Tag Archives: Nadir Alış oğlu Əliyev

ŞƏHİDLƏR: AĞDAMLI MİLLİ QƏHRƏMAN NADİR ƏLİYEV

Стандартный

Nadir_Əliyev_(milli_qəhrəman).jpg

Əliyev Nadir Alış oğlu 1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində doğulmuşdur. 19771981-ci illərdə Bakı Politexnik Texnikumunda təhsil almışdır. 1991-ci ildə DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbini, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək Azərbaycan DTK-nın (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) rayon bölməsində,1992-ci ildən isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili işləmişdir.

1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunmuşdur. MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur.

Ailəli idi. İki övladı var.

Azərbaycan Respublikası prezidentinin 9 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra «Azərbaycan Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

vikipediya

Реклама