Tag Archives: Natiq Qasımov şəhid

İTKİNLƏR, ƏSİRLƏR: NATİQ QASIMOV

Стандартный

 

Natiq_Qasımov_(şəhid).jpg

Qasımov Natiq Səlim oğlu 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdı. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıtmışdır, elə həmin il də könüllü olaraq cəbhəyə getmişdir.

Ağdamda Yaqub Rzayevin başçılığı altında «Qarabağ şahinləri» dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıtmışdır. 1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Read the rest of this entry