Tag Archives: Naxçıvan

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVAN GÜRCÜSTAN OLMAQ İSTƏYİR

Стандартный

SİZİ DEYİB GƏLMİŞƏM

Naxçıvandan

Naxçıvan camaaatı bu şəhərin neçə yüz illər ilə müsəlman əılində qalıb pərişan günü gündən pərişan bir hala düşməyin nəzərdə tutub qərar qoyublar ki, Naxçıvanı bundan sonra Gürcüstan etsinlər. Böylə ki, buranın mötəbərləri birbəbir Tiflisə azim olub öz damdaşlarını gürcü bankının yanında zaloq qoyub pul alırlar ki, bir azdan sonra hamısı gürcülərin ixtiyarlarına keçsin və şəhəri dəyişib bir gürcü vilayətinin şəklinə salsınlar, ta bəlkə yavaş-yavaş nəsil və toxum da dəyişib klyavuz azalsın və xalq asudə pısun, yaşasın gözüaçıq naxçıvanlılar.

«Molla Nəsrəddin», 1914-07

 

Реклама

«MOLLA NƏSRƏDDİN»: NAXÇIVANDA MİN BEŞ YÜZ MANAT QIZIL PUL ƏRİYİB…

Изображение
«MOLLA NƏSRƏDDİN»: NAXÇIVANDA MİN BEŞ YÜZ MANAT QIZIL PUL ƏRİYİB…

BİLMƏLİ XƏBƏRLƏR

NAXÇIVAN: burada hava çox istidir, belə ki, bir gün qlava gəlib görür ki, şəhər idarəsinin pul sandığında min beş yüz manat qızıl pul əriyib suya dönüb, sonra quruyub.

DANABAŞ: Burada qazi molla Heydərquluzadə minbərə çıxıb camaata xəbər verdi ki, dəxi bundan sonra kəbinli övrəti özgəsinə verməyo tövbə elədi. Güman budur ki, özgə qazilər də molla Heydərquluzadəyə baxıb Allahdan qorxarlar.

AĞDAM: buranın bəyləri qaçaqları başlarına yığıb bir “Komitet” təşkil elədilər və komitənin adını “Cəfayi” qoydular. Təzə təşkil olunan komitənin qəsdi budur ki, poçt yolunda qaçaqlar bundan sonra adam soysalar, güclü yoldaşlar gücsüz yoldaşlarına zor eləməsinlər və qarət olunan malları bərabər bölsünlər.

BAKI: Allaha şükür, səlamətlikdir.

“MOLLA NƏSRƏDDİN”, 1907-22