Tag Archives: Natəvan

XAN QIZI NATƏVANIN VƏFATI GÜNÜ

Стандартный
XAN QIZI NATƏVANIN VƏFATI GÜNÜ

Oktyabrın 2-də görkəmli Azərbaycan şairi, Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qızı Natəvan (1832-1897) vəfat edib.

NATƏVAN

Yenə ya rəb, nə qəmkindir mənim bu şad olan könlüm, 
Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yarı əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanidən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqın ruzi-məhşərdir, sərasər mehnətü qəmdir,
O zülfün kiymi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə,
Gəzər Məcnun tək avarə mənim naşad olan könlüm.

===============================

Səni kimdir sevən bica, qərənfil?
Sənə mən aşiqi-şeyda, qərənfil!

Səni gülşən ara aşüftə gördüm,
Yəqin bildim tutub sevda, qərənfil!

Belə pəcmürdə hal ilə durubsan,
Düşər güllər əra qovğa, qərənfil!

Driğa kim, vəfasızdır bu gülşən,
Gedər bu tələti-ziba, qərənfil!

Üzündən pərdeyi-nazın kənar et!
Unutma aşiqi, haşa, qərənfil!