Tag Archives: naxçıvanlılar

FAZİL MUSTAFA HAÇAN QAN TÖKÜB, KİMİNİ ŞƏHİD VERİB?

Стандартный

fazil Mustafa

«Biz işğal altında olan torpaqlarımızı arzulayırıq, bunun üçün qan tökürük, şəhid veririk” – bunu növbəti qatıqlamasında Fazil Mustafa deyib.

”Biz?”

Bəlkə də Fazil Mustafa “torpaqlarımızı” arzulayır, bəlkə yuxusunda da görür. Ancaq Fazil Mustafanın vuruşduğundan, qan tökdüyündən kiminsə xəbəri var? Kimini şəhid verib?

Sonra “vəkil” Mustafa abidələrin yaxşı qorunmadığından danışır və bunun günahını Mədəniyyət nazirliyində görür. Çünki mədəniyyət nazirliyi indi gözdən düşüb, naziri çıxarıblar, bir-neçə işçi tutulub. Fazil Mustafada hünər yoxdur ki, nədəsə Daxili işlər nazirliyini, müdafiə nazirliyini,baş prokurorluğu,  prezident administrasiyasını günahlandırsın. Bilir ki, mələdərlər. Halbuki Bakıda qədim ağaclardan tutmuş iİçəri şəhərə qədər heç nəyi və heç yeri rəhbərliyin  razılığı olmadan xaraba qoya bilməzdilər.

Yox, bu qatıqlamaqda Fazil Mustafanın məqsədi abidələri qorumaq yox, başçıların, türkün məsəli, götünə girməkdir.

“İnsafən qeyd edək ki, Prezident səviyyəsində, birinci Vitse-prezident səviyyəsində abidələrin qorunmasına həssaslıq kifayət qədər yüksəkdir”.

Kifayət qədər! Yüksəkdir!

Əgər bu yaltaqlıq azərbaycanlıların təbii xassəsidirsə, onun xalqımızın qəhrəmanlıq keçmişi yoxdur və şanlı gələcəyi də ola bilməz!

Ümid edək ki, belələrinin zatında iş var və Azərbyacan xalqına aidlikləri şübhəlidir.

Əlimizdən ayrı nə gəlir…

Mirzə ƏLİL

18.08. 2020, Samara

YENİLƏMƏ:

“Yeni Sabah” qəzetinə verdiyi müsahibədə Fazil Mustafa deyir (15 sent. 2022):

«Mən erməni ilə ən yaxın səngərdə il yarım tağım komandiri kimi döyüş tapşırığı yerinə yetirəndə ağlıma gəlməzdi ki, bir gün hansısa sürü qarşıma dikilib utanmaz-utanmaz deyəcək ki, sən özün niyə Vətəni qorumursan?»» -.

İndi Vikipediyadakı məqaləyə baxın: Fazil Mustafa “1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb”.

İndi özünüz deyin: Bakıda aparatda şöbə müdiri işləyən bir adam eyni vaxtda cəbhədə döyüşə bilərdimi? Bu binamus adam ağ yalan demirmi?

Mirzə Əlil

15. 09. 2022, Samara

Реклама

FAZİL MUSTAFA SABAH DEYƏCƏK Kİ, «GİRİRƏM ÇIXDIĞIM YERƏ…»

Стандартный

Fazil_Mustafa

Xəbər başlıqlarında Fazil Mustafanın “İstefa verəcəyəm!” dediyini görüb məəttəl qaldım. Xəbəri oxumamış fikirləşdim ki, yəqin bu adamın zatında iş var, yəni xalis naxçıvanlı deyil, heç bəlkə xalis azərbaycanlı da deyil. Çünki xalis naxçıvanlı və xalis azərbaycanlı heç vaxt istefa verməz, azərbaycanlını vəzifədən ancaq götünə təpik vurub çıxarırlar. Fikirləşdim ki, Fazil Mustafanın nəslinə yəqin ingilis, fransız müdaxiləsi olub, kim bilir, bəlkə Müsyö Jordan kimisinin birisi gəlib Naxçıvanda eşqbazlıq da edib. Və beləliklə Fazil Mustafanın damarlaından xeyli miqdarda fransız qanı axır və özünü vaxtaşırı avropaıl kimi aparır, hətta deputatlıqdan istefaya da gedir…

Şekspir demişkən, ah, mənim aldanışım necə də dəhşətlidir!

Xəbəri oxuyub başıma ikiəlli qapaz vurdum: Fazil Mustafa deputatlıqdan getmir, Fazil Mustafa Azərbaycan-İordaniya parlamentlərarası işçi qrupunun tərkibindən gedir…

Cəhənnəmə get, gora get…

Azərbaycanda bilən vardı ki, belə bi qrup var?

Azərbaycanda bilən var ki, Azərbaycanla İordaniya diplomatik münasibətlər qurub?

Azərbaycanda İordaniya adlı dövlətin olduğunu bilən neçə adam tapılar?

Yox, burda müsyö Jordanlıq bir iş yoxdur, Fazil Mustafanın qanı tərtəmizdir, yəni xalis naxçıvanlı qanıdır. Və bu naxçıvanlı,Əliağa Vavid demişkən, bütün Azəribaycanımzı dolayıb orta barmağına…

Qrupdan çıxır…

Cəhənnəmə çıxırsan, gora çıxırsan…

Bu söhbət mənə bir lətifəni xatırlatdı. Əslində olmuş əhvalatdır. İt oynatmaqlığıyla tanınan bir oğlanın anasıyla da zarafatı vardı. Hərdən-hərdən deyərdi: “Ana, daha mən bu yaşamaqdan bezdim. Bezdim bu dünyadan. İzn ver, girim çıxdığım yerə”. Anası da gülüb deyərdi: “Dədən eşidər, biabır olarıq”.

Təki Fazil Mustafa kimi insanlar qayıdıb girəydilər çıxdığı yerə…

Cəbhədə general ölür, polkovnik ölür, bu cüvəllağı naxçıvanlı da deyir «qrupdan çıxaram…»

Nə qədər ki belə deputatlar, belə nazirlər çıxdıqları yerə qayıtmayıblar, Azərbaycan milləti elə indiki yerində qalacaq. O yerin azərbaycanca adı yadımdan çıxıb, rusca ona “jopa” deyirlər…

 

Mirzə ƏLİL

25. 07. 2020, Samara

VƏLƏDƏZZİNA

Стандартный


“İzn verin sizin bu kresloda əyləşməyinizi xahiş edim”.

“İzn verin stulda oturum”.

İzn verin mən bunu sizə izn verməyim”.

Bu, əlbəttə, Manilovla Çiçikovun dialoqudur. Belə fövqəladə “kübar” münasibət formasını Qoqolun fantaziyası olduğunu güman edənlər də, o formanın on doqquzuncu əsrdə qaldığını düşünənlər də yanılırlar. İlham Əliyev elə dünən öz təbəələrindən izn istəyirdi ki, kresloda yox, stulda otursun…

Bəlkə də İlham Əliyev pərqu kreslolardan bezib, yanını bərk yerə basmaq istəyir, bəlkə azarı var, bəzən həkimlər bərk yerdə oturmağı məsləhət görürlər…

Ancaq deyəsən İlham Əliyev əslində iki stulda oturmaq istəyir. Həm demokrat görünmək, həm də ölkə ilə feodal kimi davranmaq. Siz demokratik stulda oturmaq istəyən insanın rayonlara təyin etdiyi başçılara baxın, idarə başçılarına baxın, generallara baxın, məhkəmələrə, akademiklərə baxın. Baxın və onun iki stulda oturmaq istədiyinə əmin olun.

Ya da bu, ayıb olmasın, «insana» baxın. Qaraçı baronu kimi sinəsini qasığına qədər orden və medallala bəzəyən bu «insanı» karyera zirvələrinə qaldıran kimdir? Elə o, stulda oturmaq istəyən adam deyilmi?

siyavusun-ordenleri

Vikipediya deyir ki, Siyavuş Novruzov 1990-93-cü illərdə Qarabağ müharibəsində fəal iştirak edib. Həmin məqalədə də göstərilir ki, Siyavuş 1990-95-ci illərdə Bakı universitetinin hüquq fakultəsində oxuyub. Bunu hansı yalandır? Müharibədə iştirakı ya hüquq fakültəsində oxumağı? Çox güman ki, hr ikisi…

Eyni məqalədə yazılıb ki, 1990-cı ildən Novruzov “Əlincə” xeyriyyə cəmiyyətinin şöbə müdiri, sonra məsul katibi işləmişdir.

Qarabağda vuruşa-vuruşa? Hüquq fakultəsində oxuya-oxuya?

On minlərlə insanın qurban getdiyi Qarabağ müharibəsini saxta bioqrafiya faktına çevirən insanın necə əqidəsiz, necə rəzil olduğunu deməyə ehtiyac yoxdur.

Xatırladıram ki, cəbhədə “qəhrəmancasına həlak olan on səkkiz-on doqquz yaşlı kənd uşaqlarına ölümündən sonra üçüncü dərəcəli dəmir medal verilir…

Beləsinə nə deyəsən?

Bastard!
Vələdəzzina…

Mirzə ƏLİL

05. 03. 2020, Samara