildə 10 yaşı olub və hamı kimi SSRİdə yaşayıb. SSRİ də isə “professional idman” yox idi! Heç 1989-cu ildə də yox idi!

SSRİdə peofessional idman olsaydı da, 10 yaşlı Siyavuş Novruzov bu idmanla məşğul ola bilməzdi, çünki 10 yaşlı uşaqlar heç bir ölkədə professional idmanla məşğul olmurlar.

Və 10 yaşında professional idmana keçən uşaq gərək idman məşğələlərini anasının qarnında başlaya…

Yəni Siyavuş Novruzovun bu iddiası ağ yalandır. Həmçinin onun güləş üzrə  (hansı güləş?) SSRİ idman ustası olmağı da yalandır. Çünki bunun heç bir sübutu yoxdur. Axtarın İnternetdə Siyavuş Novruzov adlı güləş üzrə idman ustasının izi-tozu yoxdur.

Vikipediyada yazılan məqalədə iddia olunur ki, Siyavuş Novruzov Qarabağ uğrunda döyüşlərdə iştirak edib. Bu qayda ilə iddia etmək olar ki, Siyavuş Novruziv Teymurlənglə, Sultan Səlimlə, Napoleonla vuruşub və Kərəmovla birlikdə Nikolayı Culfa dəmir yolunacan qovub.

Harda vuruşub? Qarabağın harasında? Hansı kəndlərdə? Hansı ildən hansı iləcən?

Mən yüz faiz arxayınam ki, Siyavuş Novruzov Qarabağda bir gün də vuruşmayıb, hardasa altını qızdırıb, boynunu yoğunladıb. Bu adamın bioqrafiyası başdan ayağa yalandır və buna görə onun heç bir iddiası etibar doğura bilməz.

Vikipediyadakı məqalədə onun ingilis dilini bildiyi iddia olunur.

İngilisin daşı bu məqaləni qondaranların başına!

Əgər Siyavuş Novruzov ingiliscə öz yalançı bioqrafiyasının yarısını danışa bilsə, mən adımı dəyişib qoyaram Mirzə Təbil.

İddia edilir ki, 1990-95-ci illərdə Bakı universitetində oxuyub.

Bəs Qarabağda nə vaxt vuruşub? Akademik məzuniyyət götürüb? İmtahanlarını ermənilərə verirmiş?

Fəlsəfə doktorudur!

Gorunuz çatlasın, Sokrat, Platon, Kant, Şopenhauer!

Kant kimi filosofu olan alman xalqı Mersedes kimi avtomobil də yaradır.

Siyavuş Novruziv kimi filosofu olan xalqa Allahın verdiyi çay da quruyur!

 “Vətənə xidmətə görə” 1-ci dərəcəli orden alıb.

Kül millətin başına!

Təltiflərinin sayı 35-ə qədərdir.

Hətta veteranlar birliyi də ona medal verib. Bu medalın verilməyi məni ordendən də çox darıxdırdı.

Ay bu medalı Siyavuş Novruzova verən veteranlar, icazənizlə Mirzə Əlil sizin də başınıza kül qoyur!

Layiqsiniz…

Mirzə ƏLİL

03-07. 2020, Samara