Tag Archives: Ocaq qəzeti

7 APREL 1906 — «MOLLA NƏSRƏDDİN» JURNALININ İLK SAYI ÇAPDAN ÇIXIB

Стандартный
7 APREL 1906 — «MOLLA NƏSRƏDDİN» JURNALININ İLK SAYI ÇAPDAN ÇIXIB

Молла́ Насредди́н (азерб. Molla Nəsrəddin) — азербайджанский еженедельный иллюстрированный сатирический журнал, издававшийся в Тифлисе (1906-1914, 1917), Тебризе (1921) и в Баку (1922—1931). За 25 лет было издано 748 выпусков журнала (340 — в Тифлисе, 8 — в Тебризе и 400 — в Баку).

Molla Nəsrəddin — Azərbaycan dilində satirik, populyar jurnal. İlk sayı 1906-cı il aprelin 7-də (köhnə təqvimlə 20-də) Tiflisdə işıq üzü görüb.

«Molla Nəsrəddin»in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

Реклама

«MOLLA NƏSRƏDDİN»: SİĞƏ ARZUSUNDA

Стандартный

1913 gÖRƏSƏN BUNLARDA SİĞƏ VAR YOXSA ELƏ BİZİM

«GÖRƏSƏN BUNLARDA DA SİĞƏ ELƏMƏK  VAR? YOXSA ELƏ BİZİM ŞƏRİƏTİMİZ GENİŞLİKDİR?»

«Molla Nəsrəddin», 1913-17

“ƏKİNÇİ”: ƏRKİVANDA SU QITLIĞI

Изображение
“ƏKİNÇİ”: ƏRKİVANDA SU QITLIĞI

Lənkərandan yazırlar ki, bu il qışda qar yağmadığına dağlarda qar yoxdur. Ərkivan mahalının sakinləri ki, öz çəltiklərini Viləş çayının suyu ilə suluyurlar, bu il çox az çəltik əkdilər. Hər qəryə iki evin yerini əklb ki, gələn ilin toxumu ələ gəlsin. Zikr olan çayın suyu nə qədər az da olsa, xalqa çatardı, amma onun başından 3 arx aparılıb. Birisi İməs, birisi Qazitski, birisi Miribrahim bəyin yerlərinə. Su çox olanda ol arxların xalqa zərəri yoxdur, amma bu halda çox zərər eləyir. Və yenə yazırlar ki, keçən səfər ayında Qızılağac qəryəsində bir quduz çaqqal 7 adam tutmuşdu ki, hamısı vəfat etdi. Və Masallı qəryəsinin qəbiristanlığında məhərrəm ayında birkaftar 3-4 qəbir qazıb meyitləri yemişdi.

12 may 1877

«ƏKİNÇİ»: QUYULAR FƏVVARƏ VURUR, NEFT İSƏ BAHADIR

Стандартный

EKIN

Neft baha satılmağının bir səbəbi budur ki, onu qeyri yerlərə çəllək ilə aparanda neft duru olduğuna çəllək axır. İndi “Russki mir” qəzeti yazır ki, Peterburqda bir firəng hükəması gəlib ərizə verib ki, mən nefti bir qeyri yerə aparmaqdan ötrü onu bərk şeyə döndərib, genə sonra duru edə bilirəm. Ona binaən dövlətdən izn istəyir ki, ona Rusiyada neft aparmaqdan ötrü ona icma bina etməyə ixtiyar versin.

====================================

Əgərçi bu halda Badkubənin neft quyularının bəzilərindən neft fəvvarə vurub çıxır, amma bunilə belə neftin qiyməyi artır. Bu halda qara neftin yaxşısının putu 10 qəpik.

14 APREL 1877

«ƏKİNÇİ» AMERİKA NEFTİ BAKI NEFTİNİ QİYMƏTDƏN SALIR

Стандартный

EKIN

Peterburqdan “Bakincki izvestiya” qəzetinə yazırlar ki, Badkubədə qayrılan neft cövhəri gün-gündən qiymətdən düşür və buna səbəb oldur ki, Amerka cövhəri çox təmiz olduğuna görə hamı onu işlədir, əgərçi o, Bakı neftindən baha satılır.

3 март 1877

«ƏKİNÇİ»: SALAHLIDA QAZAN SAKİNİ MƏKTƏB AÇIB

Стандартный

EKIN

Gəncə quberniyasının Salahlı qəryəsində bir Qazan şəhərli müsəlman uşaqları üçün məktəbxana açıb onlara rus dili oxudur. İndi “Tifflisski vestnik” qəzeti yazır ki, Tiflis şəhərində sakin olan Dicon Milvil adlı ingilis ki, Londonda bina olan Tövrat icmasının calisidir, zikr olan məktəbxanaya 65 kitab və iki atlas, yəni kürreyi-ərzin şaklini ki, türk dilində çap olunubdur, bağışlayıb.

4 yanvar 1877

«ƏKİNÇİ»: DAĞISTANLI ƏLİ NAZLI OLUB…

Стандартный

EKIN

Zəkərtala şəhərindəın yazırlar ki, bir dağıstanlı Əli adlı kişi saqqal və bığını naqqaş ilə didib, övrət libası geyib adını Nazlı qoyub, bir meçə ildir Zaqatala şəhərində və onun ətrafında olan kəndlərdə qarabaşlıq edir və genə yazırlar ki, keçən noyabr ayında Car dərəsinin dəyirmançısı qız və gəlinlər dəyirmana gələndə onları görüb hərəkətə gəlməkdən özünü saxlamaqdan ötrü , bir iti bıçaq  ilə istəyib özünü axtalasın, amma ol zaman qəşş edib, onu bir gün bir gecədən sonra tapıb  divanxanaya göndərib, mərizxanada ona 3 ay müalicə edəndən sonra sağ olub.

17 mart 1877

«ƏKİNÇİ»:»MŞAK» QƏZETİ YALAN YAZIR

Стандартный

EKIN

“Mşak” qəzeti həmişə yazır kiI Osmanlı dövlətinin zülmündən ermənilər qaçıb Rusiya vilayətlərinə köçüh və çbh dəfə yazıb ki, filan günü bir böyük dəstə erməni başaçıq, ayaqyalın Gömrü qalasına gəlib. İndi ermənilərin qeyr qəzetlərinə Gömrü qalasından yazırlar ki, bu xəbərin heç əsli yioxdur və indiyəcən Gömrüyə bircə də erməni gəlməyib.

«ƏKİNÇİ»: TİFLİSDƏ OSMANLI KONSULUNU VƏ ARVADINI ÖLDÜRÜBLƏR

Стандартный

“Tiflisski vedomosti” yazır ki, oktyabrın 10-da axşam saat səkkizdə Osmanlı dövlətinin Tiflis şəfərində olan general-konsulu cənab Bidciti və onun övrətini şldürüblər. Ol cənab özü qrek, övrəti polka və hər ikisi xristian imişlər. Konsula xəncər ilə 20 yara yetişib. Onları öldürən məlum deyil, amma belə məlum olur ki, onlar evin yolunu yaxşı bilirlər imiş. Bir saat və bir üzük aparıblar.

22 oktyabr 1876